"Sosial şəbəkələrdəki statusları araşdırmadan tirajlayanlar özlərini peşəkar jurnalist sayır"

"Sosial şəbəkələrdəki statusları araşdırmadan tirajlayanlar özlərini peşəkar jurnalist sayır""Kapital Bank"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Sonxeber.az saytının qonağı olub.

Pərviz Sədrəddinovla geniş müsahibəni təqdim edirik:

- Pərviz bəy, ilk öncə oxucularımıza özünüzü tanıdardınız.

- 1982-ci ildə Bakı şəhərində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra 1998-2002-ci illərdə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin neft-mexanika fakültəsində təhsil almışam. Daha sonra hərbi xidmətə yollanmışam. 2021-ci ildə Türkiyənin Boğaziçi Universitetində "Mükəmməl Menecment" üzrə MBA proqramını bitirmişəm. Ailəliyəm, 2 övladım var.

Karyerama 1999-cu ildə birinci kursda oxuyarkən başlamışam. O zaman ölkənin ən böyük holdinqlərindən biri olan "Media Holding"in "Bizim ƏSR" qəzetində müxbir kimi fəaliyyətə başlamışam. Ali məktəbdəki ixtisasımı və jurnalistikanı paralel öyrənməyə başladım. Ona görə də demək olar ki, eyni zamanda iki fərqli sahədə təhsil almışam. Əsgərliyə gedənə qədər həmin qəzetdə müxbir və digər müxtəlif vəzifələrdə işləmişəm – iqtisadiyyat, mədəniyyət, sosial həyat və digər mövzularda yazmışam.

- Bir ixtisas üzrə təhsil alıb, başqa bir sahədə işləmək çətin deyildimi?

- Təbii ki, çətinliklər var idi. Universitetdə hər hansı bir neft mədəni və ya nasosların texnologiyalarından dərs keçirdimsə, günortadan sonra düzgün yazı yazmaq qaydasını öyrənirdim. Yaşca böyük təcrübəli jurnalistlərlə çalışırdım. İndi onların əksəriyyəti mühüm vəzifələrdə, dövlət strukturlarında, müxtəlif qurumlarda, iri holdinqlərdə çalışan tanınmış insanlardır. Onlardan çox şey öyrənmişəm. Həm də bu sahəyə həvəsim var idi. Maddi cəhətdən də yaxşı qazanırdım. Bu da məndə əlavə motivasiya yaradırdı (gülür – red). Yarım gün işləməyimə baxmayaraq, başqa sahələrdə bütün gün işləyən bir çox insanlardan daha çox pul alırdım. Qonorar əsasında işlədiyimiz üçün, nə qədər çox məqaləm çıxırdısa, qazancım da bir o qədər çox olurdu. 2001-ci ildə mədəniyyət sahəsindəki yazılarıma görə o zaman məşhur olan "Qrand" Müstəqil Milli İctimai Mükafatının "İlin jurnalisti" nominasiyasının qalibi olmuşam.

2003-cü ildə hərbi xidmətdən geri dönəndən sonra bir müddət də həmin qəzetdə işlədim. Daha sonra qəzetimiz gündəlikdən həftəlik tiraja keçdi. Bu səbəbdən başqa bir işə keçməyə qərar verdim. O zaman ATV kanalının "Son xəbər" verilişinə reportyor axtarırdılar. Özümü jurnalistikanın televiziya sahəsində də sınamaq qərarına gəldim. Lakin gördüm ki, televiziya işi tam ürəyimcə deyil.

Təxminən 2004-cü ilin əvvəlində ölkədə yeni jurnal açılırdı. O vaxtlar da jurnallar çox populyar idi, oxunurdu. Kişilər üçün nəzərdə tutulan "Forsage" adlı bu jurnal avtomobillərdən bəhs edirdi. 6-7 ay jurnalda baş redaktorun müavini, sonra isə baş redaktor vəzifəsində çalışmışam. 2005-ci ildə təsisçilərimiz qərara gəldilər ki, nüfuzlu jurnalı ölkəyə gətirsinlər. Almaniyanın "Axel Springer" adlı nəhəng media şirkəti ilə müqavilə imzalandı və dünyaca məşhur "AUTO BILD" jurnalını Azərbaycana gətirdik. Bu jurnal peşəkar avtomobil jurnalı olmaqla yanaşı, öz dilimizdə çıxan, ilk lisenziyalı jurnal idi. 5 il ərzində həmin jurnalın baş redaktoru, eyni zamanda şirkətin icraçı direktoru vəzifəsini icra edirdim. Jurnalda işləməklə paralel Subaru, Mitsubishi, Honda və Mazda avtomobillərini satan rəsmi şirkətdə PR menecer olaraq da çalışırdım.
"Sosial şəbəkələrdəki statusları araşdırmadan tirajlayanlar özlərini peşəkar jurnalist sayır"- Bəs bank sahəsinə necə keçdiniz?

