Qadın cüdoçularımızın əsas yarışlara yollanmamasının səbəbi bilindi: Əməliyyat olunanlar var

Qadın cüdoçularımızın əsas yarışlara yollanmamasının səbəbi bilindi: Əməliyyat olunanlar var"Qadınlardan ibarət cüdo üzrə milli yığma komandanın bu il üçün proqramına əsasən, komanda üzvlərinin Paris və Təl-Əviv "Böyük Dəbilqə" turnirlərində iştirakı nəzərdə tutulmayıb".

Sonxeber.az-ın məlumatına görə,bunu Oxu.Az-a cüdo üzrə qadınlardan ibarət millimizin baş məşqçisi Rəşad Məmmədov bildirib.

O, qadın cüdoçularımızın ilin ilk cüdo yarışları olan Portuqaliya Qran-prisi (28-30 yanvar) və Paris "Böyük Dəbilqə"si (5-6 fevral) turnirlərində iştirak etməyəcəyini bildirib. Yalnız Sarayevo Avropa Açıq turnirinə (12-13 fevral) 6 cüdoçu ilə qatılan qadın millimiz 17-19 fevral tarixlərində keçiriləcək Təl-Əviv "Böyük Dəbilqə"sində də mübarizə apara bilməyəcək.

Rəşad Məmmədovun sözlərindən isə belə aydın olur ki, komandanın təcrübəli üzvlərinin olmaması yarışlarda iştirakı məhdudlaşdırır:

"Yığma komandanın aparıcı üzvləri Leyla Əliyeva və Gültac Məmmədəliyeva ötən ilin sonunda əməliyyat olunduqlarından məşqlərə yeni başlayıblar. Əməliyyatdan hələ 6 ay keçmədiyindən, onlar aparıcı turnirlərdə iştirak etmək üçün formada deyillər. İrina Kindzerskaya isə çiynindən yenicə əməliyyat olunub.

Digər idmançılarımız isə yeniyetmələrdən və gənclərdən ibarət olduğundan, onları ilk növbədə daha aşağı səviyyəli turnirlərdə sınayacağıq. Təəssüf ki, Portuqaliya Qran-prisi üçün planlaşdırdığımız idmançılarımızın iştirakı PCR testlərinin pozitiv çıxması səbəbindən mümkün olmadı. Ötən həftə Bosniya və Herseqovinada bəzi idmançılarımızı sınadıq. Növbəti sınaq isə 5-6 mart tarixlərində Praqada keçiriləcək Avropa Açıq turnirində olacaq. Həmin turnirdən sonra yığmanın üzvləri Avropanın qadın cüdosunda aparıcı ölkələrinin nümayəndələri ilə birgə təlim-məşq toplanışları keçirəcəklər. Həmin təlim-məşq toplanışlarından sonra 25-27 martda Tbilisidə keçiriləcək "Böyük Dəbilqə" turnirində hansı qadın idmançılarımızın sınaqdan keçiriləcəyi müəyyən ediləcək.

Qeyd edim ki, federasiya rəhbərliyi tərəfindən qadınlardan, gənc qızlardan və yeniyetmə qızlardan ibarət milli yığma komandaların hazırlığı üçün bütün şərait yaradılıb. Dekabrın sonunda ölkədaxili təlim-məşq toplanışı, yanvarın əvvəlində Antalyada beynəlxalq təlim-məşq toplanışı və yenə də bu ayın əvvəlində ölkədaxili təlim-məşq toplanışı təşkil edilib. Hazırlıq üçün lazım olan bütün digər məqamlar da təmin edilib".


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1296   Tarix: 15 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Vikinq" futbolçusu Ola Vistedi icarəyə verib

Sabahın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Norveçin "Vikinq" komandasının futbolçusu Ola Vistedi cari mövsümün sonunadək KFUM-a icarəyə verilib. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçunun paytaxt komandası ilə icar

12 sentyabr
.

"Bolonya" baş məşqçi postuna Rafaele Palladinonu gətirib

İtaliyanın "Bolonya" klubu baş məşqçi vəzifəsinə Raffaele Palladinonu təyin edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Xatırladaq ki, "Bolonya" daha əvvəl sabiq baş məşqçisi Domeniko Tedesk

16 sentyabr
.

F1-də qaydalar dəyişir - Məsafə də azaldılacaq

"Formula-1" 2027-ci il mövsümündən etibarən Qran-pri yarışlarının maksimum məsafəsinin 305 kilometrdən 290 kilometrə endiriləcəyini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, yeni qaydalar yağış və ya insidentlər səbəbindən dayandırılan və ya təxirə salınan yarışlara da şamil ediləcək

22 sentyabr
.

Azərbaycan Kubokunun püşkü atıldı

Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada

18 sentyabr
.

Azərbaycan güləşçiləri mundiala Göygöldə hazırlaşacaqlar

Sərbəst güləş üzrə Azərbaycan millisi sentyabrın 20-də Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Bu barədə -a Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Oktyabrın 3-dək davam edəcək hazırlıq prosesində taktika və texnikanın təkmilləşməsi istiqaməti üzrə çalışmalara üstünlü

18 sentyabr
.

Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?

Türkiyə superliqa təmsilçisi "Erzurumspor"un hücumçusu Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən kənarda qalıb. -a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu gün milli komandanın Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan 30 nəfərli

18 sentyabr
.

"İnter Mayami" David Alaba ilə maraqlanır

İspaniyanın "Real" klubunun sabiq futbolçusu David Alaba karyerasını MLS-də davam etdirə bilər. "Report" xarici mətbauta istinadən xəbər verir ki, ABŞ təmsilçisi "İnter Mayami" 34 yaşlı müdafiəçi ilə maraqlanır. Klub təcrübəli oyunçunu heyətinə qatmaq variantını nəzərdə

19 sentyabr
.

PSJ Mbappedən 60 min avro təzminat alacaq

"Real Madrid"in hücumçusu Kilyan Mbappe Paris Apellyasiya Məhkəməsinin qərarı ilə PSJ klubuna 60 min avro təzminat ödəməlidir. xəbər verir ki, bu barədə "L’Equipe" məlumat yayıb. Qərar futbolçunun nümayəndələrinin PSJ-nin bank hesablarına tətbiq etdirdiyi təminat tədbiri ilə bağl

16 sentyabr
.

"Neftçi" "Qəbələ"yə, "Qarabağ" "Şəfa"ya qarşı

Bu gün Misli Premyer Liqasında 6-cı tura start verilir. "Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. Liderlər qrupunda olan "Neftçi" "Qəbələ" ilə qarşılaşacaq. Bu, "ağ-qaralar"ın Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 100-ci matçıdır

18 sentyabr