"İpoteka Azərbaycanda ehtiyacı olan insanlar üçün nəzərdə tutulmayıb" - Deputatdan SƏRT TƏNQİD

"İpoteka Azərbaycanda ehtiyacı olan insanlar üçün nəzərdə tutulmayıb" - Deputatdan SƏRT TƏNQİDBu gün ölkəmizdə ailə münaqişələrinin, boşanmaların sayı artır. Çoxları isə bunun səbəbini kasıbçılıq və evsizliklə əlaqələndirirlər. Vətəndaşlar kredit və ipoteka faizinin yüksək olduğunu bildirirlər. Ev almaq istəyənlər nə qədər maaş almalıdırlar ki, ipotekanın pulunu ödəyə bilsinlər?

Məsələ ilə bağlı Sonxeber.az-a deputat Razi Nurullayev fikir bildirib.

O, ipotekaya münasibətinin çox yaxşı olduğunu, lakin əl çatan olmadığına görə təəssüfləndiyini bildirib:

"Ümumiyyətlə, Azərbaycandakı ipoteka məsələsi bərbad olmasa da, çox ədalətsiz şəkildə tətbiq olunur: yalnız yüksək əməkhaqqı alanlar evlə təmin oluna bilərlər.

Halbuki maaşı yüksək olan insan onsuz da bu və ya digər şəkildə ehtiyacını ödəyə bilir.

Amma bu gün ölkəmizdə nə qədər insan yüksək əməkhaqqı alır ki, ipoteka krediti ilə özünə ev ala bilsin?

Digər tərəfdən, Azərbaycandakı evlərin qiyməti az qala Nyu-York evlərinin qiymətinədir.

Dünyanın heç bir yerində bu qədər anormallıq yoxdur. Yəni belə çıxır ki, Bakıdakı evlər Berlindən, Brüsseldən bahadır. Amma bunun heç bir məntiqi əsası yoxdur və belə bir vəziyyətdə, təbii ki, ipotekanın hazırkı əlçatanlığı kifayət deyil.

Ən birinci məsələ budur ki, ipoteka krediti verilirsə, mütləq Azərbaycandakı maaşlara uyğun şəkildə verilməlidir.

Azərbaycanda nə qədər insan 1000-1500 əməkhaqqı alır ki, ipotekayla ev ala bilsin?

Azərbaycanda hazırda tətbiq olunan ipoteka faizi ölkəmizə uyğundur, lakin tələblərə əsasən, minimal olaraq 1000 manatdan çox əməkhaqqı almalısan. Bunu isə ancaq dövlət idarələrində işləyənlər alır. Belə çıxır ki, digər insanlar evsiz-eşiksiz qalacaqlar.

Azərbaycanda sosial cəhətdən həssas təbəqəyə aid insanlar az deyil. Jurnalistlər, gənc ailələr, gənc alimlər, kəndçilər bura daxildir.

Bu səbəbdən Azərbaycanda görün nə qədər insan kirayə qalır.

Azərbaycanda bununla bağlı qanun da qəbul olundu ki, bir insan bir yerə illərlə kirayə ödədikdən sonra həmin ev onun özünə qala bilər.

Dünyada da bu təcrübə tətbiq olunub, Azərbaycanda isə qanun qəbul olunsa da, icra olunmur.

Mənə belə gəlir ki, ipoteka qanunu yalnız 1000 manatdan yuxarı maaş alanlar üçündür. Ona görə də bunu sosial qanun hesab edə bilmərik. İpoteka Azərbaycanda ehtiyacı olan insanlar üçün nəzərdə tutulmayıb".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2010   Tarix: 17 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

25 oktyabr
.

Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda evlərin istilik sistemində dəyişikliklər nəzərdə tutulur. 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında qazla işləyən avadanlıqlardan elektrik istilik nasoslarına keçidin təmin edilməsi hədəflənir. Bu plan evində qazla işləyən kombi quraşdıran ailələrdə gələcəkdə istilik sistemin

23 oktyabr
.

Xəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində

24 oktyabr
.

Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR

Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır

25 oktyabr
.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

25 oktyabr
.

DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin

24 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr
.

Reza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb

Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib. İndiyədək belə miqyasd

23 oktyabr