"Azərbaycan əsgəri "mifik" erməni əsgərindən üstün olduğunu göstərdi" - Deputatla MÜSAHİBƏ

"Azərbaycan əsgəri "mifik" erməni əsgərindən üstün olduğunu göstərdi" - Deputatla MÜSAHİBƏDeputat Nəsib Məhəməliyev Sonxeber.az-ın qonağı olub. Onunla müsahibəni oxuculara təqdim edirik:

- Nəsib müəllim, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edildi. Bu mühüm addım özündə hansı çağırışları və mesajları ehtiva edir?

- Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ili "Şuşa ili" elan etməsi milyonlarla soydaşımızın ürəyincə oldu. Bunun siyasi, iqtisadi, mənəvi, mədəni əhəmiyyəti olduqca böyükdür. Siyasi əhəmiyyəti ondan ibarətdir ki, ermənilər saxta təbliğat nəticəsində Şuşanın adını dəyişərək "Şuşi" adlandırırdılar. Çalışırdılar ki, buranı bütün dünyaya tarixi erməni şəhəri kimi "sırısınlar". Alınmadı. Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşanı 44 günlük müharibədə azad etdi. Şuşanın tarixi adı özünə qaytarıldı.

İqtisadi cəhətdən, hesab edirəm ki, indiyə kimi aparılan bərpa-quruculuq işləri daha da intensiv xarakter daşıyacaq, daha da sürətli infrastruktur layihələri həyata keçiriləcək. İdarə, müəssisə, təşkilatların fəaliyyəti bərpa olunacaq, turizm daha geniş şəkildə inkişaf edəcək.

Mənəvi-mədəni tərəfinə gəldikdə isə, sirr deyil ki, Şuşa hər birimizin qəlbində xüsusi yer tutur. Tarixən, bütün digər bölgələrlə müqayisədə, Azərbaycan xalqının Şuşaya münasibəti fərqli olub. Şuşa əbəs yerə Azərbaycan mədəniyyətinin, musiqisinin beşiyi adlandırılmayıb. Bu baxımdan, "Xarı bülbül" festivalının, "Vaqif" poeziya günlərinin keçirilməsi və nəzərdə tutulan çoxsaylı tədbirlər Azərbaycan mədəniyyətinin, Qarabağın, Şuşanın təbliğidir. Bu tipli mədəniyyət tədbirləri insanlarda yeni ruh, hiss formalaşdırır. Şuşanın mədəniyyət paytaxtı seçilməsi, 2022-ci ilin "Şuşa ili" elan olunması olduqca doğru və strateji baxımdan da əhəmiyyətli bir qərardır.

- Şuşanın azad edilməsi uğrunda gedən döyüşlər digərlərindən fərqlənir. Belə ki, qəhrəman oğullarımız heç bir hərbi texnika olmadan, əlbəyaxa döyüş taktikası ilə düşmənə qan udduraraq, bizi illərlə həsrətində olduğumuz Şuşamıza qovuşdurdular. Şuşamızın azad edilməsi uğrunda canlarından və sağlamlıqlarından keçən qəhrəmanlarımızın adının əbədiləşdirilməsi, tanıdılması üçün Şuşada da ikinci Zəfər müzeyinin tikilməsinə ehtiyac varmı?

- Şuşanın azad olunması əməliyyatı digər rayonlar uğrunda gedən döyüşlərdən tam fərqlənib. Şuşadan fərqli olaraq, digər rayonların azad olunmasında daha çox müasir, yeni döyüş texnikasından, pilotsuz uçuş aparatlarından, uzaq vuran artilleriya qurğularından, raketlərdən, istifadə olunub, kontaktsız döyüş taktikası tətbiq olunub. Şuşada isə, tam fərqli əməliyyat həyata keçirilib. Ali Baş Komandan bununla bağlı açıqlamasında bunu bildirdi: "Şuşa şəhərinin tarixi əhəmiyyətini nəzərə alaraq, mədəni obyektlərin, tarixi abidələrin dağılmasının qarşısını almaq məqsədilə tapşırıq verdim ki, Şuşa fərqli bir döyüş metodları ilə azad olunsun". Bu da özünü tam doğrultdu. Füzuli, Ağdam, digər şəhər və rayonlar, kəndlər yerlə-yeksan olunmuşdu. Burada hər hansı bir salamat obyekt qalmamışdı. Bu baxımdan Şuşanın mədəni irsinin qorunması doğru düşünülmüş strategiya idi. Mürəkkəb, dağlıq relyefə malik coğrafi mövqedə olmasına baxmayaraq, bu tipli əməliyyatlar üçün maksimum az itki verməklə, Şuşa xüsusi təyinatlılarımızın, mərd, qəhrəman Azərbaycan oğullarının hesabına, kontaktlı döyüş taksikası tətbiq olunaraq azad edildi. Burada bir daha Azərbaycan əsgəri "mifik" erməni əsgərindən üstün olduğunu göstərdi.

