"Polisdə olmuşam, amma narkotik satmaqla saxlanılmamışam" - VİDEO
Bakının Sabunçu rayonunda yanvar ayının əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb və onların arasında sərbəst güləş üzrə gənclər arasında dünya çempionu, Bakı-2017 İslam Oyunlarının, Minsk-2019 Avropa Oyunlarının qalibi Mahir Əmiraslanov da olub. Daha sonra o, sərbəst buraxılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Sonxeber.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu xəbərlərdən sonra instaqram hesabında canlı yayım edən idmançı isə tutulmasını təkzib edib.
O bildirib ki, yazılanlar şər-böhtandır: "Mənim 4 kq narkotiklə tutulduğum barədə xəbərlər var. Guya polis məni saxlayan zaman üzərimdə psixotrop maddələr və digər narkotik növləri olub. Bilirsiz ki, 4 kilo narkotiklə tutulan biri azadlıqda ola bilməz. Necə bir oyun olduğunu bilmirəm. Narkotiklə indiyə qədər heç bir əlaqəm olmayıb.
Yazıblar ki, guya Suraxanı, Mehdiabad, Mərdəkanı narkotiklə mən təmin edirəm. Bunların hamısı şər-böhtandır, yalandır. Əgər deyilən qədər narkotiklə tutulmuşamsa, polis evimə gələrdi, yoxlayardı. Amma mən günlərdir ailəmlə birlikdəyəm, evimdəyəm və heç yerə getməmişəm. Düzdür, polisdə olmuşam, amma narkotik satmaqla saxlanılmamışam. Başqa məsələ olub. Məşqlərimi də edirəm, idmanla məşğul oluram. Məqsədim odur ki, bu xoşagəlməz söhbətlərə son qoyum.
Hamı bilir ki, illərdir güləşdə əziyyət çəkib medallar qazanıram. Qazandığım medallara görə dövlət mənə kifayət qədər yaxşı mükafatlar verib. Uğurlarıma görə qazandığım pullar özümə bəs edir. Niyə mən narkotik satmalıyam? Düzdür, vaxtikən səhvlərim olub. Buna görə də hər kəsdən üzr istəmişəm. İndi məqsədim Azərbaycan bayrağını başımın üzərində dalğalandırmaq, yeni uğurlar qazanmaqdır".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin inspektoru, mayor Anar Qafarov "Qafqazinfo"ya bildirib ki, ailənin iddiaları həqiqəti əks etdirmir: "Bu barədə artıq DİN rəsmi məlumat yayıb. Həmin şəxslə bağlı cinayət işi başlanılıb. Ona görə də ailənin ittihamları əsassızdır".
Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti Mahir Əmiraslanov barədə açıqlama verərək onun yığmadan kənarlaşdırıldığını bildirib: "Məşqçilər heyəti və federasiya bir neçə dəfə intizamsızlığına görə onu cəzalandırıb, hətta yığmadan uzaqlaşdırıb. Nizam-intizam kodeksinə əməl etmədiyi üçün onun barəsində bu cür qərar verilib".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1426 Tarix: 31 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirmə üsulların
25 oktyabrAzərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 221,264 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur. Hesabat dövründə Azərbaycan həmçini
24 oktyabrAvtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs
25 oktyabrYeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ
"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj
25 oktyabrGülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq
Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"
24 oktyabrMusiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd
23 oktyabrSabah bəzi yerlərdə yağış yağacaq
Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd
23 oktyabrAzərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar
24 oktyabrYasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar
Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki
23 oktyabr