Eyyub Əliyev: "Köhnə avtomobillərin utilizasiyası könüllülük prinsipi ilə olacaq"-VİDEOMÜSAHİBƏ
"Utilizasiya əsasən yaşı 20-30 dan yuxarı olan avtomobillərə şamil olunacaq. Ölkəmizin avtomobil parkının 8 faizindən çoxu yaşı 40-dan çox olan avtomobillərdir. Həmin avtomobillər həm büdcəmizə, həm ekologiyamıza ziyandır. Köhnə avtomobillərin utilizasiyası könüllülük prinsipi ilə olacaq. Yəni məcburi olmayacaq".
Bu sözləri Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev Sonxeber.az-a müsahibəsində bildirib.
O qeyd edib ki, köhnə avtomobil sürücüləri utilizasiya prosesindən sonra maşınsız qalmayacaqlar. Onlara yerli istehsal avtomobillərin xüsusi güzəşt və uzunmüddətli kreditlə verilməsi müzakirə edilir:
"Köhnə avtomobil sahibləri üçün təyin olunan vauçer 2500-3000 manatdır.Amma onun da üzərində aidiyyatı qurumlar iş görür. Biz Bakı ətrafında da görürük ki, köhnə maşınlar dəmir daşıyırlar. Onlar çörək pulu qazanmaq üçün bundan istifadə edirlər. Ona görə də bu həssas məsələdir və həssas yanaşılır. Diqqət yetirilir ki, sürücülər avtomobilləri utilizasiya ilə alındıqda işsiz və maşınsız qalmasınlar. Ölkəmizdə yerli istehsal avtomobillər var. Həmin avtomobillərin xüsusi güzəşt və uzunmüddətli kreditlə verilməsi müzakirə edilir".
Eyyyub Əliyev həmçinin yaxın vaxtlarda keçiriləcək maşın festivalları barədə məlumat verib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Aç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Bank kartları ilə bağlı - Daha bir qadağa