Pişiklərin sirri: Sevimli ev heyvanı barədə bilmədiklərimiz
Pişiklər heyrətamiz canlılardır. Onlarla heç vaxt darıxmaq olmaz.
Bu dördayaqlının necə tullandığını, əyləndiyini, ovlandığını və ya əksinə, necə şirin yuxuya getdiyini sonsuz olaraq seyr etmək olar.
Ancaq bu ev heyvanı haqqında hər şeyi bilirikmi? Yəqin ki, yox. Elə isə oxuyun və bilmədiklərinizdən agah olun.
Sən demə pişiklər, itlərdən fərqli olaraq, məcburi ətyeyən heyvanlar hesab olunurlar. Bu o deməkdir ki, onlar sağ qalmaq üçün mütləq ət yeməlidirlər. Buna görə pişiklər üçün vegetarian pəhriz əks göstərişlidir. İtlər isə fakultativ yırtıcılardır və bir müddət ət məhsulları yemədən də keçinə bilərlər.
"Ginnesin Rekordlar Kitabı" artıq "dünyanın ən kök pişiyi" rekordunu yeniləmir. Bu barədə qərar pişik sahiblərinin öz ev heyvanlarını bilərəkdən həddindən artıq yedizdirəcəkləri qorxusundan verilib.
Pişiklər yavaş-yavaş gözlərini qırparkən, onlar mahiyyətcə "Mən səni sevirəm" deyirlər. Vəhşi təbiətdə pişiklər qarşısındakına güvəndiyini göstərmək üçün gözlərini yavaş-yavaş açıb bağlayırlar.
Qədim misirlilər pişikləri öləndə qaşlarını qırxır və onlar yenidən çıxana qədər pişiklərinə yas tuturdular.
Yaponiyada pişiklərin rəhbər kimi işlədiyi bir dəmir yolu stansiyası var.
Bəzi pişiklərin qeyri-adi yerişi var. Onlar əvvəlcə hər iki sağ, sonra isə hər iki sol pəncələrini hərəkət etdirirlər. Adətən, dəvələr və zürafələr eyni şəkildə gəzirlər.
Əgər pişiyiniz sizi yalayırsa, deməli, sizi sevir. Bu heyvanların sosial aləmində başqalarının qayğısına qalmaq çox vacibdir.
Bəzi pişiklər axar su içməyə üstünlük verirlər. Belə ki, onlarda durğun suyun çirklənə biləcəyini düşünürlər.
Tarixən pişiklər özləri əhliləşiblər. Bu heyvanlar məhsul anbarlarındakı gəmiriciləri ovladıqları üçün insanlara yaxın olmağı seçiblər.
Pişiyin burnunda insan barmaq izinə bənzər unikal iz var. İki pişiyin eyni burun izləri yoxdur.
Pişiklər günün yarısından çoxunu yatmaqla keçirir. Bu o deməkdir ki, üç yaşlı pişik ömrünün təxminən il yarımı oyaq olur./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 3564 Tarix: 16 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Britaniyalı qadın səhərlər gəzməyə başladı və gözlənilməz bir kəşf etdi
Britaniyalı jurnalist Elis Porter hər gün səhər işdən əvvəl gəzintiyə çıxmaq qərarına gəlib və gözlənilməz bir kəşf edib. -ın xəbərinə görə, o, öz təcrübəsinin nəticələrini "Fit and Well" nəşri ilə bölüşüb. Elis Porterin sözlərinə görə, uzun müddət səhərlər məhz qəhvə sayəsində özünü gümra
23 sentyabrHəkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrBədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20 sentyabrBir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMA
Qəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir. xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sal
21 sentyabrSüni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20 sentyabr"Real" bu göstəriciyə görə La Liqada ən pis komandadır
"Real" 2026/27 mövsümündə La Liqada hər oyunda orta qaçış məsafəsinə görə sonuncu yerdədir. -ın xarici mediaya istinadən xəbərinə görə, 7 oyundan sonra "Real" oyunçuları hər oyunda orta hesabla 83,46 kilometr məsafə qət edirlər ki, bu da bütün 20 La Liqa klubu arasında ən pis göstəricidir
22 sentyabrDişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət
"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları
21 sentyabr