Şuşanın azad olunmasında iştirak edən əsgərlərimizin, şəhidlərimizin, qazilərimizin adlarının əbədiləşdirilməsi ilə bağlı dövlət tərəfindən kifayət qədər işlər aparılır. Zəfər muzeyi kompleksi tikilir. Orada hər bir şəhidin, qazinin, müharibə iştirakçısının adları həkk olunacaq. Onların adının küçələrə və yaxud digər inzibati, sosial obyektlərə verilməsinə gəldikdə isə, bu məsələ mövcud qanunvericiliyə əsasən, Nazirlər kabinetinin "şəhid adının əbədiləşdirilməsi haqqında" qaydalarına uyğun həyata keçirilir. Hər bir halda, cəmiyyətdə gedən proseslər göstərir ki, Azərbaycan xalqı öz qəhrəmanlarını yaşadır, təbliğ edir, tanıdır. Bu işdə mətbuatın da xüsusi rolunu qeyd etmək yerinə düşər.

- Son günlər tənqid olunan məsələlərdən biri də erməni vəhşiliyinin dünyaya tanıdılması istiqamətində diasporumızın passiv fəaliyyətidir. Sadəcə dövlət tərəfindən hər hansı bir addımın atılmasını gözləyirlər.

- Xaricdəki diaspor təşkilatlarımızın fəaliyyətsiz olduğunu düşünmürəm. Tovuz hadisələrindən sonra, eyni zamanda müharibə və post-müharibə dövründə azərbaycanlıların yaşadığı bütün ölkələrdə Azərbaycan həqiqətlərinin təbliğ olunmasında, erməni diasporuna qarşı keçirilən etiraz tədbirlərində, mitinqlərdə kifayət qədər aktivlik müşahidə olundu. Bəzi hallarda, məsələn Los Angelesdə 35-40 nəfərin 5000 nəfər əleyhinə çıxış etməsini qəhrəmanlıq hesab edirəm. Bizim bəzi gənc soydaşlarımızı döydülər, fiziki xəsarət yetirdilər. Brüsseldə, Moskvada, Avropanın digər şəhərlərində kifayət qədər effektli tədbirlər keçirildi. Onlar heç nədən çəkinmədən, qorxmadan Qarabağ həqiqətlərini dünyaya çatdırdılar. Buna görə onlara təşəkkürümü bildirirəm. Ola bilər, burada müəyyən sistemli yanaşma, kifayət qədər təşkilatlanma yoxdur. Bunun da obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər odur ki, biz dünyada, sivilizasiyalar arasında mübarizə getdiyini müşahidə edirik. İslam ölkəsiyik, bizə, İslama, türk dünyasına qarşı kifayət qədər aqressiv siyasət aparan qüvvələr də var. Ola bilsin, bəzi ölkələrdə bizim diaspor təşkilatlarının fəaliyyəti məhdudlaşdırılır.

Bizim diasporumuzun ilk qurultayı 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirildi və əsası həmin zaman qoyuldu. Erməni diasporunun yaşı isə yüz ildən çoxdur. Təbii ki, maddi cəhətdən imkanlı, daha təcrübəlidirlər, yaxşı təşkilatlanıblar. Onlarla Azərbaycan diasporunu müqayisə etdikdə, bizimkilər dəstəyi daha çox dövlətdən umurlar. Onlar isə müxtəlif ianələr, yardımlarla kasıb Ermənistana maliyyə yardımı edirlər. Hesab edirəm ki, bu məsələ düzələcək, biz daha güclü diaspor təşkilatlarının yaradılmasına nail olacağıq.

- Cənab Prezident İlham Əliyev jurnalistlərə sonuncu müsahibəsində məmur özbaşınalığının ifşasında mətbuatın roluna da toxundu. Sizcə, bu gün Azərbaycan mediası bu istiqamətdə öz üzərinə düşən öhdəliyi yerinə yetirə bilirmi?

