Deputatdan əhaliyə vaksinasiya ilə bağlı ÇAĞIRIŞ: "Diqqətli olmalıyıq"
"Son günlər koronavirusa yoluxanların sayında artım var. Digər tərəfdən də Nazirlər Kabineti yanında Operativ Qərargah karantin müddətinin azaldılması barədə qərar qəbul edib"
Oxu.Az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.
O bildirib ki, ilk gündən koronavirusla mübarizə çərçivəsində görülən işlər, tədbirlər öz effektini verir:
"Bütün incəliklər, parametrlər nəzərə alınmaqla qərarlar qəbul olunur. Bu gün ölkə əhalisinin 60 faizə qədəri iki dozada vaksinasiya olunubsa, eyni zamanda böyük əksəriyyəti üçüncü-gücləndirici buster dozanı alıbsa və əhalinin əksəriyyəti bu virusa yüngül, orta, ağır dərəcələrdə yoluxubsa, burada artıq sərtləşdirilmiş qaydalara ehtiyac yoxdur.
Bu mənada Operativ Qərargah düzgün qərar qəbul edib. Heç bir ölkə bu pandemiya ilə tək mübarizə aparmır".
M.İbrahimqızı onu da əlavə edib ki, bu virusla mübarizəni bütün dünya ölkələri bir-birinin praktikasından öyrənib:
"İnsanların yoluxma faizi, vaksin olunanlar, evdə xəstələnənlərin sayı, buster doza alanların sayı və s. məsələlər üzrə statistikalar aparılır. Bu gün artıq koronavirus pandemiyasının qorxulu, təhlükəli vahiməsi yoxdur. Ölkə başçısının tapşırığı ilə koronavirusla mübarizə çərçivəsində zəruri addımların atılması, qlobal səviyyədə tədbirlərin görülməsi davam edir. Beynəlxalq aləmdə virusla mübarizədə Azərbaycan çox böyük töhfələr verib. 40-a yaxın ölkəyə Azərbaycan yardım etdi. Eləcə də müalicə və profilaktika sahəsində təcrübələrin paylaşılmasında da Azərbaycan səhiyyəsi mühüm rol oynayıb. Dünyada bu virusla mübarizədə ən inkişaf etmiş ölkələrin səhiyyəsi də aciz qalmışdı. Özünüz görürsünüz ki, Avropada pandemiya necə xaos yaratdı, lakin bizim ölkəmizdə belə bir xaos olmadı. Buna səbəb prezidentin düşünülmüş, sistemli formada həyata keçirilmiş tədbirlərinin nəticəsidir.
Bu gün koronavirusa yoluxanların sayında artım müşahidə edilsə də, sağalanların, vaksinasiya olunanların sayı ilə nisbətdə çox deyil. Bu səbəbdən də insanlarda formalaşan immunitet, eyni zamanda risk qrupuna daxil olan şəxslərin, iri şirkətlərin əməkdaşlarının gücləndirilmiş buster doza alması səbəbindən karantin qaydalarında sərtləşmə deyil, yumşalma tətbiq edilir. Bu gün biz cəmiyyət olaraq vaksinasiyaya hər zaman olduğu kimi diqqətli olmalıyıq. Bütün karantin qaydalarına tibbi maskadan istifadə, sosial məsafəyə riayət etməklə bu bəladan xilas ola bilərik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1168 Tarix: 26 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hamamda elektrik cərəyanı vurub öldürdü
Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır
24 oktyabrQərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say
24 oktyabrMilyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...
Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumd
24 oktyabrMusiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd
23 oktyabrDYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin
24 oktyabrBu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək
Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər. Trend-ə istinadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərin
24 oktyabrAzərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla
23 oktyabr