Bakının mərkəzində biabırçı vəziyyət: Səkini tam zəbt edərək restoran tikiblər – FOTOLAR

Bakının mərkəzində biabırçı vəziyyət: Səkini tam zəbt edərək restoran tikiblər – FOTOLARBakı şəhər Nərimanov rayonu ərazisində piyada səkisi tam olaraq zəbt edilərək ərazidə restoran tikilib.

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, Nərimanov rayon İcra Hakimiyyəti binasının arxasında yerləşən Əliağa Vahid küçəsi 12 ünvanında piyada səkisi zəbt edilərək restoran tikilib. Belə ki, Əliağa Vahid küçəsi ilə Əliəşrəf Əlizadə küçəsinin kəsişməsində restoranın səki və piyada zolağını tam zəbt etməsi sakinlərin və buradan piyada hərəkət edən çoxsaylı şəxslərin etirazlarına səbəb olub.

Sakinlər bildiriblər ki, səkinin zəbt edilməsi səbəbindən buradan keçərkən hər dəfə yolun avtomobillər üçün nəzərdə tutulmuş hərəkət hissəsinə çıxmalı olurlar. Həmçinin ərazidən uşaq və əlil arabalarının, eləcə də velosipedlərin hərəkəti mümkünsüz olub. Əliağa Vahid küçəsində yeni tikilən binada ev aldığını bildirən Qadir İsmayılov adlı sakin bildirib ki, qanunvericiliyə görə səkidə tikintiyə icazə verilmir və bu tikili qeyri-qanuni olaraq həmin ərazidə inşa edilib: "Mən bir neçə dəfə səkinin zəbt edilməsi ilə bağlı aidiyəti qurumlara müraciət etdim, onlar sənədi olmayan və qeyri-qanuni tikilmiş tikilinin mütləq söküləcəyini bildirdilər. Amma bir neçə ay keçib və heç bir söküntü aparılmayıb. Bildiyimə görə səkidə tikilən restoranın altında zirzəmisi də var və yolun avtomobillər keçən hissəsinə lağım atıb oranı da qazıblar. Buraya ağırtonnajlı yük maşını daxil olsa yol çökə də bilər. Rəsmi qurumlardan xahiş edirik bu özbaşınalığa son qoysunlar".

Ərazidə araşdırma aparan əməkdaşımız Nərimanov rayon İcra Hakimiyyəti binasından cəmi 50-60 metr məsafədə yerləşən və səkini zəbt edən restoranın kimə məxsus olması ilə maraqlanıb. Orada işləyənlər bu restoranın Bakıda çoxsaylı obyektləri olan Muğan adlı şəxsə məxsus olduğunu bildiriblər. İnternetdə apardığımız araşdırma zamanı Muğan Kərimovun həqiqətən də Bakıda daşınmaz əmlak işi ilə məşğul olduğu və adının bir sıra qalmaqallarda çəkildiyi məlum olub. Belə ki, 2013-cu ildə Xətai rayonunda yaşayan bir qrup sakin mənzillərinin M.Kərimov tərəfindən əllərindən alınmasını bildirirək mətbuat konfransı keçirib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi də münasibətini bildirib. BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Publika.az-a bildirib ki, bu tip məsələlər təmsil etdiyi qurumu da ciddi şəkildə narahat edir: "Tərəfimizdən qeyd etdiyiniz ünvan da daxil olmaqla piyada səkilərinin zəbt edilməsi, həmçinin digər formada piyadaların hərəkətini məhdudlaşdıran hallarla bağlı monitorinqlər aparılıb. Hər bir faktla bağlı foto və video fayllar da əlavə edilməklə müvafiq icra hakimiyyətlərinə məktublar ünvanlamışıq və bunların aradan qaldırılmasını xahiş etmişik".

Nərimanov rayon İcra Hakimiyyəti ilə bağlı məsələ ilə bağlı dəfələrlə əlaqə saxlasaq da, bu mövzu ilə bağlı konkret fikir bildirilmədi.

Qeyd edək ki, səkinin üzərində tikilmiş obyektin altında sakinlərin bildirdiyinə görə zirzəmi var və bu həmin ərazidən hərəkət edən ağırtonnajlı yük avtomobilləri üçün risk yaradır. Belə ki, yolun altında qazıntı aparılaraq zirzəmiyə çevrilməsi buradan ağır yük maşınlarının keçməsi zamanı yolun çökməsi hadisəsinə səbəb ola bilər. Odur ki, ağırtonnajlı yük avtomobillərinin həmin ərazidən keçməsi tövsiyə edilmir.

Hüquq-mühafizə orqanlarının, eləcə də digər aidiyəti strukturların hər gün yüzlərlə insanın rahatlığını pozan bu məsələni araşdıraraq müvafiq tədbirlər görəcəyinə ümid edirik.

Mövzunu diqqətdə saxlayacağıq.
Bakının mərkəzində biabırçı vəziyyət: Səkini tam zəbt edərək restoran tikiblər – FOTOLARBakının mərkəzində biabırçı vəziyyət: Səkini tam zəbt edərək restoran tikiblər – FOTOLARBakının mərkəzində biabırçı vəziyyət: Səkini tam zəbt edərək restoran tikiblər – FOTOLARBakının mərkəzində biabırçı vəziyyət: Səkini tam zəbt edərək restoran tikiblər – FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1432   Tarix: 18 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...

Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumd

24 oktyabr
.

Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ

2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər

24 oktyabr
.

Şagirdlər hazır cavablara öyrəşir: Süni intellekt təhsilə necə təsir edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Şagirdlərin ev tapşırıqlarını süni intellektə həvalə etməsi onların bilik və bacarıqlarının inkişafı ilə bağlı ciddi suallar yaradır. Dərslərini müstəqil hazırlamaq, suallara cavab tapmaq üçün araşdırma aparmaq və qarşılaşdıqları çətinlikləri özləri həll etmək əvəzinə, hazır cavablardan istifadə edə

23 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr
.

Bu şəxslərin pensiyasına əlavələr olacaq - GÜNÜN ŞAD XƏBƏRİ

"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. xəbər verir ki, bu barədə deputa

25 oktyabr
.

Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec

24 oktyabr
.

Bakıda güclü qar, şaxta… - Milyonluq HAZIRLIQ BAŞLADI

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb. Belə ki, qurum yolların buzlanmasına qarşı istifadə ediləcək emal edilməmiş texniki duzun satın alınması ilə bağlı irimiqyaslı işlər həyat

24 oktyabr
.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

25 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr