Qanlı Yanvar şəhidi Larisanın anası: "Soruşdum, qızım haradadır, dedi, itirdim" - VİDEO
1990-cı il yanvar ayının 19-da 20-ə keçən gecə sovet ordusu Bakıya yeridilir. Rusiya ordusu minlərlə azərbaycanlıyla yanaşı elə rusların özlərini də qırdılar. Azğınlaşmış ordu qoca, uşaq, qadın demədən insanlara atəş açır, onların üstünə tankları yeridirdi.
Rus ordusunun atəşinə tuş gələnlərin arasında 13 yaşlı Larisa da var idi.
Baku TV-nin əməkdaşları Larisanın anası ilə söhbət edib.
Larisanın anası Qalina Məmmədova o gecəni belə xatırlayır.
"Mənə dedilər ki sən Qalina Məmmədovasan? Dedim hə. Dedilər yoldaşın yaralanıb xəstəxanadadır, mən qızımı soruşdum, amma bilmədiklərini dedilər. Xəstəxanaya getdim, ikinci mərtəbəyə çıxdım ki yoldaşım uzanıb, soruşdum ki Larisa hardadır? Mənə baxdı, ağladı, dedi ki itirdim" – deyə, o bildirib.
Daha ətraflı Baku T-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1406 Tarix: 20 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Emin Əmrullayevdən kiçik məktəblərin birləşməsi ilə bağlı AÇIQLAMA
"Məktəblərdə hər il uşaq sayı təhlil olunur. Burada bir məqsəd var ki, sistem rasionallaşsın və təhsilin keyfiyyəti artsın". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev azsaylı şagirdi olan məktəblərin birləşdirilməsi məsələsindən danışarkən deyib
10 mayİlham Əliyev: "Bu torpaqları biz qan tökərək qaytarmışıq" - VİDEO
"Cəbrayılın gələcəkdə həm kənd təsərrüfatı, həm də nəqliyyat nöqteyi-nəzərindən ölkəmiz üçün böyük töhfəsi olacaq. Köhnə yolu siz yəqin ki, xatırlayırsınız, sovet vaxtında - işğala qədər çox ensiz bir yol idi, düz Araz çayının boyunca gedirdi. Onu biz bərpa etdik, amma yeni yol, - indi bilmirəm
9 mayPrezidentdən Ermənistanı Azərbaycandan "qorumaq" istəyənlərə SƏRT MESAJ
"Bizim Ermənistanı məhv etmək niyyətimiz yox idi, Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşü zamanı çıxışında deyib. "Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanı
10 may