Qurban Qurbanova UEFA-nın Feyr Pley mükafatı verilə bilər - MÜZAKİRƏYƏ ÇIXARILACAQ
"Qarabağ" UEFA Avropa Konfrans Liqasında çıxışını başa vursa da, təmsilçimizi təbrik etmək olar. Təkcə ona görə yox ki, "Qarabağ" qrup mərhələsini uğurla keçdi və pley-off-da kifayət qədər güclü rəqibə qarşı çox gözəl oyun nümayiş etdirdi. Həm də ona görə ki, Ağdam klubu turnirdəki son oyununda gözəl bir feyr-pley nümunəsi göstərdi".
Oxu.Az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti, UEFA-nın Feyr Pley və Sosial Məsuliyyət Komitəsinin sədri Elxan Məmmədov affa.az-a açıqlamasında deyib.
O, UEFA Avropa Konfrans Liqası çərçivəsində fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş "Qarabağ" – "Marsel" oyununun gedişində qeydə alınmış maraqlı və özündə feyr-pley nümunəsi ehtiva edən epizodla bağlı danışıb:
"İbrahima Vadjinin əl ilə toxunuşundan sonra qapıdan keçən topu baş hakim qol kimi qeydə alsa da, Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirdi. Hakim qərarını dəyişdi və qol qərarını ləğv etdi. Doğrudur, qol sevincimiz uzun çəkmədi, lakin etiraf etməliyik ki, futbol meydanlarında çox nadir hallarda rast gəldiyimiz bir ədalətli oyun nümunəsinin şahidi olduq.
Qurban müəllimin və "Qarabağ"ın futbolçularının bu addımı sözün əsil mənasında təqdirəlayiqdir. Rəhbərlik etdiyim UEFA Feyr Pley və Sosial Məsuliyyət Komitəsinin növbəti iclasında bu məsələnin gündəliyə daxil olunmasına və komitədəki həmkarlarımla birgə müzakirə edərək ədalətli oyun hadisəsi kimi Avropa futbol ailəsinin diqqətinə çatdırılmasına çalışacağıq".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 997 Tarix: 25 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şahruddin Səudiyyə Ərəbistanına gedib Zubirlə görüşdü - Foto
"Qarabağ"ın futbolçusu Şahruddin milli komandalar üçün yaranmış fasilədən istifadə edərək Səudiyyə Ərəbistanına yollanıb. "Qafqazinfo" xəbər verir ki, yığmaya dəvət almayan qolkiper bu ölkədə sabiq komanda yoldaşı Abdullah Zubirlə görüşüb. Səudiyyə Ərəbistanının "Əl-Uroba"
23 sentyabr"Mən və o ən yaxşı futbolçularıq" - Yamal
"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı
14 sentyabr"Sabah"ın 21 yaşlı qapıçısından möhtəşəm seyvlər - Video
"Sabah"ın 21 yaşlı qapıçısı Rəvan Mirzəmmədov çıxışı ilə diqqət çəkir. "Qafqazinfo" xəbər verir ki, o, ötən gün "Şəfa"ya 3:0 hesabı ilə qalib gəldikləri matçda etdiyi seyvlərlə diqqət mərkəzinə düşüb. R.Mirzəmmədov Masazır təmsilçisinin heyətində bu mövsüm 2 oyunda meydan
15 sentyabrİnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub
İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola
12 sentyabr"Şəfa" "İmişli"nin futbolçusu ilə güclənib
"İmişli" Vüsal Qənbərov ilə yollarını ayırıb. verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu "Şəfa" klubuna transfer olunub. Vüsal 2024-cü ildən "İmişli"nin uğurları üçün çalışıb. O, bölgə təmsilçisinin heyətində ümumilikdə keçirdiyi 47 oyund
14 sentyabr"Zirə"nin futbolçusu Abdul Aziz "Karvan-Yevlax"a keçib
"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qatıb. xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb. Bölgə klubu "Zirə"dən Abdul Azizi icarəyə götürüb. 20 yaşlı hücumçu 6 ay Yevlax komandasında çıxış edəcək
15 sentyabr"Vikinq" futbolçusu Ola Vistedi icarəyə verib
Sabahın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Norveçin "Vikinq" komandasının futbolçusu Ola Vistedi cari mövsümün sonunadək KFUM-a icarəyə verilib. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçunun paytaxt komandası ilə icar
12 sentyabr