- Jurnalın fəaliyyəti dayandırıldıqdan sonra bir gün eşitdim ki, DəmirBank PR menecer axtarır. Mən də öz namizədliyimi irəli sürdüm və bir neçə mərhələli müsabiqələri keçdikdən sonra mənə iş təklif olundu. Düzdür, rəhbər vəzifə deyildi. Baxmayaraq ki, mən jurnalda icraçı direktor, baş redaktor idim, amma sahə dəyişikliyi üçün bir addım geri atmağa razılıq verdim. 2011-2014-cü illərdə DəmirBank-da mətbuatla əlaqəli şəxs olaraq fəaliyyət göstərmişəm. 2014-cü ildən 2016-cı ilədək də isə Expressbank-da mətbuat katibi vəzifəsində çalışmışam.

- Kapital Bank-la neçə müddət əməkdaşlıq edirsiniz?

- Devalvasiyadan sonra bank sahəsində gərgin situasiyalar yaşanırdı. 2016-cı ilin mart ayında mənə Kapital Bank-dan zəng gəldi və mənimlə görüşüb iş təklifi etdilər. Bu təklif cəlbedici gəldi, çünki Kapital Bank ölkənin böyük, ən geniş filial şəbəkəsi olan bir bank idi. Bu təkliflə mən razılaşdım və mətbuat katibi kimi fəaliyyətə başladım. Hazırda isə həm mətbuat katibi, həm ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəriyəm.

"Sosial şəbəkələrdəki statusları araşdırmadan tirajlayanlar özlərini peşəkar jurnalist sayır"- Kapital Bank-dakı fəaliyyətinizi necə dəyərləndirərdiniz?

- Ümumi iş stajım 23 ildir. Kapital Bank-da olan fəaliyyətimə gəldikdə burada işləmək olduqca maraqlıdır. Bank az qala saatbasaat inkişaf edir. Yadımdadır, Kapital Bank-da işlədiyim ilk günlərdə mən bir gün ərzində 3 fərqli tədbirə getməli olurdum. İlk vaxtlar bu məndə yaxşı mənada şok effekti yaradırdı. Çünki digər banklar daha kiçik olduğu üçün orada tədbirlər ayda 1-2 dəfə olurdu. Hazırda maliyyə sektorunda olan vəziyyət, həmçinin bankın daxilində olan iş prosesi çox dəyişkəndir. Əgər sən bu gün lidersənsə və bunu saxlamaq istəyirsənsə, mütləq şəkildə bazarda olan dəyişkənliyə cəld reaksiya verməlisən. Məlumat üçün bildirim ki, hazırda Kapital Bank-da "Agile" (çevik) idarəetmə sistemi tətbiq edilib. Bu, bürokratik əngəlləri kənara qoymaqla idarəetmə sistemidir. Burada komandalar şəklində qərarlar verilir və daha tez həyata keçirilir. Bəzən mənə sual verirlər ki, "Agile"da işləmək necədir? Çətin deyil ki?" Mən isə cavabında deyirəm ki, mətbuatla işləyən insan elə həmişə "Agile"da işləyib. Baş verən istənilən dəyişiklik, istənilən hadisə günün saatına, həftənin gününə baxmır. Və sən hər zaman buna hazır olub, reaksiya verməlisən.

Kapital Bank bir çox sahələrdə ölkədə lider banklardan biridir. Azərbaycanda elə bir ailə tapmaq çətindir ki, orada bir və ya bir neçə nəfərin adına Kapital Bank kartı olmasın. Biz bütün Azərbaycanı əhatə edirik. 2014-2015-ci illərdə marketinq araşdırması apardığımız zaman Kapital Bank brendi tanınmasına görə 3-cü, 4-cü yerdə idisə, artıq 2017-ci ildən başlayaraq indiyədək keçirilən sorğuların nəticəsinə görə, "bank" deyəndə ilk olaraq insanların ağlına Kapital Bank gəlir.

