Blinkenlə Stoltenberq Rusiya ilə yeni görüşdən danışdılar
ABŞ Dövlət katibi Entoni Blinkenlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
"Sonxeber.az" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, telefon danışığının gedişində NATO-Rusiya Şurasının iclasından sonra atrılacaq qarşılıqlı addımlar müzakirə edilib.
Qeyd edilib ki, ABŞ və NATO Rusiya ilə yeni görüş keçirməyə hazırdır.
"Dövlət katibi Entoni Blinken yanvarın 12-də keçirilən NATO-Rusiya Şurasının iclasından sonra gələcək addımları müzakirə etmək üçün NATO-nun Baş katibi Yens Stoltenberqlə danışıb.
Birləşmiş Ştatlar və NATO Rusiya ilə yenidən görüşməyə, diplomatik fəaliyyəti və qarşılıqlı dialoqu davam etdirməyə hazırdır", - deyə ABŞ-ın xarici siyasət qurumunun mətbuat xidmətinin rəhbəri Ned Praysın yazılı bəyanatında bildirilir.
Qeyd edək ki, 2021-ci il dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi Birləşmiş Ştatlarla təhlükəsizlik zəmanəti haqqında müqavilənin, həmçinin Rusiya və Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv dövlətlərin təhlükəsizliyi ilə bağlı saziş layihələrinin mətnini dərc edib.
Yanvarın 10-da Cenevrədə bu məsələlərlə bağlı məsləhətləşmələr, yanvarın 12-də Brüsseldə NATO-Rusiya Şurasının iclası, yanvarın 13-də isə Vyanada ATƏT-in Daimi Şurasının iclası keçirilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ
Noyabrın 1-dən bu avtobuslar DƏYİŞİR - Gedişhaqqı...
Kolbasanın keyfiyyətini necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Maaşlar nə qədər və nə vaxt artacaq? - YENİ TARİX
Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Noyabrda hava kəskin DƏYİŞƏCƏK - XƏBƏRDARLIQ EDİLDİ
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
Pensiyaların artırılmasında yeni qayda: 2027-ci ildən kimlər daha çox pul alacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya
2027-ci il nə ilidir? - Şərq təqvimi AÇIQLANDI
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
Prezident onları təltif etdi - Adlar
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…