Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ
"Ölkənin dağlıq ərazilərində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yolları nəzarət altındadır".
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının hazırkı vəziyyəti barədə məlumat yayıb.
Bildirilir ki, dağlıq və dağətəyi ərazilərdə qarın yağması müşahidə olunmasa da, şaxtalı hava şəraiti hökm sürür. Bu xəbəbdən səhər saatlarından avtomobil yollarında buzlaşmaya qarşı tədbirlər görülür, qum-duz qarışığı səpilərək avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkəti təmin olunur.
"Dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarından istifadə edən sürücülərdən xahiş olunur ki, idarə etdikləri nəqliyyat vasitəsini qış fəslinə uyğun təchiz etsinlər. Əks halda görülən tədbirlərə rəğmən həmin nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranacaq", - deyə agentlikdən bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 775 Tarix: 17 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Heydər Əliyev zirvəsinə yürüş təşkil olunub - FOTO
Ulu öndər Heydər Əliyevin 103-cü doğum günü münasibətilə Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub. xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Alpinizm Federasiyası tərəfindən həyata keçirilib. Yürüş iştirakçıları Quba rayonunun Xınalıq kəndi yaxınlığında, Qızılqay
10 mayAzərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq
Sabah Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq. "Report" xəbər verir ki, bu ölkəyə 16 vaqon dizel yanacağı göndəriləcək. Bundan başqa, Azərbaycandan tranzit keçməklə, Rusiyadan Ermənistana 6 vaqon gübrə və 4 vaqon taxıl tədarük olunacaq. Məhsullar "Azərbayca
10 mayBu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!
"Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncamla bu ilin əvvəlindən bütün növ əmək pensiyaları artırılıb. Yeni Sabah xəbər verir ki, artımlar əvvəlki ildəki orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçirilib və bu prose
10 may