Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
"Report"un məlumatına görə, bununla da yarımfinalın bütün iştirakçıları müəyənləşib.
1/4 finalın son matçında "Zirə" klubu "Səbail"in qonağı olub. "ASCO Arena"dakı qarşılaşma "qartallar"ın inamlı qələbəsi ilə başa çatıb - 3:1.
Görüşdə hesabı 7-ci dəqiqədə meydan sahibləri açıblar. Ruslan Hacıyev uzaq məsafədən baxımlı qola imza atıb. 21-ci dəqiqədə Ağabala Ramazanov tarazlığı bərpa edib. 39-cu dəqiqədə Təmkin Xəlilzadə penaltidən fərqlənməklə qonaqları önə keçirib. Oyunda son nöqtəni isə Coşqun Diniyev qoyub. Azərbaycan millisinin yarımmüdafiəçisi 73-cü dəqiqədə əla zərbə ilə yekun hesabı müəyyənləşdirib.
Beləliklə, ilk görüşdə 4:0 hesablı qələbə qazanmış "Zirə" iki oyunun nəticəsinə əsasən, adını yarımfinala yazdırıb. Rəşad Sadıqovun baş məşqçi olduğu komanda finala gedən yolda "Neftçi" ilə qarşılaşacaq. Digər yarımfinal cütündə isə "Qəbələ" və "Qarabağ" komandaları üz-üzə gələcəklər. İlk oyunlar aprelin 20-də, cavab matçları isə aprelin 29-da gerçəkləşəcək.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1127 Tarix: 13 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Premyer Liqası: Son 5 mövsümdə nə qədər azarkeş olub?
Azərbaycan Premyer Liqasında son 5 ilin tamaşaçı statistikası açıqlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının hesabatında bildirilib. Sonuncu 2025/2026 mövsümündə keçirilən 198 oyunda ümumilikdə 285 min 778 tamaşaçı qeydə alınıb və hər qarşılaşmaya orta hesabla 1443 azarkeş düşüb
1 iyulKolumbiya - Qana oyununun ən yaxşısı seçildi
DÇ-2026-nın 1/16 finalında keçirilən Kolumbiya - Qana matçının (1:0) ən yaxşı oyunçusu açıqlanıb. "Qafqazinfo" FİFA-ya istinadən xəbər verir ki, bu, Kolumbiya yığmasının futbolçusu Luis Dias olub. Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi görüşə start heyətdə başlayıb və 90-cı dəqiqədə əvəzləni
4 iyulDÇ-2026: Misir Avstraliyanı penaltilər seriyasında uddu
Futbol üzrə dünya çempionatında Misir Avstraliyanı məğlub edib. Qaynarinfo-nun məlumatına görə, Dallas stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan olmayıb - 1:1. Misirin heyətində Emam Aşur (13) komandasını hesabda irəli çıxarıb. Lakin Afrika təmsilçisinin müdafiəçis
4 iyul"Qarabağ" - "Vestri" oyununa nə qədər bilet satılıb?
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Vestri" (İslandiya) matçına bilet satışı davam edir. Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq qarşılaşma üçün 16 min 350 bilet satılıb. Tofiq Bəhramov adına Respublika stadionund
7 iyul"Barselona" Jül Kundeni "Mançester Yunayted"ə təklif edib
İspaniyanın "Barselona" klubu müdafiəçisi Jül Kundeni İngiltərənin "Mançester Yunayted" komandasına təklif edib. "Report" "TEAMtalk"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 27 yaşlı fransalı futbolçu üçün 50 milyon avrodan çox məbləğ tələb edir. Həftəli
4 iyulSuper Liqanın püşkü atıldı - Debi həftələri açıqlandı
Türkiyə Super Liqasında derbi həftələri müəyyənləşdi. Türkiyə Futbol Federasiyasının (TFF) Rivadakı qərargahında 2026/27 mövsümü üşün Super Liqanın təqvimi müəyyənləşdirilib. Qaynarinfo xəbər verir ki, mövsümün ilk turunda çempion "Qalatasaray" debütant "Çorum"u qəbul edəcək. "Fənərbağça"
9 iyul"Milan" 40 yaşlı Luka Modriçə yeni mövsüm üçün müqavilə təklif edib
"Luka Modriç "Milan"la müqaviləsinin müddətini uzada bilər. "Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İtaliya klubu 40 yaşlı xorvatiyalı yarımmüdafiəçiyə yeni sözləşmə təklif edib. Tərəflər arasında danışıqlar davam edir və yaxın günlərdə yekun qəra
4 iyulErve Renar Tunis millisi ilə vidalaşdı
Fransalı mütəxəssis Erve Renar futbol üzrə Tunis millisinin baş məşqçisi vəzifəsindən ayrıldığını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Instagram" hesabında paylaşım edib. Erve Renar Tunis millisinə dünya çempionatının qrup mərhələsinin ilk turundan sonra - iyunun 16-da baş məşqçi təyi
5 iyulOrelyen Çuameni zədə səbəbindən Paraqvaya qarşı matçı buraxa bilər
Fransa yığmasının yarımmüdafiəçisi Orelyen Çuameni DÇ-2026-nın 1/8 finalında Paraqvay millisinə qarşı matçı buraxa bilər. "Report" "RMC Sport"a istinadən xəbər verir ki, oyunçu bud nahiyəsindəki zədə səbəbindən narahatlıq hiss edir. Futbolçunun 1/4 finala qədər bərpa olunacağı gözlənilir
4 iyul