Valideynlərin NƏZƏRİNƏ: Bu gündən...
Bu gündən məktəblilərin qış tətili başlayır.
Qış tətili günləri Nazirlər Kabinetinin müvafiq qərarına görə məktəblərdə 29-31 yanvar tarixləridir.
Qeyd edək ki, 2021-2022-ci tədris ili müəyyən edilən müddətdən gec başladığından təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında" Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən payız tətili günlərində olduğu kimi, qış tətili günlərində də qısaltmalar olub.
Bununla da, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə qış tətili günlərindən 27-28 yanvar tarixləri dərs günləri hesab olunur. Yəni ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük rejimlə işləyən məktəblərdə 31 yanvar qış tətili, 6 günlük rejimlə işləyən məktəblərdə isə 29 və 31 yanvar qış tətilidir. Ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə qış tətili günlərindən 27-28 və 31 yanvar tarixləri dərs günləri hesab olunur. Yəni ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük rejimlə işləyən məktəblərdə qış tətili olmayacaq, 6 günlük rejimlə işləyən məktəblərdə isə 29 yanvar qış tətilidir.
Qeyd edək ki, bu il ölkədə pandemiya səbəbindən məktəblərlərdə əyani tədris aşağı siniflər üzrə sentyabrın 22-də, yuxarı siniflər üzrə isə sentyabrın 29-da bərpa olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4221 Tarix: 29 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazir bu instituta direktor təyin etdi
Dosent Nazilə Salmanova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən "Neftin, qazın geotexnoloji problemləri və kimya" Elmi Tədqiqat İnstitutunun direktoru təyin edilib. Qaynarinfo xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb
8 mayPensiyalar bu tarixdə ödəniləcək - RƏSMİ
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların bu ayın 14-dək ödənilməsi nəzərdə tutulub. "Yeni Sabah"ın xəbərinə görə ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun açıqlamasında bildirilib. Rayonlarda qeydiyyatda olan və güzəştli şərtlərlə pensiya hüququna malik olan şəxsləri
9 mayBəzi yerlərə qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA
Mayın 9-u saat 10:00-a olan məlumata əsasən, mayın 8-də ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub. Şahdağ, Xınalıq və Qrızda (Quba) arabir qar yağıb. Düşən yağıntını
9 mayBMT-dən XƏBƏRDARLIQ: Dünyada ərzaq böhranı yaranır
ABŞ-İsrail və İran müharibəsinin doğurduğu gərginlik qlobal ərzaq qiymətlərinin son üç ildə maksimum həddə çatmasına səbəb olub. xəbər verir ki, bu məlumatı "Tasnim" agentliyi yayıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təqdim etdiyi hesabatda bildirilir ki, apreldə qlobal ərzaq qiymətlər
9 mayYay fəsli Azərbaycana BU TARİXDƏ DAXİL OLACAQ
Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 12:24:26-da daxil olacaq. xəbər verir ki, bu zaman Şimal yarımkürəsində astronomik yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli başlayır. Bu hadisə zamanı Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əməl
10 may