"Uşaq aqressiv oyun oynayırsa…"- Psixoloqdan XƏBƏRDARLIQ
İstiqamət: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
"Uşaqların fiziki inkişafı dedikdə, əsasən onların yaş göstəricilərinə uyğun çəki, boy nəzərdə tutulur. Bunların inkişafında həyat tərzinin, düzgün qidalanmanın böyük əhəmiyyəti var".
Bu sözləri Sonxeber.az-a açıqlamasında psixoloq Kəmalə Əliyeva söyləyib.
"Uşaqların mənəvi inkişafından danışanda qeyd etmək lazımdır ki, onların psixoloji tarazlığının qorunması müxtəlif səbəblərdən asılıdır. 0-6 yaş dövründə ailənin önəmi xüsusilə vacibdir, 0-3 yaşında isə uşaq daha çox ana ilə ünsiyyətdə olur.
Ümumiyyətlə, cəmiyyətdə sağlam psixoloji mühitin olması üçün ailələrin yanaşması, valideynlərin uşaqla ünsiyyəti doğru-düzgün formada olmalıdır. Bunun üçün də digər ailə üzvlərinin özlərinin də psixoloji stabilliyi olmalıdır. Çünki uşağı düzgün inkişaf etdirmək, sağlam psixoloji mühitdə formalaşdırmaq üçün ilk növbədə onun ətrafının sağlam olması vacibdir. Bu məsələlər bir-biri ilə qarşılıqlı əlaqədədirlər.
Biz, psixoloqlar, xüsusilə qeyd edirik ki, 3 yaşına qədər uşağın dayə və ya məktəbəqədər müəssisədə deyil, sırf ana ilə bərabər olması yaxşı olar. Çünki bu zaman ərzində uşaqların ana ilə bağı formalaşır.
Güvənli bağlanma olduqda uşagın sonrakı dövrlərdə, xüsusilə gənclik dövründə, eləcə də qurduğu ailədə münasibətləri uğurlu olur.
Amma uşaq güvənsiz bağlanma ərəfəsindədirsə, aşırı qısqanc, şübhəcil, narahat biri olacaq. Bu cür insanlar ailə qurub övlad sahibi olduqda da yaşadıqları onların övladları ilə münasibətlərinə öz mənfi təsirini göstərəcək.
3 yaşından sonra isə uşaq məktəbəqədər müəssisəyə, baxçaya getdikdə orada sosial mühit artıq genişlənir. Burada pedaqoqların düzgün yanaşması çox vacibdir.
Təəssüf ki, son vaxtlar valideynlər yemək yedirərkən, iş görərkən telefon və televizordan çox istifadə edirlər. Bu da, öz növbəsində, uşağın inkişafına mənfi təsir edir.
Ümumiyyətlə, 3 yaşına qədər uşaq televizordan uzaq olmalıdır. Fiziki olaraq, uşaq bütün günü oturaq vəziyyətdə və ya uzanıqlı halda olur, hərəkətsiz qalır. Bu da onun onurğa sisteminə təsir edir.
Psixoloji olaraq, uşağın emosional-iradi sferasında geriləmələr ola bilər, çünki burada ünsiyyət yoxdur.
Uşaqların həm fiziki, həm mənəvi inkişafı və özünü tapa bilməsi üçün oyun prosesi mütləqdir. Oyun uşağın laboratoriyasıdır. Bu zaman uşaq həm emosional inkişaf edir, həm qorxularını aradan qaldırır, beləliklə bir növ özü-özünü müalicə edir.
Bəzən görürük ki, uşaqlar aqressiv oyun oynayırlar. Bu o deməkdir ki, uşaq aqressiyaya məruz qalib və oyun vasitəsi ilə bu aqressiyasını çıxardır. Valideyn uşağın oyununu izləsə, gün ərzində onun nəyə məruz qaldığını anlaya bilər.
Hazırda məntiqi, stolüstü, qrup halında oynanıla bilən oyuncaqlar var. Bu zaman növbə gözləmə bacarığı inkişaf edəcək, qarşısındakına hörmət edəcək və ümumi qaydalara uyğunlaşacaq.
Belə uşaqlar sonrakı dövrlərdə cəmiyyət tərəfindən qoyulan qaydalara da uyğunlaşacaqlar, çünki artıq oyun prosesində tərbiyə olunublar".
Material Azərbaycan Respublikası
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
Aygün Osmanlı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video
Qızıl bazarında son vəziyyət
Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
XƏBƏRDARLIQ! Bakıya LEYSAN YAĞACAQ - Proqnoz verildi
Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Böyük Qayıdış, quruculuq və dayanıqlı inkişaf perspektivləri