Kiyev metrosunda qalan azərbaycanlılar: "Buradan nə vaxt çıxarılacağımızı bilmirik" - VİDEO
"Bu gün səhər saat 8-dən etibarən Kiyevdə komendant saatı ləğv olunub. Amma küçəyə çıxmaq təhlükəlidir. İki uşaq epilepsiya xəstəsidir, havasızlıqdan vəziyyətləri yaxşı deyil".
Bu sözləri Oxu.Az-a açıqlamasında Ukraynada yaşayan soydaşımız İmamrzov Hicran İsrafil oğlu deyib.
O bildirib ki, artıq dörd gündür metroda havasız vəziyyətdə qalıblar:
"Kiyev şəhərində Xarkov metrostansiyası fəaliyyətini bərpa edib. Metrodan sığınacaq kimi istifadə edən şəxslərin küçəyə çıxması mümkün olub. Lakin bu yenə də təhlükəlidir. Marketlər fəaliyyəti bərpa edib, uzun növbələr var. Apteklər də işləyir amma orada da növbələr var. Burada 9 nəfər azərbaycanlı var, Moldovaya keçmək üçün kömək istəyirik. Nəqliyyat vasitələri yoxdu, özbaşına hərəkət etmək, yola çıxmaq çox təhlükəlidir.
9 nəfərik. Üç uşaqdan ikisi epilepsiya xəstəsidir. Ayın 24-dən biz metrodayıq uşaqlar havasızlıqdan əziyyət çəkir. Elə özümüzdə pis vəziyyətdəyik. Kiyevin özündəyik metrodan küçəyə çıxmaq təhlükəlidir. Aramızda Suqovuşan uğrunda döyüşən iki nəfər Qarabağ veteranı da var.
Səfirlik bizə dərmanla bağlı yardım edib, Allah köməkləri olsun. Müəyyən çətinliklər var, bəlkə də ona görə təxliyə barəsində yardım göstərə bilmirlər. Amma vəziyyət yaxşı deyil. Yarımız platformada beton üstündə, yarımız qatarların içində, soyuqda qalırıq. Mən öz ailəmi götürüb, özbaşıma davrana bilərəm. Risklidir bilirəm. Mən öz məsuliyyətimlə edə bilərəm, amma digər 9 nəfərin canını təhlükəyə ata bilmirəm. Ümid edirəm ki, səfirliyimiz bizimlə əlaqə saxlayıb ürəyimizə rahatlıq verə biləcək. Ən azından bizimlə əlaqə saxlayıb nə zaman nəqliyyat vasitəsi ayıra biləcəklərini desinlər ki, biz də rahat olaq. Buradan nə vaxt çıxarılacağımızı bilmirik".




Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1355 Tarix: 28 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Stubb Putindən sonra Zelenskiyə zəng vurub
Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng ediblər. "Novyny.LIVE" yazdığına görə, bu barədə Zelenskinin mətbuat katibi Dmitri Litvin məlumat verib. Danışıqlard
27 oktyabrRus ordusu iki kəndi işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Alisovka və Sum vilayətinin Barilovka yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
28 oktyabrLeyen Ukrayna ilə bağlı danışıqlara öz adamını göndərir
Avropa Birliyi Əbu-Dabidə Ukrayna ilə bağlı keçiriləcək üçtərəfli danışıqlara nümayəndə heyəti göndərmək niyyətindədir. xəbər verir ki, bu barədə "Avronyus" mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, nümayəndə heyətinə Avropa Komissiyasının sədri Ursula fon der Leyenin aparat rəhbər
28 oktyabrUKMTO: Hörmüz boğazında gəmi yanıb
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Hörmüz boğazında, Hasabdan (Oman) 9 dəniz mili şimalda baş vermiş insident barədə məlumat yayıb. xəbər verir ki, idarədən qeyd edilib ki, başqa bir gəminin kapitanı alova bürünmüş gəmi müşahidə edib. Ekipajın vəziyyəti, gəmiyə dəyən ziya
29 oktyabrTallində robot qəza törədib, 9 nəfər yaralanıb
Tallində şəhər avtobusu ilə çatdırılma robotu arasında baş verən toqquşma nəticəsində doqquz nəfər yaralanıb. Robot qəzadan sonra hadisə yerindən qaçıb. xəbər verir ki, Estoniya radiosunun Tallinn Transport (TLT) nəqliyyat şirkətinə istinadən verdiyi məlumata görə, avtobus sürücüsü qarşı-qarşıya toqquşmanı
29 oktyabrEstoniya-Rusiya sərhədində "SİNGAPUR SƏDDİ": 150 bunker inşa edilir
Estoniya Müdafiə Nazirliyi Rusiya ilə sərhəd boyu müdafiə xəttini gücləndirmək məqsədilə 150-yə yaxın müdafiə bunkeri inşa etməyi planlaşdırır. Bizim.Media xəbər verir ki, bu barədə "ERR" teleradioşirkəti Estoniya Müdafiə Qüvvələrinin komandanı general Martin Heremə istinadən məlumat yayıb
29 oktyabr