- Cəmiyyətin maariflənməsində, inkişafında, demokratikləşməsində, vətəndaş cəmiyyəti institutlarının bərqərar olmasında, ictimai nəzarətin həyata keçirilməsində medianın əhəmiyyəti son dərəcə böyükdür. Lakin medianın qarşısında duran vəzifələri tam şəkildə yerinə yetirdiyini deyə bilmərəm. Təbii ki, müsbət irəliləyişlər var. Mən hər zaman hesab etmişəm ki, hər bir məmur özünü qanunlara hörmət etməyə, ictimai rəylə hesablaşmağa, təmsil olunduğu komandanın müsbət imicinin formalaşmasına kökləməlidir. Ölkə başçısının hər sözündən nəticə çıxarmalı, xəbərdarlıqlara gündəlik fəaliyyətində ciddi riayət etməlidir. Bir şeyi başa düşmək lazımdır ki, hər bir məmurun pərdəarxası neqativ fəaliyyəti daha çox dövlətə, təmsil olunduğu komandaya yönəlir, ziyan vurur. İnsanlar görəndə ki, məmur üzdə bir şeyi deyir, əməldə isə başqa işlərlə məşğuldur, o məmura inam itir. Nəticədə, həmin məmurun timsalında artıq dövlət qurumuna qarşı inamsızlıq yaranır. Belə halların ədalətli araşdırılması, obyektiv sosial tədqiqatların aparılması, hər bir məmurun fəaliyyətinə qiymət verilməsi, dövlətçilik baxımından çox böyük əhəmiyyət kəsb edir. Burada vətəndaş cəmiyyətinin əhəmiyyətli müsbət rolu ola bilər. Azərbaycan böyük ölkə deyil. Gizli heç nə yoxdur. Heç bir məmurun şəxsi maraqları dövlət maraqlarından üstün ola bilməz. Ən ümdə vəzifə ictimai-siyasi sabitliyin, müstəqilliyimizin qorunub saxlanılmasıdır.

Son vaxtlar kampaniya şəklində, ayrı-ayrı mərkəzi və yerli icra orqanlarının nəzdində ictimai şuralar yaradılıb. Açığı, burada da bir az formal yanaşma var. Hərə özünə yaxın, istədiyi insanları şuralara cəlb etdi. Bu, doğru deyil. İctimai şuralar vətəndaş cəmiyyətinin müxtəlif qurumlarını təmsil edən müstəqil insanlar tərəfindən formalaşmalıdır. Yalnız o halda ictimai şuralar öz funksiyalarını yerinə yetirə, ictimai nəzarəti həyata keçirə bilər.

- Şəhid ailələrinə və qazilərə müavinətlərin təyin edilməsi, verilməsi səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alınıb, "YAŞAT" Fonduna verilə bilərmi?

- "YAŞAT" Fondu qeyri-hökumət təşkilatıdır və müharibədən sonra çox gözəl işlər görüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə dövlətin sosial siyasətini həyata keçirən qurumdur. Pensiyaların, təqaüdlərin təyin olunması, əlilliyin müəyyən olunması və digər məsələlərin "YAŞAT" Fonduna verilməsi mümkün deyil. Bu, hər hansı bir fondun işi deyil. Ehtiyac da yoxdur.

- Nəsib müəllim, şəhid ailələri və qazilər sizə daha çox nə ilə bağlı müraciət edirlər?

- İşlə təminat, müxtəlif yardımlar, tibbi əməliyyatlar, təhsil haqlarına kömək, müxtəlif icra orqanlarının fəaliyyəti ilə bağlı müraciətlər olur. Şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının problemlərinin operativ həlli ilə bağlı, Prezidentin sərəncamına müvafiq olaraq, yerli icra hakimiyyətlərində xüsusi şöbə yaradıldı. Düşünürəm ki, bu qərar zamanında verilmiş, çox gözəl qərar oldu və kifayət qədər effektiv fəaliyyəti ilə seçilir.

- Nəsib müəllim, bilirəm ki, sizə müraciət edən bütün seçicilərinizin problemlərinin aradan qaldırılması üçün kifayət qədər dəstək olursunuz. Lakin bəzilərindən fərqli olaraq, bir dəfə də olsun, bu barədə sosial şəbəkələrdə, yaxud da mətbuatda məlumatın getməsinə icazə verməmisiniz.

- Bu barədə danışmağı qətiyyən xoşlamıram. Bir şeyi deyəcəyəm. Mənimlə birgə çalışanlar, məni tanyan insanlar təsdiq edə bilərlər. Gənclik dövründən bəri, harada işləməyimdən asılı olmayaraq, bütün şüurlu həyatım boyu insanlara ancaq kömək etməyi, imkan daxilində ehtiyacı olanlara maddi və yaxud qeyri-maddi yardım göstərməyi, dəstək olmağı həyatımın mənası hesab etmişəm. Bununla qəlb rahatlığı tapmışam. Hesab etmişəm ki, bunları mən etmirəm, sadəcə Yaradan mənim vasitəmlə edir. Kiminsə bilməsinə, reklama ehtiyac yoxdur. Hər bir insan çalışmalıdır ki, ətrafına mərhəmət toxumları səpsin.