"Sosial şəbəkələrdəki statusları araşdırmadan tirajlayanlar özlərini peşəkar jurnalist sayır"- Kapital Bank-ın mətbuat xidməti hazırda jurnalistlərlə necə işləyir?

- Qeyd etdiyim kimi, 6 ildən artıqdır ki, Kapital Bank-dayam. Fəaliyyətimizi siz jurnalistlər daha yaxşı görürsünüz. Çalışırıq hər zaman media ilə sıx işləyək. Reytinqlərin nəticələrinə görə Azərbaycanda banklar arasında ən çox press-reliz yayan bank bizimkidir. Mətbuatda adımızın pozitiv tərzdə çəkilməsinə görə də birinci yerdəyik. Neqativ xəbərlər görə isə son yerlərdəyik. Media ilə əlaqələr hazırda çox yaxşıdır. Bank daxilində rəhbərliyimiz də mötəbər media nümayəndələri ilə hər hansı bir layihələrin hazırlanmasına, işgüzar münasibətlərin qurulmasına hər zaman müsbət qərarlar verir.

Mətbuat katiblərini mətbuat katibi edən mediadır. Çünki bizim əsas işimiz media ilə sıx işləməkdir. Mətbuatla iş çox həssasdır. İstənilən xəbər dərhal saytlar vasitəsilə tirajlanır. Əfsuslar olsun ki, reytinq və ya başqa vasitələrin arxasınca qaçan, qeyri-peşəkar saytlar və jurnalistlər də mövcuddur.

- Vaxtilə mətbuat sahəsində işləyən bir şəxs kimi, əvvəlki mətbuatla indiki mətbuat arasında nə kimi fərqlər var?

- Əvvəlki mətbuatla indiki mətbuatın arasında olan fərqə gəldikdə təbii ki, hazırda informasiyanı əldə etmək daha asandır. Əvvəllər jurnalistika sahəsində işləməyə başlayanda bizə redaktorlarımız izah edirdilər ki, istənilən yazıda 3 tərəf var: yazan, ittiham edən və şikayətə cavab verən. Bizim yazıda bu 3 tərəfin də mövqeyi olmasa, o, yazını qəbul etməzdilər. Deyərdi: "Get yerin dibində də olsa, tap, mövqe öyrən!". O vaxtı internet, əlaqələr bu qədər əlçatan deyildi. Bir balaca xəbərə günlərlə vaxtımız gedərdi. İndi isə iş rahatlaşıb, amma problemlər də artıb. Çox vaxt kimdənsə nə isə eşidirlər, yazırlar. Dərc etdikdən sonra yazırlar: "Bu barədə yazı vermişik, sən də fikrini bildir". Yazı artıq dərc olunubsa, fikir bildirmək nəyə yarayır?! Bəzən də açıqlamanı da alıb, sensasiya yaradaraq ayrı xəbər formasında yayımlayırlar. Bunlar problem deyil, ola bilər, hər bir mətbuat orqanının öz strategiyası var. Amma bəla budur ki, yayımlayırlar, sosial şəbəkəyə də yerləşdirirlər, nəinki real insanlar tərəfindən idarə olunan saytlar, eləcə də robot saytlar həmin xəbəri dərc edir. Sən düzgün məlumat versən də, robot sayt ikinci açıqlamanı yenidən yayımlamaya bilər. Bəzən olur ki, dezinformasiya yayırlar, xəbəri dəqiqləşdirmədən, heç bir sübut olmadan nələrdənsə, kimlərdənsə yazırlar. Girirsən saytın "Əlaqə" bölməsinə, saytın nə ünvanı göstərilib, nə telefon nömrəsi var. Yalnız bir e-mail qeyd olunub, o da heç öz domenlərində deyil, gmail kimi ümumi e-poçt xidmətinə bağlanıb.

Hələ sosial şəbəkələrdə istifadəçilər tərəfindən dərc edilən statusları məqalə formasına salıb, heç bir mövqe öyrənmədən, araşdırmadan dərc edən "saytlar"ı demirəm. Ən dəhşətlisi isə odur ki, bu formada xəbər yazanlar, sayta rəhbərlik edənlər özlərini peşəkar jurnalist, güclü araşdırmaçı sayırlar. Təəssüf ki, bu insanlar jurnalistika adına ləkədir, məqsədləri isə hamıya bəllidir (gülür – red).

