"Bizim şəxsi münasibətlərimizin sənətə heç bir aidiyyatı olmayıb" - FOTOLAR
"Ağakişi müəllim heç vaxt sənətinə görə heç kimə güzəştə getməyib, sənətində çox ciddi adam olub. Bizim şəxsi münasibətlərimizin sənətə heç bir aidiyyatı olmayıb. Obrazı kimə uyğun görübsə, ona da verib. Mənə verdiyi rolların arasında baş rol da, ikinci dərəcəli də, hətta "massofka" da olub. Mən ümumiyyətlə hər zaman onun tamaşalarına, məşqlərinə oturub baxırdım, özümü zənginləşdirirdim. Bəlkə də o hansısa münasibətə görə mənə o rolu verə bilər, amma sabah rolu oynayanda səhnə ilə təkbaşına mən qalıram, rejissor görünmür. Həmin rol ilə, oyunumla mən onu biabır edəcəkdimsə, bunu nə özünə, nə də mənə bağışlaya bilərdi. Sənətə bu gözlə baxanlar da mənə qəribə görünür, çünki sənət güzgüdür, göz qabağındadır"
Sonxeber.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa, əməkdar artist Mehriban Abdullayeva deyib. O həyat yoldaşı, tanınmış rejissor, xalq artisti Ağakişi Kazımovun ölümü ilə hələ də barışmadığını bildirib.
"İndi mən başa düşürəm ki, onsuz olmaq, həyatla barışıb yaşamaqdır. Bu tam yaşamaq deyil. Hər dəfə onun şəkillərinə baxdıqca, evin içində fırlandıqca hər şey gözümün qabağına gəlir. Onunla keçirdiyim hər gün, hər an, hər saniyəni xatırlayıram. Bir dəqiqə də olsun o mənim yadımdan çıxmır. Hətta elə nüanslar var ki, o mənim içimi çox ağrıdır. Bəzən elə hala çatıram ki, çalışıram beynimdən çıxarım, unutdurum. Amma hələ ki, o vəziyyətə gəlib çatmamışam ki, özüm olum, hər şeyi unudum. Hər şeyi əlbəttə ki, unutmaq olmaz. Bəlkə də bir az yaradıcılığımda da fasilə var, başımı işlə qata bilmirəm. Ona görə də onun yoxluğu mənə çox təsir edir. Bəlkə də başım sənətlə qarışsa müvəqqəti də olsa yaxşı olardım. Ona görə də çox, həddindən artıq gərginəm. Bu gərginlik məndən nə vaxt çıxacaq, deyə bilmərəm! Sözün düzünü deyim ki, bəzən mənə elə gəlir ki, o məni belə qoyub gedə bilməz, bu saat hardansa çıxıb gələcək və bu halıma görə mənə deyəcək ki, Mehriban, özünü topla, yığışdır, belə olmaz. Onun səsini eşitmək istəyirəm ki, məni silkələsin, bax bunu gözləyirəm" deyə aktrisa bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"
Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd
20 iyulŞarovski II Fəxri xiyabanda dəfn olunacaq
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi bu gün saat 14:30-da Rus Dram Teatrında keçiriləcək. xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Dəfn mərasimi isə İkinci Fəxri xiyabanda baş tutacaq. Qeyd edək ki, 78 yaşlı A.Şarovski bu gün vəfat edib
9 sentyabrŞair Çingiz Əlioğlu dəfn olunub
Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər
10 avqustPikassonun tablosu 1,7 milyon dollara satıldı
İspan rəssam Pablo Pikassonun fotoqraf Dora Maarın portreti Londonda keçirilən hərracda 1,7 milyon dollara satılıb. -a istinadən xəbər verir ki, hərracı "Sotheby's" təşkil edib. 1936-cı ildə çəkilən əsərin ilkin qiyməti 600-800 min funt sterlinq qiymətləndirilsə də, yekunda 1,3 milyo
26 iyunŞükufə Yusupovanın vəziyyəti necədir?
Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, aktrisanın müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, avqustu
31 avqustFəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto
Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb
17 avqustPrezident və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artistinin vida mərasiminə əklil göndəriblər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b
9 sentyabr