Avroviziya qalibi Ukraynanı ağlayaraq tərk etdi
Ukraynanı Avroviziya- 2016 mahnı müsabiqəsində qalib olan Jamala qaçqın kimi Rumıniyaya gedib.
OLAY yazır ki, bu barədə məşhur müğənni instaqram hesabında məlumat verib. Sənətçi qeyd edib ki, iki övladı ilə birgə Rusiya tərəfindən hücuma məruz qalan Kiyevi tərk etməyə məcbur olub.
O, artıq sərhəd keçid məntəqəsində olduğunu, həyat yoldaşının isə Ukraynada qaldığını bildirib.
Qeyd edək ki, Jamala "1944" mahnısı ilə Ukraynanı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmiş və finalda 534 xal toplayaraq qələbə qazanmışdır. Mahnı 1944-cü ildə Krım tatarlarının Mərkəzi Asiyaya deportasiyası zamanı müğənninin nənəsinin itirdiyi qızı haqqındadır və mahnının sözləri Jamalanın özü tərəfindən 2014-cü ildə yazılmışdır.
Rus şərhçilər mahnının Rusiyanın Krıma hərbi müdaxiləsi və Donbass müharibəsi barəsində olduğunu iddia edərək, bu tip siyasi mövzuda olan mahnının müsabiqənin qaydalarını kobud şəkildə pozduğunu bildirmişdirlər.
Lakin mahnıda hansısa birbaşa siyasi ismarıc olmaması səbəbindən mahnının Avroviziyanın qaydalarını pozmadığı daha öncə Avropa Yayım İttifaqı tərəfindən təsdiqlənmişdir. Jamala da verdiyi müsahibələrdə ifa etdiyi mahnının siyasi mövzuda olmadığını və mahnını yazmaqda əsas məqsədinin 1944-cü ildə nənəsinin yaşadığı acıları, dəhşətli anları dinləyiciyə çatdırmaq olduğunu bildirmiş və mahnının onun üçün yalnız şəxsi anlam daşıdığını vurğulamışdır.



Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1431 Tarix: 28 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur
İtaliyanın Sardiniya adasında 15 restoran ailələrin yemək zamanı telefondan istifadəsini məhdudlaşdıran pilot layihəyə qoşulub. xəbər verir ki, bir ay davam edəcək təşəbbüs uşaqların ekran qarşısında keçirdiyi vaxtı azaltmaq və ailədaxili ünsiyyəti gücləndirmək məqsədi daşıyır. Layihə çərçivəsində telefonların
29 oktyabrUKMTO: Hörmüz boğazında gəmi yanıb
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Hörmüz boğazında, Hasabdan (Oman) 9 dəniz mili şimalda baş vermiş insident barədə məlumat yayıb. xəbər verir ki, idarədən qeyd edilib ki, başqa bir gəminin kapitanı alova bürünmüş gəmi müşahidə edib. Ekipajın vəziyyəti, gəmiyə dəyən ziya
29 oktyabrŞimali Koreya dənizə doğru 10-a yaxın ballistik raket buraxıb
Şimali Koreya oktyabrın 29-da ölkənin şərq sahilləri yaxınlığındakı dəniz istiqamətində təxminən 10 qısamənzilli ballistik raket buraxıb. Reuters-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb. Məlumata görə, raket buraxılışları Cənubi Koreyanı
29 oktyabrKim Çen In müharibəyə tam hazırlıq tələb edir
Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) verdiyi məlumata görə, Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun (KXO) komandirlərinə davamlı və intensiv hərbi təlimlər vasitəsilə bölmələrinin tam döyüş hazırlığını təmin etməyi əmr edib. xəbər verir ki, agentliyin açıqlamasında deyilir: "Yolda
28 oktyabrTramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini bildirib
ABŞ prezidenti Donald Tramp yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodymyr Zelenski ilə görüşməyi ümid etdiyini bildirib. xəbər verir ki, Tramp jurnalistlərə verdiyi açıqlamada bildirib ki, "Rusiya və Ukrayna ətrafındakı vəziyyətlə bağlı böyük irəliləyiş əldə etmişik
28 oktyabr