Mənzillərin "kupça" problemi niyə həll olunmur? - VİDEO
Son illər Bakıda tikilən yeni çoxmərtəbəli binalarda az sayda mənzilin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışı var. Yeni inşa edilən binalarda çıxarış problemi ilə bağlı məsələ uzun müddətdir ki, davam edir.
BAKU.WS xəbər verir ki, sakinlər illərdir yeni tikilən binalardan ev alıb yaşasalar da, mənzillərinə tam mülkiyyətləri yoxdur. Yəni evlərinin çıxarışlarını ala bilməyiblər.
Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev "Xəzər Xəbər"ə deyib ki, paytaxtda dövlət qeydiyyatına alınmayan kifayət qədər ev var. Ekspert çıxarışın verilməməsi, yaxud da gecikdirilməsində əsas məsuliyyətin mənzil-tikinti kooperativlərinin üzərinə düşdüyünü deyib.
Onun sözlərinə görə, hansısa şirkət tikinti işinə başlayırsa, bütün sənədlərə sahib olmalıdır. Bu sənədlər tam olmadıqda belə problemlər yaranır. Mənzilin mülkiyyət haqqında sənədinin verilməsi üçün binanın istismara qəbul aktının olması vacibdir.
Nofəl Quliyev əlavə edib ki, MTK rəhbərləri mənzil çıxarışı ona görə verməkdə maraqlı deyillər ki, evin alqı-satqısı zamanı vətəndaşlar tikinti şirkəti ilə müqavilə bağlayırlar. Bu da müəyyən gəlirin əldə edilməsi deməkdir.
Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri Publik Hüquqi Şəxsin Hüquq departamentinin direktoru Lalə Əkbərova bildirib ki, yeni tikilən binalarda çıxarış probleminə səbəb paytaxtda bəzi çoxmənzilli yaşayış binalarının tikintisinin qanunvericiliyin tələblərinə riayət olunmadan aparılmasıdır. Onun sözlərinə görə, mənzilə çıxarış almaq üçün bina mütləq qaydada istisimara verilməlidir.
Lalə Əkbərova xatırladıb ki, ötən ilin dekabrın 31-nə qədər ölkə üzrə istisimarına icazə sənədi verilən yaşayış binalarında olan mənzillərə dair 46 min 235 çıxarış verilib. Bunlardan 45 min 146-sı Bakıda, 474-ü Gəncədə, 138-i Sumqayıtda və qalanları digər rayon və şəhərlərdə icra edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1358 Tarix: 26 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...
Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumd
24 oktyabrDYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin
24 oktyabrSağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI
İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl
23 oktyabrAzərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar
24 oktyabrCəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda
23 oktyabrAzərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla
23 oktyabrMəktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR
Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-
25 oktyabrNaibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Xalq artisti Naibə Allahverdiyeva gecə saatlarında xəstəxanaya yerləşdirilib. Bu barədə -in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 23.10.2026-cı il tarixində saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsin
23 oktyabrGecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO
Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye
23 oktyabr