AMEA-nın professoru: "Ramiz Mehdiyev getməlidir"

AMEA-nın professoru: "Ramiz Mehdiyev getməlidir""Ramiz Mehdiyev akademiyaya rəhbər gələndən sonra müsbətə doğru heç bir dəyişiklik olmayıb. Əksinə, vəziyyət daha da pisləşib. Gözlənilən idi, çünki əvvəllər də öz kurasiyasında saxladığı akademiyanın vəziyyəti ürəkaçan deyildi. Akademiyada elmi titulların və vəzifələrin dostbazlıq, tanışlıq, qohumbazlıq, yerlibazlıq və digər zərərli prinsiplər və sövdələşmələr əsasında həyata keçirildiyi heç kəsə sirr deyil".

Bu fikirləri Modern.az-a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov bildirib.

Onun sözlərinə görə Ramiz Mehdiyev Azərbaycan elminin baş bəlasına çevrilib:

"Onun əlindən dövlətdən narazı qüvvəyə çevrilərək baş götürüb gedənlərin və getmək istəyənlərin sayı az deyil. O, əsl elm adamlarını cana-boğaza yığıb, ona "ləbbeyk" deməyənlərin ümid çırağını söndürüb.

Elmlər Akademiyasındakı hədsiz maliyyə pozuntuları, özbaşınalıq baş alıb gedir, vəziyyət gündən-günə kritikləşir.

Bu gün Ramiz Mehdiyevin "işləməsi" zərərlidir. O, akademiyada şəffaflıq yaratmaq istiqamətində heç bir təşəbbüs göstərmək iqtidarında deyil. Onun fəaliyyəti elmə və alimə həqarətdir. Silahdaşı İsa Həbibbəyli və bir qrup digər akademşəbəkə fəalları da ciddi elmlə məşğul olan adamlara nifrət edir. Bunun şəxsən şahidi olmuşam".

İ.Abbasov qeyd edib ki, Ramiz Mehdiyev dövlət əmlakının dağıdılması, dövlət vəsaiti hesabına çap olunan saxta əsərlər haqqında faktlara heç bir reaksiya vermədiyi halda, "hörümçək"lə əlləşir:

"Halbuki adam bağ-bağatında rəngarəng kəpənəklər, təzə-tər çiçəklərlə mənalı vaxt keçirə bilərdi. Bu, həm elmimiz, həm də dövlətçiliyimiz üçün daha faydalı olardı. Təsəvvür edin, institutlarda dövlətin milyonları mənimsənilir, plagiatizmə abidə qoyulur, dövlət maraqları ayaqlar altına salınıb tapdanır, gənclər baş alıb ölkədən gedir, dövlətə və ölkə başçısına qarşı süni narazılıqlar yaradılır, qanunsuzluq meydan sulayır, fəqət Ramiz Mehdiyevdən səs çıxmır, reaksiya gəlmir. Di gəl ki, orfoqrafiya lüğətində "hörümçək" sözünün mexaniki səhvliklə düşməsini iclasın gündəliyinə salır.

Yaxud dövlətin akademiyaya ayırdığı milyonlarla, yüz minlərlə vəsait göyə sovrulur, plagiat və saxta əsərlərin çap edilib gözə kül üfürülməsi stimullaşdırılır, akademşəbəkənin sadiq üzvləri mükafatlandırılır, qanunsuzluq adi hal alır, dövlət maraqları şəbəkə və qrup maraqlarına qurban verilir. Akademiya rəhbəri bütün institutlardakı qanunsuzluqlar haqqında məlumatlı olub susduğu halda, yeni çıxmış orfoqrafiyadakı "hörümçəyə" dəyirmi masa həsr edir, bunu az qala qlobal fəlakət kimi nümayiş etdirir. Lüzumsuz məsələni iclasın gündəliyinə salıb elmin bəbəyinə çöp soxur. Qeyzə gələn akademik deyir ki, orfoqrafiya lüğətinin nəşrinə məsul şəxslərin verdikləri izahatlar AMEA rəhbəri kimi onu qane etmir: "Orfoqrafiya lüğətinin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlar isə AMEA rəhbəri kimi məni qane etmir. Mən onlardan daha ciddi və əsaslı izahatlar gözləyirəm", - deyə AMEA prezidenti "taleyüklü" problemin üzərinə gedir".