Saytınız vasitəsilə xəbərin düzgünlüyünü dəqiqləşdirərək yazan, həqiqətən əsl jurnalist olan və hər zaman mövqeyimizi dərc etməyə hazır olan jurnalistlərə, saytlara, media nümayəndələrinə təşəkkürümü bildirirəm.

"Sosial şəbəkələrdəki statusları araşdırmadan tirajlayanlar özlərini peşəkar jurnalist sayır"- Digər banklardan üstünlükləriniz, fərqiniz nədədir?

- Kapital Bank işindən zövq alan, inkişaf etmək istəyən insanlar üçün çox gözəl məktəbdir. Çünki burada çeviklik var, yaxşı mənada iş çoxluğu var. İşdən qorxmayan insana Kapital Bank-da işləmək zövq verəcək. Çünki burada sən hər zaman üzdəsən, hər gün yeni layihə, məhsul, press-reliz, mükafat və s. gəlir. Sən də bunu cəmiyyətə çatdırırsan. Digər üstünlüyü isə iş kollektivi içərisində olan ab-havadır. Bankın rəhbərliyinin işçilərə, əməkdaşlara olan münasibəti, onları dinləməsi, qərar verərkən fikirlərini öyrənməsi və s. bu məsələdə mühüm rol oynayır.

Bizim 4000-dən artıq əməkdaşımız var – bu, olduqca böyük göstəricidir. 4000 əməkdaşa həm komanda şəklində, həm də lazım gəldikdə, individual formada qayğı göstərmək asan iş deyil. Mənim kimi bir çox əməkdaşlar Kapital Bank-da işləməkdən çox xoşbəxtdirlər. Sadə bir misal, biz – arxa ofis əməkdaşları təxminən 3 il bundan qabaq sərbəst geyim tərzinə keçən ilk bank olduq. Təbii ki, söhbət filiallardan yox, arxa ofisdən gedir. Əgər sənin görüşün yoxdursa, çəkilişdə deyilsənsə, sərbəst geyimdə işə gələ bilərsən. Bundan əlavə, bizdə hazırda hibrid iş rejimi tətbiq olunur. Yəni əməkdaşlar növbəli şəkildə işə gəlirlər, əgər işləri bitibsə, gedə bilərlər. Keçmişdə bürokratik əngəl olan iş saatları burada yoxdur. Amma lazım gəldikdə, axşam saat 11-də də hər hansı bir iş çıxa bilər. Bu zaman işçi üzərinə düşən öhdəliyi yerinə yetirməlidir.

- Son dövrlər bankların adından istifadə edərək dələduzluq etməyə çalışan şəxslərin sayı çoxalıb. Onlarla mübarizəni necə aparırsız?

- Biz uzun zamandır ki, bu mübarizəyə başlamışıq. Bizim müştəri seqmentinin əsas hissəsi həssas əhali kateqoriyasına aiddir. Təqaüdçülər, əlillik müavinətləri alanlar, xüsusən yaşlı insanlar çox zaman texnologiyadan, kartdan istifadədən bir az kənar olurlar. Bu da onların yaşları ilə əlaqədardır. Biz bununla bağlı 2017-ci ildə yaşlı insanların maarifləndirilməsi ilə bağlı sosial layihə hazırladıq – "Üçüncü Bahar" təşkilatı ilə birgə "YAŞA" Təqaüdçülər Mərkəzini yaratdıq. Daha sonra yaşlı insanlara treninqlər keçirdik, kartdan ən sadə istifadə qaydalarını öyrətdik. Bu gün də biz təlimlərimizi davam etdiririk. Artıq həmin insanlara bankomat yox, POS-terminallardan, nağdsız ödənişlərdən istifadəni təbliğ edirik. Əvvəllər pensiya verilən vaxt bankomatların qarşısında uzun növbələr olardı. İndi isə o növbələr azalıb, çünki biz onlara POS-terminaldan istifadəni təşviq edirik: pulu kartdan çıxarmaq əvəzinə, ödənişləri nağdsız və təhlükəsiz formada həyata keçirməyi təbliğ edirik.

