"Comment"də söyüş yazanlar CƏRİMƏ oluna bilər

"Comment"də söyüş yazanlar CƏRİMƏ oluna bilərSosial şəbəkələrdə digər istifadəçilərə təhqiredici şərh və ismarıclar yazanlar artıq cəzalandırıla bilər. Milli Məclisdə rəqəmsal aləmdə insanların hüquqlarının qorunması üçün xüsusi qanun layihəsi hazırlanır.

Sonxeber.az xəbər verir ki, Milli Məclisin deputatı Elşad Mirbəşir Trend-in suallarına cavabında bildirib ki, BMT-nin İnsan Hüquqları Komitəsinin yanaşmasına görə internet və kiber məkanda söz və fikir azadlığı olmalıdır. Bu halda insan hüquq və azadlıqları haqqında beynəlxalq paktın 19-cu maddəsinin ikinci bəndinə istinad olunur. Həmin bənddə göstərilir ki, insanlar adi həyatda öz fikirlərini, düşüncələrini sərbəst bölüşmək hüququna malikdirlərsə, virtual həyatda da həmin hüquqlara malik olmalıdırlar.

"Bu zaman həmin beynəlxalq paktın 9-cu maddəsinin üçüncü bəndinə də istinad etmək lazımdır. Biz öz davranışlarımıza, fikrilərimizə görə adi həyatda məsuliyyət daşıyırıqsa, virtualda yazdıqlarımıza görə də məsuliyyət daşımalıyıq. Şəxs internetdə öz ideyalarını, fikirlərini, baxışını paylaşırsa, bu heç bir halda başqa bir insanın hüquqlarının pozulması hesabına olmamalıdır.

Əgər mən başqa bir insanın hüquqlarını pozuramsa, buna görə məsuliyyət daşıyıram. Məsələn kiberməkanda hüquqların qorunması vacib məsələdir. Bir müəllif öz hansısa əsərini internetdə paylaşırsa, digərləri onun müəlliflik hüquqlarını qorumadan, istinad etmədən istifadə edirsə, onun hüquqlarının qorunmasının hüquqi normativ əsasları olmalıdır. Dünyanın bir çox təşkilatlarında belə bir yanaşma var ki, bütün dünya dövlətləri üçün işlək olacaq normativ hüquqi baza olmalıdır. Bu da kiberməkanda insan hüquqlarının qorunmasına imkan versin. Bu zaman əsas iki istiqamət nəzərdə tutulur. Birincisi intenet məkanında insanın şərəf və ləyaqətinin alçaldan, peşəkar nüfuzuna xələl gətirən hallara görə məsuliyyət nəzərdə tutulsun. İkincisi isə kiberməkanda da dövlət, milli təhlükəsizliyə xələl gətirəcək məqamların qarşısı alınsın", - o bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 820   Tarix: 25 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu

Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd

23 oktyabr
.

Sabah bəzi yerlərdə yağış yağacaq

Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd

23 oktyabr
.

Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva gecə saatlarında xəstəxanaya yerləşdirilib. Bu barədə -in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 23.10.2026-cı il tarixində saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsin

23 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə

25 oktyabr
.

Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec

24 oktyabr
.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

25 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr