Bəhruz Quliyev: "Səs" qəzeti dövlətçiliyimiz üçün çətin sınaqların başladığı bir dövrdə ərsəyə gəldi" - MÜSAHİBƏ

Bəhruz Quliyev: "Səs" qəzeti dövlətçiliyimiz üçün çətin sınaqların başladığı bir dövrdə ərsəyə gəldi" - MÜSAHİBƏAzərbaycan mətbuatında özünəməxsus yeri olan "Səs" qəzeti bu il fəaliyyətinin 35 illiyini qeyd edir. Ötən 35 ildə qəzet həm dövlətçilik ideallarının təbliği, həm də ictimai-siyasi proseslərin işıqlandırılması sahəsində əhəmiyyətli rol oynayıb. Bu münasibətlə Sonxeber.az olaraq "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevlə müsahibə etdik. Müsahibədə qəzetin yaranma səbəbləri, cəmiyyətdə qazandığı imic, indiki fəaliyyət prinsipləri və gələcək planları barədə danışılıb.

- Bəhruz müəllim, Azərbaycanın müstəqilliyini bərpa etməsindən 9 ay öncə fəaliyyətə başlayan "Səs" qəzetinin yaranma zərurəti və keçdiyi yol haqda fikirlərinizi bilmək maraqlı olardı...

- "Səs" qəzeti dövlətçiliyimiz üçün çətin sınaqların başladığı bir dövrdə ərsəyə gəldi. O dövrdə respublikada ictimai-siyasi durum olduqca gərgin idi, hakimiyyət uğrunda amansız mübarizələr gedirdi, ölkəmiz Ermənistanın işğal və soyqırım təcavüzünə məruz qalmışdı, yüzminlərlə qaçqın-köçkün öz doğma torpaqlarından didərgin düşmüşdü.Ölkədə ağır sosial-iqtisadi durum hökm sürürdü. Belə bir çətin dövrdə etiraf edək ki, müstəqil qəzetin fəaliyyətə başlaması böyük cəsarət və risk tələb edirdi. Lakin qəzetin yaradıcıları bu işin altına girdilər. Fəaliyyətə başladığı ilk gündən qəzet konkret ideologiyaya əsaslandı. Sırf ideloji bir qəzet kimi fəaliyyətə başlamağın çətinlikləri isə daha çox idi.Xatırlayırsınızsa həmin dövrdə hakimiyyətdə olan qaragüruh qüvvələrin siyasi sifarişi əsasında respublikanın bir sıra mətbu orqanlarında ulu öndər Heydər Əliyevə qarşı iftira və qarayaxma kampaniyası aparılırdı.Həmin dövrdə xalqımız və dövlətçiliyimiz qarşısında öz tarixi məsuliyyətini dərk edən qəzetimizin qurucuları belə bir məsuliyyətli və dövlətçiliyimiz üçün həlledici mərhələdə Heydər Əliyev ideyalarını ictimai rəyə çatdırmaq kimi şərəfli bir missiyanı öz üzərinə götürdülər.Qəzetimiz həmin dövrdə mövcud olan hakimiyyətə qarşı müxalif mövqedə idi və haqlı olaraq bu mətbu orqanın qurucuları bütün Azərbaycan vətəndaşları kimi xalqımızın gələcək taleyini böyük tarixi şəxsiyyət Heydər Əliyevlə birgə görürdülər.Xalqın inam və arzusunu çəkinmədən ifadə edərək Heydər Əliyev dühasına üz tutan insanlar, xüsusi ilə cəmiyyətin ziyalı təbəqəsi ağır təqib və təzyiqlərə məruz qalırdılar. Buna baxmayaraq, qəzet çox böyük fədakarlıqla Heydər Əliyev ilə bağlı xalqın arzu və istəyini dilə gətirirdi.Təsadüfi deyildi ki, 1992-ci ilin oktyabrında ölkə ziyalıları xalqın iradəsini ifadə edərək ümummilli lider Heydər Əliyevə "Səs" qəzeti vasitəsilə müraciət etdilər. Ulu öndərimiz əslində, xalqın çağırışı olan bu müraciətə biganə qalmadı, öz cavab məktubunda Azərbaycan dövlətinin xilas yolunu, müstəqilliyin qorunub-saxlanılması strategiyasını açıqladı. Bizim üçün şərəflidir ki, bu cavab da məhz "Səs" qəzetində dərc olunub.Məhz buna görə ulu öndər YAP-ın 10 illik yubileyindəkı çıxışında "Səs"-i Azərbaycanın tarixinə düşmüş bir qəzet kimi xarakterizə etmiş və demişdi: ""Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. Mən bu qəzetin xidmətlərini xüsusi qiymətləndirirəm. O zaman ki, mən Naxçıvanda işləyirdim və Bakıda bəzi dairələrdə Naxçıvana qarşı ədalətsiz hərəkətlər olurdu. "Səs" qəzeti cəsarətlə çox ağıllı şəkildə məqalələr yazır, öz fikirlərini deyirdi. İctimaiyyətdə düzgün fikir formalaşmasına səy göstərirdi. Bu qəzetə qarşı təzyiqlər olurdu, lakin qəzet öz ideyaları uğrunda mübarizə aparmağı bacarırdı. "Səs" qəzetinin YAP-ın yaranmasında, cəmiyyətin maarifləndirilməsində məlumatlandırılmasında çox böyük rolu olub. "Səs" qəzeti tarixə düşmüş bir qəzetdir".