Dələduzluqla bağlı əhalini diqqətli olmağa çağırırıq. Heç bir bank işçisi zəng edib kart sahibindən kart məlumatlarını, təhlükəsizlik kodlarını istəyə bilməz. Əgər sizə zəng edən həqiqətən bank əməkdaşıdırsa, o sizin nömrənizi, müştəri kodunuzu gördüyü kimi, sistemdə digər məlumatları da görə bilir. Bu səbəbdən həmin insanlara aldanmayın. Kartın 16 rəqəmli kodunu, istifadə müddətini, kartın arxasında olan CVC kodu, telefona gələn "3D-Secure" şifrəsini heç kimə deməyin. Təbii ki, ən əsası isə kartı heç kimə vermədən özünüzdə saxlayın. İnsanlar pul kisələrinə necə münasibət göstərirlərsə, eyni münasibəti də kartlarına göstərməlidirlər.

- Vətən müharibəsi zamanı şəhid olan əsgərlərimizin ailələrinə, qazilərimizə Kapital Bank hansı güzəştləri etdi?

- Vətən müharibəsi zamanı və sonrakı dövrdə də Kapital Bank böyük işlər gördü. Bizim əməkdaşlarımızdan 100-dən artıq şəxs də cəbhəyə yollanmışdı. Hətta 1 əməkdaşımız şəhid oldu, yaralananlar, əzizini itirənlər də var. Təbii ki, hamı kimi, korporativ sosial məsuliyyət bankın əsas istiqamətlərindən biridir. Biz yalnız pul qazanmırıq, eyni zamanda pulu xeyriyyəçiliyə, müxtəlif sahələrə xərcləyirik. Kapital Bank-ın könüllü əməkdaşları tərəfindən yaradılan, hazırda isə fond kimi fəaliyyətini davam etdirəm "Qırmızı Ürəklər" hazırda öz işlərilə minlərlə insanı sevindirir. 44 günlük müharibə dövründə fond tərəfindən cəbhəyə həftəlik sovqatlar, digər lazım olan ləvazimatlar və s. göndərilirdi. Orduya dəstəkdə, Qarabağ Dirçəliş Fonduna olan ianələrdə biz də iştirak edirdik. Müharibə iştirakçıları arasında kreditləri silinənlər, möhlət müddəti artırılanlar, faizləri bağışlananlar da olub. 2016-cı ilin aprel döyüşləri zamanı da neçə şəhid var idi ki, onların kredit borclarını silmişik. Sadəcə həssas mövzu olduğu üçün bununla bağlı mətbuata heç zaman məlumat verməmişik.

- Qarabağın işğaldan azad olunan bölgələrində Kapital Bank-ın filialları açılacaqmı?

- İndiyə qədər Şuşa filialımız 8-ci mikrorayonda yerləşir, Qubadlı filialımız Sumqayıtda fəaliyyət göstərir və s. Amma indi o filiallar artıq öz yerlərində açılacaq. Azərbaycanın hər bölgəsində bizim filiallarımız var və olmayan ərazilərimizdə də mütləq olacaq. Filial şəbəkəsini genişləndirmək və nəhayət filialları öz yerinə qaytarmaq əsas prioritet məsələlərdəndir. İnfrastruktur layihələri yekunlaşandan, qayıdış başlayandan sonra biz də həmin ərazilərimizdə də fəaliyyət göstərəcəyik. Artıq bununla bağlı müəyyən işlərə başlanıb.

- Pərviz bəy, müsahibə üçün Sizə təşəkkürümüzü bildiririk.

- Mən də Sizə öz adımdan və Kapital Bank adından təşəkkür edirəm. Faəliyyətinizdə uğurlar arzulayıram.

"Sosial şəbəkələrdəki statusları araşdırmadan tirajlayanlar özlərini peşəkar jurnalist sayır"Aysel SƏFƏRZADƏ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 1501   Tarix: 14 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"O kimdir?": Füzuli Musayev qorxusundan danışdı – VİDEO

Baku TV-də yayımlanan "O kimdir?" verilişinin budəfəki qonağı karate üzrə dünya çempionu, FHN-in İdman-sağlamlıq mərkəzinin rəisi Füzuli Musayevdir. Dünya çempionu uşaqlığından, idmana gəlişindən, hüquq-mühafizə orqanlarında çalışarkən sui-qəsdə uğramasından danışıb. "Cinayətkarlara qarş

12 aprel 2022
.

