Erməni terrorunun gizlinləri: SSRİ-də partladılacaq təyyarələr və möcüzəvi şəkildə xilas olan 365 sərnişin

Erməni terrorunun gizlinləri: SSRİ-də partladılacaq təyyarələr və möcüzəvi şəkildə xilas olan 365 sərnişinTerrorun milliyəti, dili, dini olmur, bu bəla bütün bəşəriyyət üçün ən dövrün ən böyük təhdidlərindən biridir. Ancaq təəssüflər olsun ki, erməni terroruna dünya ictimaiyyəti tərəfindən heç zaman layiq olduğu "diqqət" yetirilməyib.

Ola bilsin ki, bu laqeyd münasibətə səbəb erməni terrorunun böyük ölçüdə Azərbaycan və Türkiyə əhalisinə qarşı yönəlməsidir. Halbuki, erməni terroru da digər terror mənsubları kimi sadəcə bir xalqı hədəf seçmir, onun düşməni erməni ideologiyasına, onun xəstə təxəyyül məhsulu ideyalarına qarşı çıxan hər kəsdir.

Erməni faşizmi, terroru hər zaman günahsız insanları, onların ən köməksiz olduğu məqamlarda hədəf seçib. Dünya ictimaiyyətinin bir çox hallarda göz yumduğu erməni terrorunun bilinməyən, işıqlandırılmamış səhifələri də var. Hansı ki, burada seçilən qurbanlar məhz erməni vəhşiliyinin bütün bəşəriyyət üçün bir bəla olduğunu göstərir.

Haqqında danışacağımız hadisə 18 mart 1991-ci ildə baş verib. Moskva-Novosibirsk reysi ilə uçuş həyata keçirən təyyarə 18 heyət üzvə və 365 sərnişin olmaqla ümumilikdə 383 nəfərlə havaya qalxıb.

Havaya qalxdıqdan iki saat sonra təxminən 00:20 radələrində pilot kabinəsində əyləşənlər dəhşətli partlayış səsini eşidir. Əvvəlcə partlayış olduğunu anlamayan pilotlar kabinənin qapısını açdıqda güclü yanğınla qarşılaşır və yanıq xəsarətləri alırlar. Çox çətinliklə təyyarədəki yanğını söndürmək mümkün olub. Hadisə zamanı təyyarə hündürlüyü itirməyə başlayıb. Yanğın nəticəsində göyərtəni tüstü bürüdüyü üçün cihazların göstəricilərini izləmək mümkün olmayıb.

Rusiyanın "AiF" ("Arqumentı i faktı") nəşrinə verdiyi müsahibədə pilot Yuri Sıtnik təhlükəli anların təfərrüatını danışıb. Onun sözlərinə görə, həmin vaxt Ural dağları üzərindən uçan təyyarənin 2700 metrdən aşağı enməsi böyük təhlükə yarada bilərmiş.

Sözügedən vəziyyət bir qədər sakitləşdikdən sonra pilot hadisənin səbəbini daha dəqiq öyrənə bilib. Belə ki, sərnişinlərdən biri 26 yaşlı Yevgeni Volodin təyyarəyə partlayıcı maddə olan – selitra daxil edə bilib. Partlayış isə məhz bu yolla törədilib. O, üç bombanı partlamağa çalışsa da, yalnız ikisini partlada bilib. Bundan sonra göyərtə əməkdaşı və sərnişinlərdən biri tərəfindən zərərsizləşdirilib.

Hadisədən sonrakı araşdırmalar göstərib ki, Y.Volodin erməni millətçiləri ilə əlaqədə olub. Onun ifadəsi ilə Sankt-Peterburq, Kalininqrad və bir sıra digər şəhərlərdə analoji terror aktlarının qarşısı alınıb. Erməni terrorçuları bu yolla Qarabağda cərəyan edən hadisələrə diqqət yönəltməyə çalışıblar.

Pilot Yuri Sıtnik və yoldaşlarının qəhrəmanlığı sayəsində təyyarəni yerə endirmək mümkün olub. Xoşbəxtlikdən erməni terror təşkilatlarının planları baş tutmayıb.

Göründüyü kimi erməni terrorçuları öz məkrli planlarının icrası naminə hətta SSRİ-də də terror aktlarına əl atıb, yüzlərlə günahsız sərnişini qətlə yetirməkdən çəkinməyiblər.

Bu kimi hadisələrin indiyə qədər işıqlandırılmaması məhz erməni terrorçularının mənfur xislətinin dünya ictimaiyyəti tərəfindən lazımınca dərk edilməməsinə gətirib çıxarıb.

Lakin tarix səhifələri ermənilərin yüzlərlə terror aktları və günahsız insanlara qarşı törətdiyi qanlı əməllərlə doludur. Bu vəhşi xislətə, amansız terrora son qoymaq üçün isə bütün dünyanın erməni terrorunun əsl mahiyyətini anlaması və onunla mübarizəyə qoşulması əsas şərtdir.../Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1449   Tarix: 01 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!

"Nar" mobil operatorunun abonentlərə təqdim etdiyi xidmətin vəziyyəti biabırçı həddə çatıb. 4G şəbəkəsində internetin sürəti bərbaddır, müştəri xidmətlərinə zəng edənlər 40-50 dəqiqə xəttdə gözləyir, müraciətlərə isə lazımi münasibət göstərilmir. Abonent nə normal internet əldə edə bilir, n

23 oktyabr
.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr
.

DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin

24 oktyabr
.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxması ehtimalın

25 oktyabr
.

Azərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 221,264 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur. Hesabat dövründə Azərbaycan həmçini

24 oktyabr
.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr
.

Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib

"Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlı

22 oktyabr
.

Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR

Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır

25 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr