Azərbaycanda YENİ QADAĞA QÜVVƏYƏ MİNİR: 15 fevraldan ETİBARƏN... - VİDEO
Ölkəmizdə koronavirusun yeni ''Omikron'' ştamına yoluxanların sayında artım müşahidə olunduğundan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB əhaliyə müraciət edib.
BAKU.WS-in məlumatına görə, dövlət qurumlarının birgə məlumatında bildirilir ki, COVID-19-un yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır.
Bildirilib ki, 2 doza vaksin qəbul etdikdən 5 ay sonra orqanizmdən asılı olaraq virusa qarşı müqavimət azala bilər. Orqanizmin infeksiyaya qarşı immunitetini yenidən artırmaq üçün "buster doza"nın vurulması tövsiyə olunur.
İnfeksionist Turan İbrahimovanın sözlərinə görə koronavirus əleyhinə vaksinlərdən hər hansı birinin hər iki dozunu vurduran şəxslərə "Peyvənd sertifikatı" verilir. "Peyvənd sertifikatı"nın etibarlılıq müddəti 6 aydır. Səhiyyə qurumlarının birgə məlumatında vurğulanıb ki, 2-ci dozanın qəbulundan 6 aydan çox keçmiş şəxslərin sertifikatı fevralın 15-dən etibarlı hesab edilməyəcək. Gücləndirici doza ilə peyvəndlənənlərə isə "Peyvənd sertifikatı" müddətsiz veriləcək.
Qeyd edək ki, fevralın 15-dən yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilərlər.
Bundan əlavə dövlət orqanlarının əməkdaşlarının, habelə mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri, elm və təhsil müəssisələrin işçilərindən sözügedən sənədlərin olması tələb edilir. 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən, Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin müvafiq sənədləri olmalıdır. İctimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində, qapalı məkanda göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud əks-göstəriş sertifikatı olduğu halda istifadə edə bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 7869 Tarix: 27 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların bu ayın 14-dək ödənilməsi nəzərdə tutulub. "Yeni Sabah"ın xəbərinə görə ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun açıqlamasında bildirilib. Rayonlarda qeydiyyatda olan və güzəştli şərtlərlə pensiya hüququna malik olan şəxsləri
9 may"Kartdan-karta" ödəniş edənlərə VACİB XƏBƏRDARLIQ
Son dövrlər pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminallar vasitəsilə deyil, "kartdan-karta" köçürmə yolu ilə aparılması halları geniş yayılıb. Belə ki, vətəndaşlar bildirirlər ki, bəzi hallarda onlara bank kartı ilə rəsmi ödəniş etmək imkanı yaradılmır, yalnı
9 mayAzərbaycan kəndlərində doludur: qramı 100 manata satılır
Sosial şəbəkələrdə və satış saytlarında iribuynuzlu heyvanların öd daşının alqı-satqısı ilə bağlı elanlar yenidən gündəmə gəlib. Belə ki, bəzi şəxslər müxtəlif xəstəliklərin müalicəsi məqsədilə qəssablara müraciət edərək heyvanın ödündən çıxan daşı almağa çalışır. İddialara görə, hazırda bu daşlar dah
10 mayİş adamı restorandan çıxarkən güllələndi - Foto - Yenilənib
Zaqatalada 39 yaşlı kişi ov tüfəngi ilə vurulub. "Qafqazinfo" xəbər verir ki, bu gün saat 01:30 radələrində Zaqatala rayon sakini 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib
9 maySabah 28 dərəcə isti olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-17 isti, gündüz 23-28 isti olacaq. Atmosfe
9 mayBu dərmanları uşaqlarınıza qətiyyən VERMƏYİN
Uşaqlarda qızdırma, öskürək və ya digər narahatlıqlar zamanı valideynlər çox vaxt evdə olan dərmanlardan istifadə edir. Ani xəstəlik yarananda valideynlərin tez müdaxilə etməsi təbiidi. Burada hər yüngül xəstəlik üçün həkimə müraciət ehtiyacının olmaması da rol oynayır. Bəs, yanlış hallarda verilən dərmanla
8 mayİş yerində özünəinamın gətirdiyi qələbə - 3 sirr
İş yerində özünəinam yalnız insanın özünü yaxşı hiss etməsi demək deyil. Mütəxəssislər bildirirlər ki, bu, ilk növbədə insanın özünü ön plana çıxarmağı və başqalarının rahatlığı naminə daim geri çəkilməməsini öyrənməsi ilə bağlıdır. Özünəinamlı insanlar hər kəsi razı salmağa çalışmaq əvəzinə, gördüklər
8 may