Professor İdris Abbasov bildirib ki, akademik seçdirib vəzifələndirdiyi və müşavir etdiyi, şəbəkə maraqlarına sədaqəti ilə digərlərindən fərqlənməyən Möhsün Nağısoylu baş akademikin bir növ "üzünə ağ olur".

O deyir ki, "hörümçək" sözünün lüğətdən çıxarılmasının səbəbini Ramiz Mehdiyevə izah etməyə hazırdır:

"Əlimdə bir neçə mühüm əsas var" deyən Nağısoylu akademşəbəkənin ömür boyu belə mənasız işlərlə məşğul olub dövlətin milyonlarını havaya sovurduqlarını bir daha təsdiq edir.

Baş akademik ziddiyyətli açıqlamalar verir. Onun sözü ilə əməli düz gəlmir:

"Tarix İnstitutunda hökm sürən qeyri-sağlam iş mühiti institutun əvvəlki rəhbərindən (Yaqub Mahmudovdan - İ.A.) miras qalmış mənasız intriqaların nəticəsidir" - söyləyən R.Mehdiyev, onun təbirincə desək, həmin "qeyri-sağlam iş mühiti"nin müəllifini və "intriqant"ı özünə müşavir təyin edir. Pislədiyi Yaqub Mahmudov indi də onun müşaviridir".

İ.Abbasov Ramiz Mehdiyevin Tarix İnstitutunun direktorunu qətiyyətsizlikdə və iradəsizlikdə ittiham etdiyini bildirib:

"Mənəvi-psixoloji təzyiqə və haqsızlığa dözməyən institut direktoru Ramiz Mehdiyevin rəhbərlik etdiyi qurumdan istefa vermək qərarına gəlir. Bu arada AMEA-nın vitse-prezidenti, direktor, deputat, akademik və s. kimi dürlü-dürlü vəzifələrin belindən düşmək bilməyən İsa Həbibbəylinin "ağsaqqallıq" etməsi üçün əlverişli şərait yaranır.

Böyük coşqu və intəhasız həvəslə prosesə qoşulan "sülh göyərçini" İsa Həbibbəyli bismillahını sosial şəbəkələri və xəbər saytlarını suçlamaqla başlayır. Nə etsin? Adam həqiqətə "yalan" deməyə vərdiş edib. Dərhal "ağsaqqallaşıb müdrikləşən" İsa Həbibbəyli konkret sabah Tarix İnstitutunun direktoru Kərim Şükürovla görüşüb məsələyə aydınlıq gətirəcəyini bildirir və deyir:

"Məsələlər bu şəkildə davam edə bilməz". Bəli, məsələlər məhz İsa Həbibbəylinin istədiyi şəkildə davam etməlidir! (Buyruq sizinkidir, adil hökmdar, sizdə ədalət də, fəzilət də var!")".

Alim vurğulayıb ki, artıq Elmlər Akademiyası Mehdiyevlə vidalaşmaq haqqında düşünməlidir:

"Əks təqdirdə, bunun ağır fəsadları olacaq. Ciddi islahatlar getməli, akademiyanı cənginə almış özbaşınalığa, məsuliyyətsizliyə, "pokazuxalığa" son qoyulmalı, elm adına mənimsənilən yüz minlərin, milyonların, yeyilən 10 milyonlarla qrantların, zərərli fəaliyyət və ya fəaliyyətsizlik nəticəsində dövlətin elm potensialına vurulan ziyanın həcmi müəyyən edilməlidir. Riyakar məddahların, yaltaq və alçaqların, xüsusən, xəyanətkarların statistikası aparılmalıdır. Nəhayət, rüşvətə, alıb-aldatmağa, fırıldağa, dövlət əmlakını mənimsəməyə son qoyulmalı, talançı alim-akademik şəbəkəsinin üzvlərindən, heç olmasa, bir neçəsi cəzalandırılmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1800   Tarix: 21 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR

Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-

25 oktyabr
.

Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO

Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye

23 oktyabr
.

Sabah bəzi yerlərdə yağış yağacaq

Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd

23 oktyabr
.

Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...

Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumd

24 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr
.

Hamamda elektrik cərəyanı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır

24 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın

25 oktyabr
.

Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi

Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. -a istinadən xəbər verir ki, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin dekabrın 19-dək həbsdə saxlanılması barədə qərar qəbul edilib

23 oktyabr