Milyarderlərin almaq istədiyi villa uğrunda mübarizə başladı: Evin baha olmasının İNANILMAZ SƏBƏBİ var - FOTOlar
İtaliyanın paytaxtı Romada yerləşən tarixi ev "Villa Aurora" hərrac yoluyla satışa çıxarılır.
Sonxeber.az metbuat.az-a istinadən xəbər verir ki, evin başlanğıc qiymətinin 353 milyon dollar olacağı gözlənilir. Məlumata görə, hərraca milyarder Bill Geyts, Bruney sultanı və digər məşhur şəxslər qatılacaq. Bu səbəbdən evin bir neçə milyard dollara satılacağı gözlənilir. Bildirilir ki, mənzilin bu qədər baha olmasına səbəb villanın divarlarında Mikelancelo Merisi de Karavacco, Mikelancelo Buonarroti, Qverçino və digər rəssamların əsərlərinin olmasıdır.
Lakin evin qiymətinə daha çox dəyəri Mikelancelo Merisi de Karavacconun əsəri qatır. Çünki, Karavacconun günümüzə qədər gəlib çatan tək divar rəsmi bu evin tavanında yerləşir. 1597-cı ildə çəkilən divar rəsminin 310 milyon dollar dəyəri var. Villa vaxtilə Qədim Roma lideri Yuli Sezara aid olan ərazidə yerləşir.
Qeyd edək ki, villa Ludovisi ailəsinə məxsusdur. Miras mübahisəsinə görə, villa satışa çıxarılıb. Mədəniyyət Nazirliyi evin dövlət tərəfindən alınmasını tələb edib. Qanuna görə, hərracda müəyyən edilən qiyməti dövlət 60 gün ərzində ödəyərək evi ala bilər.




Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2046 Tarix: 19 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Trampın "Nobel" arzusu xanımına nəsib ola bilər
ABŞ-nin birinci xanımı Melaniya Trampın adı gələn il Nobel Sülh Mükafatına namizədlər sırasında yer ala bilər. Böyük Britaniyanın "Teleqraf" nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun Ukraynada humanitar yardımların həyata keçirilməsi istiqamətində göstərdiyi diplomatik cəhdlərdir. Məlumat
31 oktyabrAvropada sərt qış vəd edən qədim təqvim
XVII əsrə aid müşahidələr əsasında tərtib edilən alman 100 illik təqvimi qarşıdan gələn qışın şaxtalı və qarlı keçəcəyini proqnozlaşdırır. Lakin müasir iqlim modelləri bunun əksinə olaraq, qış aylarının nisbətən mülayim və yağıntılı olacağını göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "Agroforum"
31 oktyabrRusiyanın ən yeni qırıcı təyyarəsi yanıb
Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb
30 oktyabrŞimali Koreya Cənubi Koreya ilə sərhədini niyə möhkəmləndirir?
Şimali Koreya Cənubi Koreya ilə sərhəd boyunca hərbi və mühəndis infrastrukturu gücləndirmək istiqamətində addımlarını davam etdirir. Pxenyanın sərhəd ərazilərində yeni istehkamlar qurması və müdafiə xətlərini möhkəmləndirməsi Koreya yarımadasında təhlükəsizlik vəziyyətinə dair narahatlıqları artırır
30 oktyabrRusiya dizel ixracına qoyulan qadağanın müddətini uzatdı
Rusiyanın Nazirlər Kabineti dizel məhsullarının ixracına qoyulan qadağanın müddətini daha üç ay uzadıb. TASS-a istinadən xəbər verir ki, yeni qərar 2027-ci ilin yanvarın 31-dək qüvvədən qalacaq. Bildirilir ki, qadağa ölkənin daxili yanacaq bazarında sabitliyin qorunması məqsədilə tətbiq edilir. Nəzər
31 oktyabr