Bəhruz Quliyev: "Səs" qəzeti dövlətçiliyimiz üçün çətin sınaqların başladığı bir dövrdə ərsəyə gəldi" - MÜSAHİBƏ- "Səs" qəzeti dövlətin, ölkə başçısının və YAP-ın fəaliyyətinin cəmiyyətə çatdırılmasında önəmli rolu olan bir qəzetdir. Qəzetin siyasi proseslərdə rolunu necə dəyərləndirirsiniz?

- "Səs" qəzeti həmişə Yeni Azərbaycan Partiyasının ideoloji təbliğat vasitəsi olub və təqdirəlayiqdir ki, qəzetimiz cəmiyyətdə məhz bu cür tanınır. Qəzet fəaliyyətə başladığı 1991-ci ildən etibarən daim ulu öndərimiz Heydər Əliyevin ideyalarına və dövlətçilik xəttinə sədaqətlə xidmət edib.Ulu öndər hakimiyyətə gəldikdən sonra bütün kütləvi informasiya vasitələri kimi "Səs" qəzeti də öz fəaliyyətini normal şəkildə davam etdirib və həm ulu öndərin, həm də YAP-ın fəaliyyəti haqda cəmiyyəti məlumatlandırmaq missiyasını davam etdirib. Biz bu gün də bu siyasi kursa, dövlətçilik ideologiyasına sadiqik və daim bu amal uğrunda çalışırıq.Bundan başqa, qəzet ölkədə və dünyada baş verən hadisələri, insanların fikirlərini, əldə olunan uğurları və problemləri də öz səhifələrində işıqlandırır. Eyni zamanda, qəzetimiz dövlətimizin həyata keçirdiyi siyasətin ictimai rəyə təqdim olunması, obyektiv olaraq bu siyasətin xalqa çatdırılmasında fəal iştirak edir. Biz bu sahədə də öz məsuliyyətimizi dərk edərək hesab edirik ki, bu gün Müzəffər Sərkərdə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın regionda mövqelərini daha da möhkəmləndirmiş, respublikamız regionda lider ölkəyə çevrilmişdir. Kütləvi informasiya vasitəsi olaraq bu siyasəti dəstəkləməyi bizdən xalqın Prezidentə olan inam və etibarı tələb edir.

- İndiki dövrdə "Səs" qəzeti öz fəaliyyət prinsiplərini hansı istiqamətlərdə həyata keçirir?

