"Hər şey demək olar ki, on dəqiqə ərzində baş verdi" - Yelena Sidorenko - VİDEOMÜSAHİBƏ

"Hər şey demək olar ki, on dəqiqə ərzində baş verdi" - Yelena Sidorenko - VİDEOMÜSAHİBƏ"Mən uşaqlıqdan rəqslə məşğul olmuşam və ANS televiziyasında keçirilən rəqs müsabiqəsində iştirak etmişəm. Televiziyaya aparıcı kimi dəvəti də elə həmin müsabiqə vasitəsilə almışam. Sadəcə, orada görmüşdülər ki, qeyri-azərbaycanlı bir qız Azərbaycan dilində danışır və s. Ümumiyyətlə, ağlımın ucundan belə keçməzdi ki, mən xəbər aparıcısı ola bilərəm. Düşünürdüm ki, bu, daha çox şou-biznes və ya hansısa əyləncəli verilişlərlə bağlı olacaq. Çünki ilk təhsilimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alırdım və tam əmin idim ki, bu sahə üzrə fəaliyyət göstərəcəm".

Bu sözləri Sonxeber.az-a müsahibəsində tanınmış teleaparıcı Yelena Sidorenko danışıb.

O, müsahibə əsnasında qeyd edib ki, ömrümdə heç vaxt xəbərlərə baxmamışdım, çünki ailəmiz rusdilli olduğu üçün heç kim Azərbaycan dilində xəbərlər izləmirdi:

"Hər şey demək olar ki, on dəqiqə ərzində baş verdi. O vaxt televiziyanın rəhbəri Vahid Mustafayev məni dəhlizdə gördü və nə işlə məşğul olduğumla maraqlandı. Mən də həmin vaxt orada təcrübə keçirdim və 17 yaşlı həvəsli bir qız kimi gördüyüm işlərdən danışırdım. Çox güman ki, Vahid müəllim məndə xəbər aparıcılığına dair bir potensial hiss etdi və söhbət əsnasında məni yavaş-yavaş xəbər studiyasına apardı.

Mən isə ömrümdə xəbərlərə baxmayan bir qız idim. Çünki ailəmiz rusdilli idi və heç kim Azərbaycan dilində olan xəbərləri izləmirdi. İlk dəfə idi ki, ANS-in studiyasında idim və pərdələr açıldı. Artıq orada olan hər kəs başa düşdü ki, bu, yeni aparıcıdır - bircə, məndən başqa. Məni oturtdular və dedilər: "Kameraya bax və orada nə görürsənsə, oxu". Qarşımda isə iqtisadiyyat xəbərləri idi.

Həmin an sözün əsl mənasında dilim dolaşmışdı, çünki oradakı sözləri tələffüz edə bilmirdim. (gülür) Sadəcə, tanışları ilə ünsiyyət qura biləcək qədər Azərbaycan dilini bilən, 8-ci mikrorayonda böyüyən, "yeddişüşə", "qaçdı-tutdu" oynayan bir qız idim. Amma birdən-birə iqtisadiyyat xəbərləri oxumaq, doğrusu, çox qəribə idi.

Geyimim də çox gülməli idi — çəhrayı rəngdə paltar, böyük sırğalar və s. Yəni, xəbər aparıcılığı ilə mənim heç bir uyğunluğum yox idi. Həmin anda Vahid müəllim də efir otağında iclas keçirirdi və hamı mənə baxıb qiymət verirdi: bu qız efirə yaraşırmı, ya yox. Nəticədə Vahid müəllim dedi: "İki həftə sonra efirdəsən". Mən nə qədər etiraz etdim, "yox" dedim, heç nə dəyişmədi". (gülür)

Müsahibənin tam versiyasını YouTube kanalımızda izləyə bilərsiniz:

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 1752   Tarix: 17 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Pulmonologiya tənəffüs sistemi xəstəlikləri ilə məşğul olan tibb sahəsidir" - Aynur Məmmədova - VİDEOMÜSAHİBƏ

"Pulmonologiya tənəffüs sistemi xəstəlikləri ilə məşğul olan tibb sahəsidir. Tənəffüs sistemi dediyimizdə də təbii ki, ağciyərlərimiz və bronxlarımız nəzərdə tutulur". Bu fikirləri -a müsahibəsində Uzman Pulmonoloq Aynur Məmmədova danışıb. "Tənəffüs sistemi xəstəliklərinə də əlbəttə dah

18 mart 2025
.

