ÜST: Koronavirusla bağlı fövqəladə vəziyyət bu il aradan qaldırıla bilər
Koronavirusla bağlı fövqəladə vəziyyət bu il aradan qaldırıla bilər.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar proqramının direktoru Maykl Rayan bildirib.
O, Dünya İqtisadi Forumunun vaksinlərə bərabər əlçatanlıq mövzusunda onlayn müzakirəsində iştirak edib.
"Ekosistemin bir hissəsinə çevrilən bu virus heç vaxt bitməyəcək. Ancaq səhiyyə ilə bağlı fövqəladə vəziyyətə son verə bilərik", - Rayan deyib.
O xatırladıb ki, koronavirusun yayılması ilə əlaqədar fövqəladə vəziyyət ÜST-ün baş direktoru tərəfindən 2020-ci ilin yanvarın sonunda elan edilib və o vaxtdan bəri dəfələrlə uzadılıb.
Rayanın sözlərinə görə, əsas problem koronavirus deyil, cəmiyyətin ona necə reaksiya verməsidir. Bu baxımdan, Rayan dünyada peyvəndlərə çıxışın qeyri-bərabərliyinə diqqət çəkib ki, bu da yalnız ölkələr arasında deyil, ölkələr daxilində də özünü göstərir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1347 Tarix: 19 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Lavrov ABŞ-a gedib
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-a gedib. APA-nın Moskva bürosu xəbər verir ki, Lavrov Atlantada G20 Xarici İşlər Nazirlərinin görüşündə iştirak edəcək. Rusiya XİN rəhbərinin bir sıra rəsmi şəxslərlə, o cümlədən ABŞ dövlət katibi Marko Rubio ilə ikitərəfli danışıqları gözlənilir
30 oktyabrBu ölkədən ABŞ-a cavab: Putin uşaqları öldürən diktatordur
Diktatorlara yaltaqlanmaq yalnız alçaldılmağa gətirib çıxarır, belə olan halda azadlıq onsuz da itirilir. xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kristen Mixal deyib. "Estoniya da digər Baltikyanı ölkələr kimi, Rusiyadan gələn təhlükə barədə açıq danışır. Biz əvvəllər də bu mövqedə olmuşuq v
30 oktyabrİki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
ABŞ-nin Tennessi ştatında iki doza ölümcül iynə vurulmasına baxmayaraq sağ qalan 50 yaşlı edam məhkumu Krista Payk yaşadığı qorxunc təcrübə haqda ilk dəfə danışıb. qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəxanada uzunmüddətli müalicədən sonra həbsxanaya qaytarılan Payk hər gün şiddətli fiziki və mənəv
31 oktyabrOman sahillərində Hörmüz boğazında gəmi yanğına uğrayıb
Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Oman sahillərindəki Hörmüz boğazında gəmidə yanğın baş verdiyini bildirib. xəbər verir ki, departamentin veb saytında dərc olunmuş açıqlamada deyilir: "UKMTO, Omanın Xasab şəhərindən 25 km şimal-şərqdə, Hörmüz boğazında baş verən hadis
30 oktyabrSuriya Məkkə müdafiə alyansına qoşula bilər
Dəməşq Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın daxil olduğu Məkkə müdafiə alyansına qoşulmaq məsələsini nəzərdən keçirir. "Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şibani Bəhreyndə keçirilən "IISS Manama Dialogue"
31 oktyabr