- Biz dövlətçilik və Heydər Əliyevin ideyaları qarşısında daim öz məsuliyyətimizi dərk edirik. Xalqın sosial sifarişini düzgün olaraq qiymətləndirməyə çalışırıq. Bilirik ki, Azərbaycan xalqı həmişə ulu öndərimiz Heydər Əliyevin yanında olmuş və bu gün də onun ideyalarını uğurla həyata keçirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə birlikdədir.Ümumiyyətlə, "Səs" qəzetinin Azərbaycan mətbuatında özünəməxsus yeri var və bu qəzet ölkədə vətəndaş cəmiyyətinin qurulmasına, dövlətçiliyin qorunmasına, milli maraqlarımızın müdafiə edilməsinə öz töhfəsini verib. Biz təkcə YAP-ın və onun liderinin deyil, cəmiyyətin bütün qüvvələrinin sözünü öz qəzetimizdə veririk."Səs" qəzeti həmişə dövlətçiliyin, ulu öndərin yaratdığı Azərbaycançılıq ideologiyasının təbliği istiqamətində fəaliyyət göstərib. Gənc nəslin dövlətçilik ruhunda tərbiyəsi və maarifləndirilməsi üçün müxtəlif layihələr həyata keçirmişik.Müxtəlif ictimai-siyasi mövzularda ölkənin müxtəlif şəhərlərində dəyirmi masalar təşkil olunub, tanınmış ictimai xadimlərinin, deputatların, məmurların, ziyalıların fikirləri cəmiyyətə çatdırılıb.Bölgələrdə gedən quruculuq işləri və dövlət proqramlarıın icrası ilə bağlı tədbirlər təşkil etmişik və görülən işləri ölkə ictaimiyyətinə çatdırmışıq.Dövrün tələblərinə uyğun olaraq, "Səs" qəzeti də daim yenilənir, müasir texnologiyalara yiyələnir. Ölkə media məkanında ilk dəfə olaraq biz qəzet səhifəsində küar kod sistemi ilə xəbərləri, reportajları, müsahibələri videoformatda izləmək texnologiyası tətbiq etmişik. Bu da oxucular tərəfindən maraqla qarşılanıb.Əlamətdar tarixlərdə multimedia diskləri hazırlayıb yaymışıq, xüsusi nömrələr çap etmişik. O cümlədən ulu öndərin, cənab Prezidentin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanımın fəaliyyətinə həsr olunmuş multimedia diskləri hazırlamışıq.Qəzetin bazası əsasında yaradılmış "Səs" İnformasiya Agentliyi fəaliyyət göstərir və qısa zamanda bu agentlik öz maraqlı, obyektiv informasiyaları ilə təkcə ölkə oxucularının deyil, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların mütamadi izlədikləri bir internet resursa çevrilib.Media Qrupumuza daxil olan "Səs" televiziyası da indiki informasiya və texnologiya dövründə media məkanımızda özünə layiqli yer tutub. Televiziyanın verilişlərini ölkə daxilindən və xarici ölkələrdən xeyli tamaşaçı izləyir. Səs TV gün ərzində bir neçə dəfə canlı yayımla verilən verilişlər, maarifləndirici proqramlar, xəbər süjetləri ilə tamaşaçılarının marağını çəkir.Yeni çağırışlara uyğun olaraq media qrupumuz sosial şəbəkələrin hamısında fəal şəkildə xəbər yayır, çoxmilyonluq auditoriyalara çıxır. Həm ölkə daxilindən, həm də xaricdən ümumilikdə milyonlarla izləyici xəbərləri bizim sosial şəbəkə kanallarından və səhifələrindən əldə edir.Məlum olduğu kimi, "Səs" qəzetinın adı elə "səs" sözünü özündə ehtiva edir və bu baxımdan bizim radiomuzun da olması lazımdır. Yaxın gələcəkdə "Səs" radiosunun yaradılmasına nail olacağımıza inanırıq."Səs" həm də bir məktəbdir, burada indiyədək yüzlərlə gənc jurnalist yetişdirilib və onların bir çoxu ölkəmizin müxtəlif media orqanlarında, həmçinin xarici media resurslarında işləyirlər.Ümumilikdə Səs Media Qrupunda 40 nəfərədək əməkdaş çalışır. Ölkənin bütün regionlarında və bəzi xarici ölkələrdə müxbir postlarımız var. Biz ən yeni müasir texnologiyaların tətbiqi, peşəkar iş mühitinin formalaşdırılması ilə ölkəmizin media məkanında özümüzün layiqli yerimizi tutmuşuq. "Səs" Media Grupu həm ideoloji mərkəz kimi, həm də informasiya mərkəzi kimi böyük tarixə malik bir sistem olaraq fəaliyyətini davam etdirir.

