Hüseyn Əliyev UFC-yə düşmək üçün növbəti qələbəsini qazandı - FOTO

Hüseyn Əliyev UFC-yə düşmək üçün növbəti qələbəsini qazandı - FOTO30 yaşlı azərbaycanlı idman ustası, 13-4 peşəkar döyüş tarixçəsinə sahib Hüseyn Əliyev ABŞ-ın Hyuston şəhərində "Humble Civic Center" arenasında keçirilən "Fury FC 57 - UFC Fight Pass" yarışmasında gecənin döyüşünə çıxıb.

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

O, 65 kiloqram çəki dərəcəsində Andres Kintanaya (19-4) qarşı müvəqqəti çempionluq kəməri uğrunda döyüşdə qalib olub. Hüseyn 5 raundun nəticəsində hakimlərin yekdilli qərarı ilə (49-46, 49-46, 50-44) qalib elan edilib.

Qeyd edək ki, Hüseyn Əliyev döyüş öncəsi hazırlığı dünyaca məşhur "American Kickboxing Academy" (AKA) zalında keçirib. Hazırlıq müddətində o, Həbib Nurməhəmmədov, İslam Maxaçev və digər MMA ulduzları ilə birgə məşq edib. Döyüş öncəsi AKA qurucusu və baş məşqçisi Xavyer Mendes və MMA ulduzu Həbib Nurməhəmmədov Hüseyn barədə müsbət fikirlər bildiriblər.

Fury FC peşəkar MMA liqasıdır. UFC şirkəti ilə əməkdaşlıq çərçivəsində turnirin qaliblərinin "UFC Fight Pass" yolu ilə əsas liqaya düşmək şansı var. Döyüşdən bir gün öncə "UFC Fight Pass" şirkəti "Instagram" sosial şəbəkəsində Hüseyn Əliyevi izləməyə başlayıb. Bu da dünyanın 1 nömrəli MMA döyüş şirkətinin həmyerlimizə olan yüksək marağını əks etdirir./Oxu.az
Hüseyn Əliyev UFC-yə düşmək üçün növbəti qələbəsini qazandı - FOTOHüseyn Əliyev UFC-yə düşmək üçün növbəti qələbəsini qazandı - FOTOHüseyn Əliyev UFC-yə düşmək üçün növbəti qələbəsini qazandı - FOTO


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1158   Tarix: 12 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Vikinq" futbolçusu Ola Vistedi icarəyə verib

Sabahın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Norveçin "Vikinq" komandasının futbolçusu Ola Vistedi cari mövsümün sonunadək KFUM-a icarəyə verilib. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçunun paytaxt komandası ilə icar

12 sentyabr
.

"Bolonya" baş məşqçi postuna Rafaele Palladinonu gətirib

İtaliyanın "Bolonya" klubu baş məşqçi vəzifəsinə Raffaele Palladinonu təyin edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Xatırladaq ki, "Bolonya" daha əvvəl sabiq baş məşqçisi Domeniko Tedesk

16 sentyabr
.

F1-də qaydalar dəyişir - Məsafə də azaldılacaq

"Formula-1" 2027-ci il mövsümündən etibarən Qran-pri yarışlarının maksimum məsafəsinin 305 kilometrdən 290 kilometrə endiriləcəyini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, yeni qaydalar yağış və ya insidentlər səbəbindən dayandırılan və ya təxirə salınan yarışlara da şamil ediləcək

22 sentyabr
.

Azərbaycan Kubokunun püşkü atıldı

Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada

18 sentyabr
.

Azərbaycan güləşçiləri mundiala Göygöldə hazırlaşacaqlar

Sərbəst güləş üzrə Azərbaycan millisi sentyabrın 20-də Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Bu barədə -a Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Oktyabrın 3-dək davam edəcək hazırlıq prosesində taktika və texnikanın təkmilləşməsi istiqaməti üzrə çalışmalara üstünlü

18 sentyabr
.

Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?

Türkiyə superliqa təmsilçisi "Erzurumspor"un hücumçusu Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən kənarda qalıb. -a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu gün milli komandanın Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan 30 nəfərli

18 sentyabr
.

"İnter Mayami" David Alaba ilə maraqlanır

İspaniyanın "Real" klubunun sabiq futbolçusu David Alaba karyerasını MLS-də davam etdirə bilər. "Report" xarici mətbauta istinadən xəbər verir ki, ABŞ təmsilçisi "İnter Mayami" 34 yaşlı müdafiəçi ilə maraqlanır. Klub təcrübəli oyunçunu heyətinə qatmaq variantını nəzərdə

19 sentyabr
.

PSJ Mbappedən 60 min avro təzminat alacaq

"Real Madrid"in hücumçusu Kilyan Mbappe Paris Apellyasiya Məhkəməsinin qərarı ilə PSJ klubuna 60 min avro təzminat ödəməlidir. xəbər verir ki, bu barədə "L’Equipe" məlumat yayıb. Qərar futbolçunun nümayəndələrinin PSJ-nin bank hesablarına tətbiq etdirdiyi təminat tədbiri ilə bağl

16 sentyabr
.

"Neftçi" "Qəbələ"yə, "Qarabağ" "Şəfa"ya qarşı

Bu gün Misli Premyer Liqasında 6-cı tura start verilir. "Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. Liderlər qrupunda olan "Neftçi" "Qəbələ" ilə qarşılaşacaq. Bu, "ağ-qaralar"ın Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 100-ci matçıdır

18 sentyabr