"Fransanın bu kimi davranışları regionun sülh danışıqlarına ciddi ziyan vurur" - VİDEOMÜSAHİBƏ

"Fransanın bu kimi davranışları regionun sülh danışıqlarına ciddi ziyan vurur" - VİDEOMÜSAHİBƏ"Fransanın Azərbaycana qarşı həyata keçirdiyi siyasət Vətən müharibəsindən sonra ildən-ilə aqressiv hal alıb. Fransa daim həm Avropa İttifaqı, həm ATƏT, həm də BMT-yə təzyiqlər göstərməyə çalışır ki, Azərbaycan əleyhinə qətnamələr qəbul etsin. Digər tərəfdən isə daha çox Ermənistanın silahlanmasına, hərbi yardım almasına dəstək göstərir. Hətta, Avropa İttifaqını təşviq edirdi ki, daimi olaraq hərbi yardım göstərsinlər. 2024-cü ilin aprel ayında üçtərəfli görüş keçirildi. Bu görüş Brüseldə Ermənistan, Avropa İttifaqı və ABŞ arasında baş tutdu. Fransa daha əvvəl də ABŞ-ı sövq edirdi ki, Ermənistana hərbi və iqtisadi yardım ayrılsın. Biz proqnozlaşdırırdıq ki, sonrasında bu üçtərəfli format ikitərəfliyə də keçə bilər. Co Bayden administrasiyası dövründə Paşinyan hakimiyyəti ABŞ-la strateji tərəfdaşlıq üzrə xartiya imzaladı. Amma hazırda həmin Xartiyanın icrası ilə bağlı vəziyyət sual altındadır. Çünki, Tramp administrasiyasının başı öz ölkəsinin işlərinə qarışıb. Bu baxımdan biz hər zaman görmüşük ki, Fransa Ermənistana dəstək göstərib".

Bunu Sonxeber.az-a müsahibəsində Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, müsahibə zamanı qeyd edib ki, Ermənistanda fəaliyyət göstərən Fransa səfiri mütəmadi olaraq Azərbaycanla Ermənistan sərhədinə gələrək Azərbaycan əleyhinə, onun ərazi bütövlüyünə, suverənliyinə xələl gətirən ifadələr işlədir və bəyanatlar səsləndirir:

"Məsələn, 2023-cü ildə Fransa Müdafiə Nazirliyinin, Fransa Senatına təqdim etdiyi hesabatda da biz gördük ki, Fransa 2023-cü il ərzində Ermənistana 18 ixrac üzrə lisenziya verib. Bunların yarısından çoxu isə hərbi sahədə olan ixrac lisenziyalardır. Sonrasında Avropa Sülh Fondu da Ermənistana hərbi yardım göstərdi. Təbii ki, bunlar hər biri Fransanın daimi olaraq Avropa İttifaqını təşviq etməsi nəticəsində yaranan dəstəkdir. Vətən müharibəsində Fransa Ermənistanı dəstəkləyirdi. Bu səbəbdən də Makron Ermənistanın məğlubiyyətini şəxsi məğlubiyyəti kimi qəbul edib və məsələni şəxsiləşdirib. Bu baxımdan da Ermənistanı müharibəyə təhrik edir. Fransanın bu kimi davranışları regionun sülh danışıqlarına ciddi ziyan vurur və gərginliyi artırır. Qeyd etdiyiniz kimi, Gorusda da konsulluğun açılması o deməkdir ki, Gorus onlar üçün strateji nöqtədir. Çünki, bura Türkiyədən də çıxış var, İrana da yaxındır. Bu baxımdan orada konsulluğun açılması Fransanın Ermənistana göstərdiyi növbəti dəstəyin ifadəsidir".

Müsahibənin davamı:

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 1262   Tarix: 28 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Pulmonologiya tənəffüs sistemi xəstəlikləri ilə məşğul olan tibb sahəsidir" - Aynur Məmmədova - VİDEOMÜSAHİBƏ

"Pulmonologiya tənəffüs sistemi xəstəlikləri ilə məşğul olan tibb sahəsidir. Tənəffüs sistemi dediyimizdə də təbii ki, ağciyərlərimiz və bronxlarımız nəzərdə tutulur". Bu fikirləri -a müsahibəsində Uzman Pulmonoloq Aynur Məmmədova danışıb. "Tənəffüs sistemi xəstəliklərinə də əlbəttə dah

18 mart 2025
.

