"Müəllimə dəyər verilməyən ölkənin sonu nə olacaq?! Gələcəkdə qudurğanlar..." - Deputatdan SƏRT AÇIQLAMA

"Müəllimə dəyər verilməyən ölkənin sonu nə olacaq?! Gələcəkdə qudurğanlar..." - Deputatdan SƏRT AÇIQLAMASon günlər təhsil ocaqlarında xoşagəlməz hadisələrin sayı artır. Bəzi müəllimlərin şagirdi döyməsinin, şagirdlərin isə məktəbliyə yaraşmayan hərəkətlərinin şahidi oluruq. Sosial şəbəkələrdə 165 saylı tam orta məktəbdə müəllimin sinifdə olmasına məhəl qoymayaraq, uşaqların şagirdə yaraşmayan hərəkətlər etmələri 43 ilin pedaqoquna töhmət qazandırıb. Hadisəyə sərt reaksiya verən deputat Fazil Mustafa müəllimə münasibətdən narazılığını bildirib və hətta təhsil nazirinin töhmət alan pedaqoqdan üzr istəməli olduğunu deyib. Bu açıqlamasından sonra deputat ona təyziq olunduğunu bildirib.

Məsələyə aydınlıq gətirmək üçün Sonxeber.az deputat Fazil Mustafa ilə alaqə saxlayıb.

O bildirib ki, bəzi adamlar kiməsə xoş olsun deyə, ona sətiraltı cavab verməyə çalışırlar:

"Onları toplayıb bir yerdə cavab verəcəyəm. Bu şəxslər müxtəlif yerlərdə yaxşı imtiyazlara sahibdirlər və belə məsələlərdən hər hansı bir şəkildə ictimai proseslərə neqativ yön vermək üçün istifadə edirlər. Ona görə də məsələ ilə bağlı bir neçə yazıların olduğunu nəzərə alaraq, onlara xəbərdarlıq edirəm ki, bunun bədəli ağır olacaq. Çünki bizim burada şəxsi motivli yanaşmamız yoxdur".

Deputat onu da qeyd edib ki, ordunun əsgəri olduğu kimi, müəllim də biliyin əsgəri olaraq qiymətləndirilməlidir:

"Müəllimi aşağılayanda savadsızlıq, həkimi aşağılayanda xəstəlik artar. Bu elə bir sahələrdir ki, sabahın alimi məhz burada, müəllimlərin tərbiyəsi ilə yetişdiriləcək.

Müəllimə, alimə dəyər verilməyən ölkənin sonu nə olacaq?! Gələcəkdə qudurğanlar başımızın üstünə gələcək.

Təbii ki, bir nazirlik səviyyəsində də hər məktəbə nəzarət etmək hazırda mümkün deyil, amma bəlli prinsiplər var. Çətin tərbiyə olunan uşağı evdə tərbiyə etməyiblərsə, bunun günahını müəllimin üzərinə necə ata bilərsiniz?!

Pedaqoq indi nə etməlidir? İnfarkt keçirməlidir?! Yazıq müəllim 5-10 dəfə dedikdə şagird onu saymırsa, nə edə bilər? Bu adam uşağı danlaya bilmir, tənqid edə bilmir, vura bilmirsə, nə etsin? Sağlamlığını itirəndə, nazirlik onun pulunu ödəyəcək? Yəni onun xəstəxana məsrəflərini qarşılayacaq? Heç icbari tibbi sığorta da yerinə tam oturmayıb. Bunu kim edəcək?

Pandemiya dövründə isə müəllim evində uşağını, özünü, ailəsini, sinifdə isə şagirdləri qorumalıdır. Maskanı çıxarda bilmir ki, yoluxar. Özü "COVİD"ə yoluxsa, xərci 500-1000 manatdır. Bu adam nə qədər maaş alır ki, xəstələnən zaman müalicəsini etdirsin?

Müəllim onsuz da stres, əsəb içində olur, üstəlik də yazı ilə yüklənib. Müəllimlər çox böyük problem yaşayırlar.

Ona görə də, məncə, bunun kimi məsələlərdə bir az daha fərqli siyasət izlənməlidir. Müəllimi qorumaq lazımdır, onu bu dərəcədə uşağın ayağına vermək olmaz!

Təbii ki, yerində olmayan müəllimlər də, "görüm-baxımla" vəzifəyə təyin olunan pedaqoqlar da var. Hamısı haqqında məlumatlıyıq. Lakin pisin oduna yaxşı da yanmamalıdır. Axı müəllimlərin 80-90 faizi yaxşı niyyətli insanlardır. Onları anlamadan töhmət vermək, "onu-bunu vurdun" demək olmaz.

Bir sözlə, düşünürəm ki, təhsil siyasətində köklü dəyişikliklər baş verməlidir. Görürsünüz ki, hazırkı mexanizm işləmir. Müəllimin bütün vaxtı yazı-pozuya gedir və normal dərs deməyə fürsət tapa bilmir.

Dərsdən sonra müəllimin 2 saatı yalnız yazı yazmağa gedir. Bunu bilirsiniz? O, evində oturub uşağının qayğısına qala, onunla məşğul ola bilmir. Halbuki o da insandır, onun da əsəbləri var.

Ona görə yenə də deyirəm ki, müəllimi aşağılamaq, dərhal töhmət vermək olmaz. Bununla ictimai rəyi aldatmağa ehtiyac yoxdur. Sosial şəbəkədir. Buradakılar haqsız da ola bilərlər. Sosial şəbəkələrin "küyləməsi" ilə müəllimi linç eləmək olmaz!

Əgər şagird çətin tərbiyə olunan uşaqdırsa, yeni məktəblər yaratmaq lazımdır. Budur problem!

Əvvəllər əsgərlikdə gənc biləndə ki, intizam batalyonuna gedəcək, qorxudan cinayət etmirdi.

Bir uşaq evdə tərbiyə olunmursa, biz nə edə bilərik? Onu saxlamalıyıq ki, müəllimi öldürsün?! Belə olmaz axı! Yüzlərlə müəllim infarktan ölür. Bu gün evində xəstə yatan onlarla müəllim var. Niyə insanlar bunu anlamırlar? Birinin evinə gedib baş çəkiblərmi?!

Müəllimi qorumaq vacibdir. Uşaqla işləmək hər adamın işi deyil, hər adamın əsəbi buna dözmür. Müəllimə hörmət yüksək səviyyədə olmalıdır, onu sevdirmək lazımdır".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1293   Tarix: 27 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ

"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj

25 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Sabah bəzi yerlərdə yağış yağacaq

Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd

23 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın

25 oktyabr
.

Hamamda elektrik cərəyanı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır

24 oktyabr
.

Reza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb

Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib. İndiyədək belə miqyasd

23 oktyabr
.

Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib

"Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlı

22 oktyabr
.

Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec

24 oktyabr