- Azərbaycanda dövlət-media münasibətlərini necə qiymətləndirmək olar?

- Ulu öndər dəfələrlə dövlət məmurlarına mətbuata, qəzetlərə güzəştlər etməyin vacib olduğunu bildirib, başqa sahələrdə çalışanlarla yanaşı, jurnalistlərin fəaliyyətini də stimullaşdırmaq məqsədilə dəfələrlə müxtəlif tapşırıq və tövsiyələr verib. Azad sözün inkişafı naminə müxtəlif sərəncamlar imzalayıb və mətbuatın inkişafı üçün münbit şərait yaradıb.Bunun nəticəsidir ki, neçə-neçə yaşlı jurnalist Prezident təqaüdünə təqdim olunub, qəzetlərin nəşriyyata olan borcları dondurulub, həmkarlarımız təltif olunublar. Ulu öndər Heydər Əliyev mətbuata tolerant yanaşan, azad fikirli, demokrat bir insan idi. Onun siyasi kursu bu gün cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.Cənab Prezident ulu öndərin yolunu davam etdirərək, mətbuatın inkişafı naminə qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcunu birdəfəlik ləğv edib və layiqli jurnalistlərə mükafatlar verib. Prezident İlham Əliyev daim mətbuatın inkişafı üçün lazımi addımlar atır, tapşırıqlar və sərəncamlar verir.Milli mətbuatımızın ildönümləri ilə bağlı cənab Prezidentin sərəncamı ilə mətbuatımızın inkişafında xidmətləri olan bir qrup jurnalistə fəxri adlar və sair mükafatlar verilməsi media mənsublarının əməyinə verilən layiqli qiymətdir.Bundan başqa, Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlə jurnalistlər üçün 2 böyük yaşayış binası tikilib və yüzlərlə jurnalist ailəsi mənzillə təmin olunub. Jurnalistlərin sosial müdaifəsi ilə bağlı da xeyli işlər görülüb. Milli Mətbuatımızın 150 illik yubiliyi münasibətilə yüzlərlə jurnalist ölkə başçısı tərəfindən mükafatlandırılıb.İnkişaf olan yerdə, sözsüz ki, problemlər də var. Lakin, bu gün milli mətbuatımız inkişaf etmiş ölkələrdən, demokratik ənənələri yüz illərlə ölçülən ölkələrin mediasından heç də geri qalmır.

- Maraqlı müsahibəyə görə sağ olun.


Sonxeber.az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 491   Tarix: 09 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Həftənin qonağı" verilişində Amid Qasımov: "Nazim obrazı mənə çox şey öyrətdi" - VİDEOMÜSAHİBƏ

"Həftənin qonağı" verilişinin bu buraxılışında Azərbaycan Dövlət Yuğ Teatrının istedadlı aktyoru Amid Qasımov qonaq olub. Verlişdə aktyorun son çəkildiyi "Tilov" serialında canlandırdığı Nazim obrazı, eləcə də teatr yaradıcılığı ilə bağlı maraqlı söhbətlər yer alıb. Amid Qasımov bildiri

30 dekabr 2025
.

"Mən inanmıram ki, İranla müharibədən söhbət gedə bilsin " - Müşfiq Cəfərov - VİDEOMÜSAHİBƏ

"Mən inanmıram ki, İranla müharibədən söhbət gedə bilsin. İranda 40 milyon azərbaycanlı yaşayır. Orada bizim qohumluq əlaqələrimiz var, gediş-gəlişimiz hər zaman olub. Qardaşın qardaşa güllə atması mümkün deyil.Çünki onlr bizim həmvətənlərimizdir. Ancaq oradakı rejim ürəkaçan deyil". Bu sözlər

6 aprel 2023
.

