Robot cərrah insan köməyi olmadan əməliyyat keçirdi
Cons Hopkins Universitetinin (ABŞ) mütəxəssislərinin hazırladığı robot insan müdaxiləsi olmadan müstəqil şəkildə mürəkkəb əməliyyat həyata keçirib.
Sonxeber.az-ın lent.az-a istinadən verdiyi xəbərə görə, robotlaşdırılmış sistemi Smart Tissue Autonomous Robot (STAR) insan köməyi olmadan anastomozu - bağırsağın bütövlüyünü bərpa etmək üçün əməliyyatı həyata keçirə bilib. Maşın, donuzu əməliyyat edib, bağırsağın ayrı-ayrı fraqmentlərini birləşdirib və tikib. Alimlərin sözlərinə görə, robot artıq dörd belə əməliyyat həyata keçirib və hamısı uğurlu olub.
Jurnalistlərlə söhbətində mütəxəssislər bildiriblər ki, anastomoz çox mürəkkəb prosedurdur, çünki cərrahdan konsentrasiya və dəqiqlik tələb olunur - istənilən kiçik səhv orqanizmin hermetikliyinin pozulmasına səbəb ola bilər.
İş canlı orqanizmin daimi hərəkətdə olması ilə çətinləşir. Alimlərin sözlərinə görə, onların robotu ilk dəfə canlı insandan daha sürətli və daha yaxşı əməliyyat həyata keçirib.
Robot yaxın infraqırmızı və struktur işıq kameraları ilə təchiz edilib və onların köməyi ilə xəstənin bədəninin üçölçülü xəritəsini yenidən yarada bilir.
STAR-ın yaradıcısı Aksel Kriqer bildirib ki, robot gələcəkdə kiçik kəsiklər vasitəsilə şişləri çıxarmaq kimi daha mürəkkəb əməliyyatlar həyata keçirə bilər.
Kriqer onu da qeyd edib ki, gələcəkdə insanları əməliyyat edə biləcək robot-cərrahın yaradılması tamamilə mümkündür. Belə sistemlər əməliyyatları ənənəvi əməliyyat otaqlarından kənarda - məsələn, xəstəxanaya gedən yolda təcili yardım maşınında həyata keçirə bilər.
İlk Smart Tissue Autonomous Robot 2016-cı ilin may ayında yumşaq toxuma əməliyyatı həyata keçirib. Sonra elm adamları maşının kəsikləri və tikişləri çox diqqətlə etdiyini, lakin bütün prosedurlara canlı cərrahdan beş dəfə çox vaxt sərf etdiyini görüblər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1408 Tarix: 31 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Britaniyalı qadın səhərlər gəzməyə başladı və gözlənilməz bir kəşf etdi
Britaniyalı jurnalist Elis Porter hər gün səhər işdən əvvəl gəzintiyə çıxmaq qərarına gəlib və gözlənilməz bir kəşf edib. -ın xəbərinə görə, o, öz təcrübəsinin nəticələrini "Fit and Well" nəşri ilə bölüşüb. Elis Porterin sözlərinə görə, uzun müddət səhərlər məhz qəhvə sayəsində özünü gümra
23 sentyabrHəkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrBədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20 sentyabrBir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMA
Qəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir. xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sal
21 sentyabrSüni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20 sentyabr"Real" bu göstəriciyə görə La Liqada ən pis komandadır
"Real" 2026/27 mövsümündə La Liqada hər oyunda orta qaçış məsafəsinə görə sonuncu yerdədir. -ın xarici mediaya istinadən xəbərinə görə, 7 oyundan sonra "Real" oyunçuları hər oyunda orta hesabla 83,46 kilometr məsafə qət edirlər ki, bu da bütün 20 La Liqa klubu arasında ən pis göstəricidir
22 sentyabrDişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət
"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları
21 sentyabr