Dövlət Xidmətinə çörək və unun qiymətinin artması ilə bağlı müraciətlər daxil olub - RƏSMİ

Dövlət Xidmətinə çörək və unun qiymətinin artması ilə bağlı müraciətlər daxil olub - RƏSMİAzərbaycanda çörək və unun qiymətinin artması ilə bağlı Dövlət Xidmətinə 36 müraciət daxil olub, müraciətlərə qanunamüvafiq qaydada baxılması təmin edilir.

Bu barədə Oxu.Az-ın sorğusuna əsasən, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Dövlət Xidmətindən bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənliklər, təchizat zəncirlərinə mütəmadi təzyiqlər, ölkələrin tələbdən artıq ehtiyat yaratmaları, müxtəlif ekoloji faktorlar, 2021-ci il ərzində dünya bazarlarında ərzaqlıq buğdaya tələbin artması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə həyata keçirdiyi qoruyucu tədbirlər fonunda ərzaqlıq buğdanın qiyməti kəskin artıb. Əlavə edilib ki, ən böyük ərzaqlıq buğda istehsalçılarından biri və Azərbaycana idxal edilən buğdanın əsas mənbə ölkəsi olan Rusiya Federasiyasının 2021-ci ilin fevral ayından yüksək ixrac rüsumları tətbiq etməsi idxal olunun ərzaqlıq buğdanın qiymətində kəskin bahalaşmaya gətirib çıxarıb.

Qeyd edilib ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır:

"2021-ci il ərzində ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana mənfi təsirlərinin azaldılması məqsədi ilə fevral ayından dekabrın sonunadək hökumət tərəfindən ayrılmış böyük həcmdə subsidiyalar hesabına buğda və unun qiymətlərinin real qiymətlərdən aşağı saxlanılması təmin olunub. Bu məqsədlə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2024-cü il tarixinədək buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı ƏDV-dən azad edilib. Ərzaqlıq buğda və un ixracının qarşısının alınması üçün Nazirlər Kabinetinin müvafiq Qərarı ilə 1 may 2022-ci il tarixinədək ərzaqlıq buğdanın və unun ixracına 1 ton üçün 200 ABŞ dolları rüsum müəyyən edilib.

Qeyd etdiyimiz kimi, ölkədə satılan unun və çörəyin qiyməti ərzaqlıq buğdanın hazırkı idxal qiymətinə uyğun olaraq, bazar prinsipləri əsasında yenidən formalaşır. Mövcud qiymət dalğalanması şəraitində ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində, unun və digər çörək növlərinin isə qiymətində əsassız dəyişikliyin qarşısının alınması, qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunması məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparılır. Monitorinqlər zamanı qanunvericiliyin pozulması əlamətləri aşkar olduğu təqdirdə Dövlət Xidməti tərəfindən ciddi tədbirlər görüləcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1943   Tarix: 26 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hamamda elektrik cərəyanı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır

24 oktyabr
.

Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say

24 oktyabr
.

Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...

Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumd

24 oktyabr
.

Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu

Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd

23 oktyabr
.

DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin

24 oktyabr
.

Bu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək

Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər. Trend-ə istinadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərin

24 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr
.

Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda evlərin istilik sistemində dəyişikliklər nəzərdə tutulur. 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında qazla işləyən avadanlıqlardan elektrik istilik nasoslarına keçidin təmin edilməsi hədəflənir. Bu plan evində qazla işləyən kombi quraşdıran ailələrdə gələcəkdə istilik sistemin

23 oktyabr
.

"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!

"Nar" mobil operatorunun abonentlərə təqdim etdiyi xidmətin vəziyyəti biabırçı həddə çatıb. 4G şəbəkəsində internetin sürəti bərbaddır, müştəri xidmətlərinə zəng edənlər 40-50 dəqiqə xəttdə gözləyir, müraciətlərə isə lazımi münasibət göstərilmir. Abonent nə normal internet əldə edə bilir, n

23 oktyabr