"Fransanın bu kimi davranışları regionun sülh danışıqlarına ciddi ziyan vurur" - VİDEOMÜSAHİBƏ

"Fransanın Azərbaycana qarşı həyata keçirdiyi siyasət Vətən müharibəsindən sonra ildən-ilə aqressiv hal alıb. Fransa daim həm Avropa İttifaqı, həm ATƏT, həm də BMT-yə təzyiqlər göstərməyə çalışır ki, Azərbaycan əleyhinə qətnamələr qəbul etsin. Digər tərəfdən isə daha çox Ermənistanın silahlanmasına

28 fevral 2025
.

Nevroloq Röyanə Quluzadə: "Şəhər həyatı stress və nevroz riskini artırır" - VİDEOMÜSAHİBƏ

"Stress, nevroz, gərginlik və bu kimi psixoloji problemlər əsasən şəhər həyat tərzi sürən insanlarda daha çox müşahidə olunur. Urban mühitdə yaşayan şəxslər kənd yerlərində yaşayan insanlarla müqayisədə stressə daha çox məruz qalırlar". Bu sözləri -a müsahibəsində nevroloq Röyanə Quluzadə danışıb

18 dekabr 2025
.

Bir qaşığı da bəs edir - Alimlərin "tanınmayan möcüzə" dediyi super qida

Elm adamları uzun müddət diqqətdən kənarda qalan bu tərəvəzin əslində sağlamlıq üçün əvəzolunmaz olduğunu açıqlayıblar. Mütəxəssislərə görə o, təkcə immunitet sistemini gücləndirmir, həm də xolesterini aşağı salır və bağırsaqları təbii şəkildə bərpa edir. xəbər verir ki, söhbət rəngi ilə diqqət çəkə

25 oktyabr 2025
.

Trampın yeni qərarı "buzu qırdı": "Silah gücü" sülh yaradacaqmı?

Bu günlərdə dünya ictimaiyyəti bir daha "Silahın gücü"nün siyasi arenada, cəbhənin qaynar nöqtələrində baxışları və nəticələri necə dəyişdiyinin şahidi olur. Tramp Administrasiyasında bir ilk - "Silah gücü" sülh yaradacaqmı?. Söhbət ABŞ Prezidenti Donald Tramp Administrasiyasını

19 sentyabr 2025
.

Eyyub Əliyev: "Köhnə avtomobillərin utilizasiyası könüllülük prinsipi ilə olacaq"-VİDEOMÜSAHİBƏ

"Utilizasiya əsasən yaşı 20-30 dan yuxarı olan avtomobillərə şamil olunacaq. Ölkəmizin avtomobil parkının 8 faizindən çoxu yaşı 40-dan çox olan avtomobillərdir. Həmin avtomobillər həm büdcəmizə, həm ekologiyamıza ziyandır. Köhnə avtomobillərin utilizasiyası könüllülük prinsipi ilə olacaq. Yəni məcbur

9 dekabr 2023
.

"Ermənistan hökuməti beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətindən əl çəkməlidir" - Deputatla MÜSAHİBƏ

Milli Məclisin deputatı Səbinə Salmanovanın -a müsahibəsini təqdim edirik:. - Səbinə xanım, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanalların verdiyi müsahibədə bir çox məsələlərə aydınlıq gətirməklə yanaşı həm də qarşıdakı hədəflər barədə də geniş məlumat verib. İstərdik ilk olaraq həmi

13 yanvar 2025
.

Paşinyan müharibəyə hazırlaşır - Vardanyandan etiraf

Paşinyan hakimiyyəti növbəti hərbi əməliyyatlara hazırlaşır və bu əməliyyatlar Ermənistan ərazisində olacaq. Bu iddia ilə "Hayastan" ümumerməni fondunun keçmiş direktoru Ara Vardanyan çıxış edib. Onun fikrincə, hakimiyyət erməni ictimaiyyətini növbəti təslimiyyətə hazırlayır:. "Buna gör

18 fevral 2023
.

Xaricdə yaxşı iş tapmağın sirləri: Almaniyada karyera mütəxəssisi olan azərbaycanlı ilə MÜSAHİBƏ

Xaricdə yaxşı iş tapmağın sirləri: Almaniyada karyera mütəxəssisi olan azərbaycanlı ilə MÜSAHİBƏ + FOTO. Müasir dövrdə uğurlu karyeranın sirrini şəbəkələşmədə və insanların bacarıqlarını inkişaf etdirməsində görür. Düşünür ki, dil bilikləri və savadla yanaşı, yaxşı ətraf uğurun açarıdır. Bu yolda insanı

24 sentyabr 2023