Uşağı təyyarədə dünyaya gətirdi – FOTO/VİDEO
Qətər-Uqanda təyyarəsində qəribə hadisə baş verib. Belə ki, hamiləliyinin 35-ci həftəsində olan uqandalı qadın uşağı elə hava gəmisində dünyaya gətirmək məcburiyyətində qalıb.
"Haber Global"ın məlumatına görə, təyyarədə torontolu həkim Aişə Xətibin olması həm ana, həm də körpə üçün xilas olub.
Səkkiz aylıq dünyaya gələn körpəyə möcüzəvi hadisəyə və həkimin şərəfinə Mirakl Aişə adı verilib.
Bununla bağlı xatirələrini bölüşən Xətibin sözlərinə görə, uçuşdan bir saat sonra ona müraciət edilib. O yardıma gedəndə qadının yanında daha bir pediatr və tibb bacısının olduğunu görüb. Həkim ginekoloq onların köməyindən istifadə edərək doğuşu qəbul edib.
"Təyyarədə doğuş qəbul edəcəyimi heç vaxt düşünməzdim. Uşağın ağlamaq səsi gələndə bütün sərnişinlər və heyət üzvləri alqışladı. Havada bu möcüzəni yaratmağa kömək edən aviaşirkətin heyətinə təşəkkür edirik! Ana və körpə yaxşıdırlar, hər ikisi sağlamdır", - deyə həkim bildirib.
Doktor Xətib doğulan körpəyə özünün üzərində ərəbcə adı yazılmış qızıl boyunbağısını hədiyyə edib.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
Prezident onları təltif etdi - Adlar
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…