Rusiya növbəti səfərbərliyə hazırlaşır - ISW

Rusiya növbəti səfərbərlik dalğasını gözləyir ki, bu da sonda Ukraynada cəbhəyə köçürülən rus qoşunlarının ümumi keyfiyyətini pisləşdirəcək. Bu Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitiklərinin hazırladığı son hesabatda yer alıb. ISW-nin məlumatına görə, Putin səfərbərliyə son qoymaq barədə əm

19 noyabr 2022
.

Xaricdə yaxşı iş tapmağın sirləri: Almaniyada karyera mütəxəssisi olan azərbaycanlı ilə MÜSAHİBƏ

Xaricdə yaxşı iş tapmağın sirləri: Almaniyada karyera mütəxəssisi olan azərbaycanlı ilə MÜSAHİBƏ + FOTO. Müasir dövrdə uğurlu karyeranın sirrini şəbəkələşmədə və insanların bacarıqlarını inkişaf etdirməsində görür. Düşünür ki, dil bilikləri və savadla yanaşı, yaxşı ətraf uğurun açarıdır. Bu yolda insanı

24 sentyabr 2023
.

"Danışığıma lağ edənlər paxıllığımı çəkənlərdir, yenə evdən işləyirəm" – Elmar Məmmədyarovla MÜSAHİBƏ

"2020-ci ildə imzalanan üçtərəfli bəyanatın şərtərinə uyğun olaraq sülhməramlıları Qarabağa yerləşdirmək vacib məsələ idi. Hər bir halda hansısa qüvvə Azərbaycan və Ermənistan qoşunlarının arasında olmalı idi". "Bizdə evə alış-verişi həyat yoldaşım edir. Ona görə də qiymətlərdən xəbərsizəm"

9 mart 2023
.

Rusiya-Ukrayna münaqişəsi Üçüncü Dünya müharibəsinə çevriləcək?-DEPUTATLA VİDEOMÜSAHİBƏ

"Azərbaycan hər bir dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün, suverenliyinin qorunmasının tərəfdarıdır". Bu sözləri -a müsahibəsində millət vəkili Ceyhun Məmmədov söyləyib. Deputat qeyd edib ki, Azərbaycan müharibə istəmir və müharibə hər bir xalqa müsibət, faciə gətirir:. "Ukraynad

2 mart 2022
.

Azərbaycan əsgəri ilə bağlı xatirəsindən danışarkən kövrələn Reza Deqati ilə VİDEOMÜSAHİBƏ

Dünyaşöhrətli fotoqraf, hərbi müxbir Reza Deqati -ın qonağı olub. Cənubi azərbancanlı olan fotoqraf İran inqilabı zamanı göstərdiyi fəaliyyətindən, Azərbaycanın dar günlərində iştirakından, müharibə xatirələrindən danışıb. 2-ci Qarabağ müharibəsi zamanı bir əsgərlə bağlı xatirəsindən söhbət açan Rez

5 may 2022
.

"Qarabağla bağlı bu gün apardığımız siyasət 30 ildə yuxumuza da girməzdi" - Cavanşir Paşazadə-VİDEOMÜSAHİBƏ

"Bu gün Qarabağla bağlı apardığımız siyasət 30 il müddətində ağlımıza da gəlməzdi. Bəzi insanlar bunu tam qiymətləndirə bilmirlər. Bizim arzumuz həyata keçib. Bunun üçün şəhidlər vermişik, qazilərimiz var". Bu sözləri Milli Məclisin deputatı Cavanşir Paşazadə -a müsahibəsində deyib. Deputa

13 oktyabr 2023
.

"Heç bir region ölkəsi rəqibimiz deyil" - İranlı analitik

"İranın rəqibi sayıla biləcək heç bir regional ölkə yoxdur". "Fars News"a istinadla siyasi analitik Məhəmməd Mərəndi bildirib. "Yeganə rəqib Amerikadır və İran Vaşinqtonla razılığa gəlməyə hazırdır", – deyə o əlavə edib. Mərəndi enerji qıtlığına toxunub: "Hazırda İra

17 iyul 2022
.

"Bu addım sayəsində qəzetlərə yeni nəfəs veriləcək" - Bəhruz Quliyev

Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxa

13 may 2022