20 Yanvar - Azərbaycan kimliyinin dərki günü

20 Yanvar - Azərbaycan kimliyinin dərki günüAnar İsgəndərov: "20 Yanvarın ibrət dərsləri itirdiklərimizdən daha çox oldu. Bu, Azərbaycan xalqının taleyində və tarixində ibrətamiz hadisədir. Tarix o zaman tarix olur ki, baş verən hadisədən nəticə çıxarılır"

20 Yanvar ümumxalq hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərib. Bu epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub.

Bakıda və ətraf rayonlarda qətliam

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi, Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib. Bakıda və ətraf rayonlarında ümumilikdə 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarında 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın "Azadlıq" meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib.

Hüquqi-siyasi qiymət

Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib. Ulu öndər SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib. Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib. 1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.

Xalqın taleyində və tarixində yaşananlar

Milli Məclisin deputatı, tarixçi-alim Anar İsgəndərov "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, 20 Yanvar Azərbaycan xalqının taleyində və tarixində həm faciəli, həm də ibrətamiz hadisədir. Onun sözlərinə görə, ötən əsrin 70 illik dönəmində SSRİ-ni bütün müttəfiq dövlətlər və xalqlar öz Vətəni hesab edib, İkinci Dünya Müharibəsində hamı kimi azərbaycanlılar da bu Vətənin müdafiəsinə qalxıblar. Millət vəkili qeyd edib ki, sovet dönəminin sonrakı mərhələlərində də hər bir azərbaycanlı pioner, komsomol və kommunist partiyasının üzvü olaraq bu dövlətlə fəxr edib. Lakin 1990-cı ilə qədər olan dövr və 1990-cı ilin 20 Yanvarı fərqli mənzərə ortaya qoyub: "SSRİ adlı nəhəng dövlətdə, imperiyada Azərbaycan xalqı heç zaman sevilməyib. 70 il ərzində imkan olan kimi Azərbaycanın tarixi torpaqları qeyri-azərbaycanlılara "hədiyyə" edilib. Buna misal olaraq 1921-ci ildən Azərbaycan torpaqlarında Dağlıq Qarabağ Muxtar Vilayətinin "bünövrəsinin" qoyulmasını, 1923-cü ildən sonra ölkəmiz və xalqımız üçün daim problemə çevrilən vilayətin yaradılmasını göstərmək olar. Ardınca Naxçıvanla Azərbaycanın quru əlaqələrini kəsmək üçün Naxçıvanın 9 kəndi ermənilərə verildi. Nəticə etibarilə ikinci problem burada yaradıldı".

20 Yanvarın ibrət dərsləri

A.İsgəndərov deyib ki, tarixin ayrı-ayrı dövrlərində Azərbaycanın müxtəlif bölgələrindən torpaqlar, yaşayış məntəqələri zorla Ermənistana verilib. Bununla imperiyanın kimi müdafiə etdiyi məlum olub: "1988-ci ildən sonra ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayıraraq Ermənistana birləşdirmək niyyətləri, separatçılıq hərəkətləri ortalığa çıxanda mərkəzi hökumət – Kreml birmənalı nümayiş etdirdi ki, o, azərbaycanlıların arxasında deyil, haqq işimizi müdafiə etmir. Əksinə, imkan düşən kimi tarixi Azərbaycan torpaqlarını ermənilərə vermək istəyir. 1990-cı ilin 20 Yanvarında əliyalın kütlə küçələrə çıxaraq bu siyasətə etiraz edir, öz haqqını tələb edirdi. İmperiya ədalətli mövqe tutmaq, bu haqqı Azərbaycan xalqına vermək əvəzinə, silahsız əhalinin üzərinə ağır zirehli texnika yeritdi. Bu hadisədən sonra xalqımız SSRİ adlı imperiyaya birmənalı olaraq nifrət etdi. Xalqımız dərk etdi ki, bu imperiya və ordu bizim deyil, Azərbaycan ərazisi imperiya ordusu tərəfindən işğal olunub. Bu mənada 20 Yanvarın ibrət dərsləri itirdiklərimizdən daha çox oldu".

İndi Şəhidlər Xiyabanına gedəndə...

Millət vəkili söyləyib ki, 1918-ci ilin mart soyqırımından nəticə çıxaran Azərbaycanın milli-demokratik ziyalıları mayın 28-də Demokratik Cümhuriyyəti elan ediblər. Onun fikrincə, eynilə 1990-cı ilin 20 Yanvarından sonra da xalqımız öz nicatını müstəqilliyi bərpa etməkdə görüb: "Azərbaycanın milli-demokratik ziyalıları, ümumilikdə, xalqımız və cəmiyyətimiz üçün bir daha aydın oldu ki, kənardan kimsə sənə azadlıq, müstəqillik və xoşbəxtlik verə bilməz. Azadlığı, müstəqilliyi xalq özü qazanmalıdır. Necə ki, 2020-ci ilin 44 günlük Vətən Müharibəsində Azərbaycan xalqı "Dəmir yumruq" oldu, ərazi bütövlüyünü, suverenliyini təmin etmək üçün səfərbər oldu, erməni-daşnak qüvvələrini darmadağın etdi. Ona görə də, 20 Yanvar Azərbaycan xalqının taleyində və tarixində ibrətamiz hadisədir. 2021-ci ilə qədər hər il 20 Yanvar şəhidlərinin ruhunu yad etmək üçün Şəhidlər Xiyabanında olanda ürəyimizdən keçirdi ki, sizin qanınız yerdə qalmayacaq, intiqamınız mütləq alınacaq. 2021-ci ildən başlayaraq 20 Yanvar şəhidlərinin ruhunu yad etmək üçün Şəhidlər Xiyabanına gedəndə ürəyimizdən qürur, fərəh hissi keçir, başımız dimdik dayanır. Ürəyimizdə deyirik ki, rahat uyuyun, sizlərin qanı yerdə qalmadı, bütün şəhidlərin intiqamı alındı. Tarix o zaman tarix olur ki, baş verən hadisədən nəticə çıxarılır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1240   Tarix: 15 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda güclü qar, şaxta… - Milyonluq HAZIRLIQ BAŞLADI

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb. Belə ki, qurum yolların buzlanmasına qarşı istifadə ediləcək emal edilməmiş texniki duzun satın alınması ilə bağlı irimiqyaslı işlər həyat

24 oktyabr
.

Reza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb

Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib. İndiyədək belə miqyasd

23 oktyabr
.

Azərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 221,264 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur. Hesabat dövründə Azərbaycan həmçini

24 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Hamamda elektrik cərəyanı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır

24 oktyabr
.

Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar

24 oktyabr
.

Xəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində

24 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı

25 oktyabr