TV-lər məşhurlara pul ödəyəcəkmi?
Artıq bir neçə gündür ki, Xatirə İslam, Natavan Həbibi və Elşad Xose kimi ifaçıların efirlərə çıxma qarşılığında qonorar istəməsi müzakirə olunur. Sənətçiləri dəstəkləyənlər də var, tənqid edənlər də... Mövzu ətrafında qalmaqal isə getdikcə böyüməkdədir.
Bəs indiki vəziyyətdə televiziyalar qonaqlara qonorar ödəyə bilərmi?
Sonxeber.az Milli.Az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı olay-a danışan Əməkdar jurnalist, media üzrə ekspert Qulu Məhərrəmli deyib ki, əslində televiziyalar dəvət etdiyi qonaqlara, xüsusilə də mütəxəssislərə qonorar ödəməlidir:
"Bu tarixən belə olub. Sadəcə müstəqillik dövründə televiziyaların imkanları, cəmiyyətədki sosial-psixoloji ab-hava, iqtisadi durum buna imkan vermədi. Elə məqamlar var ki, televiziya mütləq pul ödəməlidir. Məsələn, görkəmli bəstəkarlarımızın əsərləri səslənirsə, ödəniş etməlidirlər. Yaxud da vaxtilə lentə alınmış filmlərimiz yayımlanırsa, rejissorlara, aktyorlara müəllif hüquqları haqda qanuna görə, qonorar ödənilməlidir. Verilişlərə müxtəlif sahələrdən adamlar, ekspertlər cəlb olunur. Onlar da qonorar almalıdırlar.
Amma Azərbaycan reallığında bunlar mümkün deyil. Gələcəkdə normal iqtisadi mühit, gözəl ab-hava, müəllif hüquqları ilə bağlı normal sistem yaranarsa, televiziyalarda varlıq olarsa, qonorar ödəmək mümkündür. İndiki şəraitdə bu reallıqla barışmalıyıq. İndi xüsusilə də orta səviyyəli sənət adamları var ki, televiziyaya çıxmaq üçün özləri pul ödəyirlər. Yaxud da kliplərinin yayımlanması üçün ödəniş edirlər. Bu da bir hüquq bazasında olanda normaldır. Çünki kommersiya televiziyalarının gəlir mənbələrindən biri də budur. Varlı televiziyalar olanda onlar qonorar ödəyirlər. Vaxtilə Yaponiyanın bir televiziyası Barış Mançonu aparıcı kimi dəvət edəndə, onunla xüsusi müqavilə bağlamışdı, yapon dili öyrənməsi üçün müəllim tutmuşdu və sair. Çünki televiziya özü bunun marağında idi. İndi televiziyaların belə istəyi olmur. Çox məhdud sayda aparıcılar var ki, onları dəvət edib, müqavilə bağlayırlar ki, qonorar ödəsinlər. Yenə də deyirəm ki, qonorarın verilməsi pis olmazdı".
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1367 Tarix: 11 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Britaniyalı qadın səhərlər gəzməyə başladı və gözlənilməz bir kəşf etdi
Britaniyalı jurnalist Elis Porter hər gün səhər işdən əvvəl gəzintiyə çıxmaq qərarına gəlib və gözlənilməz bir kəşf edib. -ın xəbərinə görə, o, öz təcrübəsinin nəticələrini "Fit and Well" nəşri ilə bölüşüb. Elis Porterin sözlərinə görə, uzun müddət səhərlər məhz qəhvə sayəsində özünü gümra
23 sentyabrHəkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrBədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20 sentyabrBir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMA
Qəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir. xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sal
21 sentyabrSüni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20 sentyabr"Real" bu göstəriciyə görə La Liqada ən pis komandadır
"Real" 2026/27 mövsümündə La Liqada hər oyunda orta qaçış məsafəsinə görə sonuncu yerdədir. -ın xarici mediaya istinadən xəbərinə görə, 7 oyundan sonra "Real" oyunçuları hər oyunda orta hesabla 83,46 kilometr məsafə qət edirlər ki, bu da bütün 20 La Liqa klubu arasında ən pis göstəricidir
22 sentyabrDişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət
"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları
21 sentyabr