AFFA qalmaqallı futbol matçı ilə bağlı qərarlarını açıqladı
"Sabah" – "Neftçi" oyununda baş verənlərin günahkarları cəzalandırılıb.
Oxu.Az xəbər verir ki, AFFA-nın İntizam Komitəsinin bugünkü yığıncağında Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu zamanı yaşananlar müzakirə olunub.
Həmin qərarları təqdim edirik:
"Sabah" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
Oyunun 75-ci dəqiqəsində "Sabah" klubunun futbolçusu Aleksey İsayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 37.3);
Görüşün 75-ci dəqiqəsində "Sabah" klubunun qapıçısı Səlahət Ağayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşarkən azarkeşlərə qarşı təhqiredici hərəkət etdiyi üçün 3 oyun şərti olmaqla 6 oyun cəzalanır, klub 4800 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 37.1, 41);
"Sabah" klubunun futbolçusu Zurab Oçiqava həm Eddi İsrafilova qarşı təcavüzkar davranışa, həm də hakimə qarşı təhqiredici hərəkət etməsinə görə 3 oyun şərti olmaqla 6 oyun cəzalanır, klub 6400 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 37.3, 41.3);
"Sabah" klubunun futbolçusu Amin Seydiyev Eddi İsrafilova qarşı təcavüzkar davranışa görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 37.3);
"Sabah" klubunun baş məşqçisi Murad Musayev texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 61.1);
"Sabah" klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);
"Neftçi" klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);
"Neftçi" klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 51.1);
Beləliklə, "Sabah" klubu 19 200 manat cərimələnib, 4 oyunçusu və baş məşqçisi cəzalandırılıb. "Neftçi" isə sadəcə 5600 manat cərimə ödəməli olacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Messi cərimə zərbəsindən 75-ci qolunu vurub tarixdə ikinci yerə yüksəldi
Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Bakıda ətin qiyməti 19 manat oldu
İtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"
Bakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?