Azərbaycanlı idmançı Həbibin tələbəsini məğlub etdi - VİDEO
Azərbaycanlı MMA idmançısı Ramin Sultanov məğlubedilməzliyini qoruyub.
Oxu.Az-ın xəbərinə görə, Rusiyanın paytaxtı Moskvada Həbib Nurməhəmmədova məxsus olan "Eagle FC" MMA təşkilatının növbəti turniri – EFC-45 döyüş yarışı keçirilib.
Burada "TT Fight" və "Qəbələ" klubunun yetirməsi olan Ramin Sultanov Həbib Nurməhəmmədova məxsus döyüş məktəbinin idmançısı Dinislam Kamavovla qarşılaşıb. Sultanov dağıstanlı rəqibinə birinci raundda ağrıdıcı fəndlə qalib gəlib.
Turnirin rəsmi səhifəsi yüngül çəkidə çempionluğa yeni namizədin peyda olduğunu qeyd edib.
Qeyd edək ki, bu, Ramin Sultanovun yeddinci qələbəsidir. O, karyerasında hələ ki məğlubedilməzdir. Dinislam Kamavov isə karyerasında ikinci məğlubiyyətini alıb.
Xatırladaq ki, bu, "TT Fight" və "Qəbələ" idmançılarının Həbib Nurməhəmmədovun "Eagles MMA" döyüş məktəbinin üzvü üzərində ikinci qələbəsidir. Daha əvvəl Nəriman Abbasov ötən ilin sentyabrın 17-də Nurməhəmmədovun yeznəsi, həmin döyüş məktəbinin prezidenti Şamil Zavurova qalib gəlib yüngül çəkidə çempionluq titulunu qorumuşdu.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1478 Tarix: 19 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Qarabağ"dan ayrıldı, Norveç klubuna keçdi
"Qarabağ"ın futbolçusu Kris Kuaku (Chris Kouakou) Ağdam klubunu tərk edib. -a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı şəkildə ləğv olunub. O, karyerasını Norveçin yüksək liqa təmsilçisi "Sarsborq 08" komandasında davam etdirəcək. Kuaku artıq tibb
13 martMedina xalça toxudu - Video
"Qarabağ"ın futbolçusu Kevin Medina maraqlı görüntülərlə gündəmə gəlib. "Qafqazinfo" xəbər verir ki, o, Azərbaycan xalçası toxumağa çalışıb. K.Medina azərbaycanlı xanımdan işin sirlərini öyrənməyə çalışıb
17 mart"Qarabağ"ın sabiq futbolçusu Türkiyə klubuna transfer olundu
Türkiyənin "Konyagücü" futbol klubu azərbaycanlı oyunçu Denis Ədilovu heyətinə qatdığını rəsmən elan edib. xəbər verir ki, bu barədə Türkiyə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Yayılan məlumatda azərbaycanlı yarımmüdafiəçinin yeni klubunda yaşıl meydanlara 11 nömrəli forma ilə çıxacağ
26 martArda Gülər bu sualı ilk dəfə cavablandırdı - VİDEO
Real Madrid formasını geyən futbolçu Arda Gülər, Elche ilə oyunda vurduğu 68 metrlik qolundan sonra ilk dəfə danışıb. türk mediasına istinadən xəbər verir ki, futbolçu belə qol vurduğu üçün xoşbəxt olduğun bildirib: . "Çox şükür. Uzun zamandır bunu sınayırdım. Belə bir qol vurduğum üçün çox xoşbəxtəm"
18 mart"Everton" "Çelsi"yə görə Premyer Liqanı məhkəməyə verir
"Everton" nümayəndələri "Çelsi"nin ciddi idman cəzasından necə yayındığını aydınlaşdırmaq üçün Premyer Liqanı məhkəməyə verməyə hazırlaşırlar. xarici mediaya istinadla bildirir ki, "Çelsi" klubu 2011-2018-ci illər arasında futbolçulara və agentlərə edilən, əvvəllər açıqlanmaya
26 martPremyer Liqa: "Qarabağ" səfərdə, "Neftçi" səfərdə
Misli Premyer Liqasında XXV turun daha iki oyunu bu gün keçiriləcək. Qaynarinfo-nun məlumatına görə, ilk olaraq "Qarabağ" "Kəpəz"in qonağı olacaq. Qarşılaşma Yevlax şəhər stadionunda, saat 15:00-da start götürəcək. "Qarabağ" 52 xalla 2-ci pillədə qərarlaşıb. Gəncə təmsilçis
20 martMario Lemina ilə bağlı qərar verildi
"Qalatasaray" mövsümün sonunda müqaviləsi başa çatan Mario Lemina ilə bağlı qərar verib. xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Məlumata görə, İstanbul nəhəngi qabonlu yarımmüdafiəçini komandada saxlayacaq. "Sarı-qırmızılar" 32 yaşlı dayaq yarımmüdafiəçisinin sözləşməsini
25 martMessi 900-cü qolunu vurdu - VİDEO
"İnter Mayami" klubunda çıxış edən Lionel Messi karyerasının 900-cü qolunu vurub. .xəbər verir ki, o, komandasının "Neşvill"lə matçında yeganə qoluna imza atıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Səfər qolunun hesabına "Neşvill" KONKAKAF Çempionlar Kubokunda növbəti mərhələy
19 mart