"Bizim xanımlar beynəlxalq müstəvidə də kifayət qədər fəaldılar" - DEPUTAT

"Azərbaycan qadınlarının ölkənin tarixində hər zaman böyük rolu olub. Kifayət qədər böyük nüfuza malik zümrənin təmsilçiləri olaraq, hətta, ta qədim dövrlərdən Azərbaycanda dövlətin idarə edilməsində qadınların iştiraknı görürük. Azərbaycan qadının bu kimi fəal və tarixi köklərə söykənən siyas

7 mart 2025
.

"Bizim həmkarlar son zamanlar aztəminatlı təbəqəyə çevriliblər" - İlham Quliyev - VİDEOMÜSAHİBƏ

"Dövlət tərəfindən 2 bina inşa olundu və orada 400-ə yaxın jurnalist evlə təmin edildi. Düşünürəm ki, bizim çox təəssüf ki, aztəminatlı təbəqəyə çevrilmiş jurnalistlərin mənzil problemlərinin həll olunması ilə bağlı yaxşı nümunə oldu. Amma sonradan təəssüf ki, bu istiqamət dəyişdirildi və jurnalistlərimi

24 oktyabr 2024
.

Bəhruz Quliyev: "Səs" qəzeti dövlətçiliyimiz üçün çətin sınaqların başladığı bir dövrdə ərsəyə gəldi" - MÜSAHİBƏ

Azərbaycan mətbuatında özünəməxsus yeri olan "Səs" qəzeti bu il fəaliyyətinin 35 illiyini qeyd edir. Ötən 35 ildə qəzet həm dövlətçilik ideallarının təbliği, həm də ictimai-siyasi proseslərin işıqlandırılması sahəsində əhəmiyyətli rol oynayıb. Bu münasibətlə olaraq "Səs" qəzetini

9 yanvar
.

"4 ildən çoxdur müharibə bitsə də Fransa bunu qəbullanmaq istəmir" - MÜSAHİBƏ

Deputat Cavanşir Paşazadə -ın suallarını cavablandırıb. - Cənab İlham Əliyevin 2024-cü il fevralın 7-də tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən bir il ötür. Qazanılan nailiyyətlər və hazırkı gerçəkliklər ölkəmiz üçün hansı perspektivləri vəd edir?. - Cənab Prezident İlham Əliye

19 fevral 2025
.

QHT rəhbəri: "Tərtərdəki mina partlayışı terror hadisəsidir"

QHT rəhbəri: Tərtərdəki mina partlayışı terror hadisəsidir. "Tərtərdəki mina partlayışı terror hadisəsidir və biz ermənilərin törətdiyi bu faciələri son günlər daha tez-tez yaşayırıq". "Report"un Qarabağ bürosu xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezident

29 aprel 2023
.

Xaricdə yaxşı iş tapmağın sirləri: Almaniyada karyera mütəxəssisi olan azərbaycanlı ilə MÜSAHİBƏ

Xaricdə yaxşı iş tapmağın sirləri: Almaniyada karyera mütəxəssisi olan azərbaycanlı ilə MÜSAHİBƏ + FOTO. Müasir dövrdə uğurlu karyeranın sirrini şəbəkələşmədə və insanların bacarıqlarını inkişaf etdirməsində görür. Düşünür ki, dil bilikləri və savadla yanaşı, yaxşı ətraf uğurun açarıdır. Bu yolda insanı

24 sentyabr 2023
.

"Sahibkarlığa başlamaq üçün hansısa meyarlar tələb edilmir" - VİDEOMÜSAHİBƏ

"Sahibkarlıq sektorunda çalışdığım müddət ərzində topladığım təcrübələr və müşahidələrim onu göstərir ki, sahibkarlıq fəaliyyəti də digərləri kimi peşəkarılıq tələb edən bir sahədir. Danılmazdır ki, bu sahəyə yanaşma bir az fərqlidir. Misal üçün insanın əgər təşəbbüsü, həvəsi, müəyyən mənada maliyy

23 dekabr 2024