"Fransanın bu kimi davranışları regionun sülh danışıqlarına ciddi ziyan vurur" - VİDEOMÜSAHİBƏ

"Fransanın Azərbaycana qarşı həyata keçirdiyi siyasət Vətən müharibəsindən sonra ildən-ilə aqressiv hal alıb. Fransa daim həm Avropa İttifaqı, həm ATƏT, həm də BMT-yə təzyiqlər göstərməyə çalışır ki, Azərbaycan əleyhinə qətnamələr qəbul etsin. Digər tərəfdən isə daha çox Ermənistanın silahlanmasına

28 fevral 2025
.

Nevroloq Röyanə Quluzadə: "Şəhər həyatı stress və nevroz riskini artırır" - VİDEOMÜSAHİBƏ

"Stress, nevroz, gərginlik və bu kimi psixoloji problemlər əsasən şəhər həyat tərzi sürən insanlarda daha çox müşahidə olunur. Urban mühitdə yaşayan şəxslər kənd yerlərində yaşayan insanlarla müqayisədə stressə daha çox məruz qalırlar". Bu sözləri -a müsahibəsində nevroloq Röyanə Quluzadə danışıb

18 dekabr 2025
.

Bir qaşığı da bəs edir - Alimlərin "tanınmayan möcüzə" dediyi super qida

Elm adamları uzun müddət diqqətdən kənarda qalan bu tərəvəzin əslində sağlamlıq üçün əvəzolunmaz olduğunu açıqlayıblar. Mütəxəssislərə görə o, təkcə immunitet sistemini gücləndirmir, həm də xolesterini aşağı salır və bağırsaqları təbii şəkildə bərpa edir. xəbər verir ki, söhbət rəngi ilə diqqət çəkə

25 oktyabr 2025
.

Trampın yeni qərarı "buzu qırdı": "Silah gücü" sülh yaradacaqmı?

Bu günlərdə dünya ictimaiyyəti bir daha "Silahın gücü"nün siyasi arenada, cəbhənin qaynar nöqtələrində baxışları və nəticələri necə dəyişdiyinin şahidi olur. Tramp Administrasiyasında bir ilk - "Silah gücü" sülh yaradacaqmı?. Söhbət ABŞ Prezidenti Donald Tramp Administrasiyasını

19 sentyabr 2025
.

Eyyub Əliyev: "Köhnə avtomobillərin utilizasiyası könüllülük prinsipi ilə olacaq"-VİDEOMÜSAHİBƏ

"Utilizasiya əsasən yaşı 20-30 dan yuxarı olan avtomobillərə şamil olunacaq. Ölkəmizin avtomobil parkının 8 faizindən çoxu yaşı 40-dan çox olan avtomobillərdir. Həmin avtomobillər həm büdcəmizə, həm ekologiyamıza ziyandır. Köhnə avtomobillərin utilizasiyası könüllülük prinsipi ilə olacaq. Yəni məcbur

9 dekabr 2023
.

"Ermənistan hökuməti beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətindən əl çəkməlidir" - Deputatla MÜSAHİBƏ

Milli Məclisin deputatı Səbinə Salmanovanın -a müsahibəsini təqdim edirik:. - Səbinə xanım, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanalların verdiyi müsahibədə bir çox məsələlərə aydınlıq gətirməklə yanaşı həm də qarşıdakı hədəflər barədə də geniş məlumat verib. İstərdik ilk olaraq həmi

13 yanvar 2025
.

Paşinyan müharibəyə hazırlaşır - Vardanyandan etiraf

Paşinyan hakimiyyəti növbəti hərbi əməliyyatlara hazırlaşır və bu əməliyyatlar Ermənistan ərazisində olacaq. Bu iddia ilə "Hayastan" ümumerməni fondunun keçmiş direktoru Ara Vardanyan çıxış edib. Onun fikrincə, hakimiyyət erməni ictimaiyyətini növbəti təslimiyyətə hazırlayır:. "Buna gör

18 fevral 2023
.

Xaricdə yaxşı iş tapmağın sirləri: Almaniyada karyera mütəxəssisi olan azərbaycanlı ilə MÜSAHİBƏ

Xaricdə yaxşı iş tapmağın sirləri: Almaniyada karyera mütəxəssisi olan azərbaycanlı ilə MÜSAHİBƏ + FOTO. Müasir dövrdə uğurlu karyeranın sirrini şəbəkələşmədə və insanların bacarıqlarını inkişaf etdirməsində görür. Düşünür ki, dil bilikləri və savadla yanaşı, yaxşı ətraf uğurun açarıdır. Bu yolda insanı

24 sentyabr 2023