Aysel SƏFƏRZADƏ


Sonxeber.az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 1770   Tarix: 29 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vüqar İsgəndərov: " Sülh və tərəqqi ilə Qarabağ ermənilərini öz aramızda görə biləcəyik"- VİDEOMÜSAHİBƏ

"Sülh, əmin-amanlıq, tərəqqi və Azərbaycanı inkişaf etdirməklə erməniləri öz aramızda görə biləcəyik. Çünki nə biz, nə onlar harasa köçən deyil. Xankəndi Azərbaycanın suveren ərazisidir, əzəli torpaqlarımızdır. Qanunlarımız, konstitusiyamız ermənilərin də qarşısındadır.Onlar da hər bir Azərbayca

18 yanvar 2023
.

"Azərbaycanın rus sülhməramlılarının mandatını daha 5 il uzatmaq fikri yoxdur"- Elman Nəsirov -VİDEOMÜSAHİBƏ

"Cənab prezidentin mövqeyi bundan ibarətdir ki, rus sülhməramlıları Qarabağda 5 il qalsın.İmzaladığımız sənəddə qeyd olunub ki, tərəflərdən biri etiraz etməsə, rus sülhməramlılarının mandatı uzadıla bilər. Belə olan halda, biz etiraz edirik. Azərbaycanın rus sülhməramlılarının mandatını daha 5 i

11 oktyabr 2023
.

"Heç bir region ölkəsi rəqibimiz deyil" - İranlı analitik

"İranın rəqibi sayıla biləcək heç bir regional ölkə yoxdur". "Fars News"a istinadla siyasi analitik Məhəmməd Mərəndi bildirib. "Yeganə rəqib Amerikadır və İran Vaşinqtonla razılığa gəlməyə hazırdır", – deyə o əlavə edib. Mərəndi enerji qıtlığına toxunub: "Hazırda İra

17 iyul 2022
.

"Fransanın bu kimi davranışları regionun sülh danışıqlarına ciddi ziyan vurur" - VİDEOMÜSAHİBƏ

"Fransanın Azərbaycana qarşı həyata keçirdiyi siyasət Vətən müharibəsindən sonra ildən-ilə aqressiv hal alıb. Fransa daim həm Avropa İttifaqı, həm ATƏT, həm də BMT-yə təzyiqlər göstərməyə çalışır ki, Azərbaycan əleyhinə qətnamələr qəbul etsin. Digər tərəfdən isə daha çox Ermənistanın silahlanmasına

28 fevral
.

"4 ildən çoxdur müharibə bitsə də Fransa bunu qəbullanmaq istəmir" - MÜSAHİBƏ

Deputat Cavanşir Paşazadə -ın suallarını cavablandırıb. - Cənab İlham Əliyevin 2024-cü il fevralın 7-də tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən bir il ötür. Qazanılan nailiyyətlər və hazırkı gerçəkliklər ölkəmiz üçün hansı perspektivləri vəd edir?. - Cənab Prezident İlham Əliye

19 fevral
.

Qarabağda ermənilərin yaşayışı necə təmin olunacaq? - VİDEOMÜSAHİBƏ

Qarabağda baş verən son proseslərdən sonra azərbaycanlı və erməni əhalinin birgəyaşayış mövsuzu aktuallaşıb. Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ini işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Danışıqlar heç bir nətic

31 oktyabr 2023
.

"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə MÜSAHİBƏ

xəbər portalının baş redaktoru Əli Vəliyev APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızından özəl video müsahibə alıb. Müsahibədə Milli Mətbuatın 150 illik yubileyi, medianın dünəni və bu günü, onlayn xəbər platformaları, Media İnkişafı Agentliyinin fəaliyyəti ilə bağlı suallara cavab alınıb

17 iyul
.

Bir qaşığı da bəs edir - Alimlərin "tanınmayan möcüzə" dediyi super qida

Elm adamları uzun müddət diqqətdən kənarda qalan bu tərəvəzin əslində sağlamlıq üçün əvəzolunmaz olduğunu açıqlayıblar. Mütəxəssislərə görə o, təkcə immunitet sistemini gücləndirmir, həm də xolesterini aşağı salır və bağırsaqları təbii şəkildə bərpa edir. xəbər verir ki, söhbət rəngi ilə diqqət çəkə

25 oktyabr