Azərbaycanlı məşqçi Ukraynadan çıxa bilmir, zirzəmidə qalır
"Səbail" futbol klubunun məşqçisi Aydın Manaflı Ukraynada qalıb.
13 yaşlılardan ibarət komandanın məşqçisi olan Manaflı bununla bağlı özü Sportfm.az saytına məlumat verib.
Fevralın 19-da Ukraynanın paytaxtı Kiyevə UEFA-nın "B" kateqoriyalı məşqçi lisenziyasının yenilənmə kurslarında iştirak etmək üçün yollanan gənc mütəxəssis 27 fevralda Bakıya dönməliymiş. Amma Rusiya qoşunlarının Ukraynaya işğalçı hücumu nəticəsində müharibə başladığı üçün 29 yaşlı çalışdırıcı oradan çıxa bilməyib.
24 fevraldan etibarən Azərbaycan səfirliyi ilə əlaqə yaratsa da, aradan 5 gün keçməsinə baxmayaraq, ad-soyad götürmələrinə rəğmən, əlaqə yaradan olmayıb.
"Səbail"in əməkdaşı Azərbaycan diplomatik missiyasından eşitdiyi sözlər bunlar olub: "Təxliyə yoxdur. Yalnız öz yolunuzla Polşa və ya Moldovaya gedə bilərsiniz".
"Hazırda Kiyevin mərkəzində "Palats Ukraina" metrosunun yaxınlığındakı bir yaşayış binasının zirzəmisində qalırıq. Ancaq burada qalmağa nə qədər dözə biləcəyik, onu bilmirəm. Azərbaycan Xarici İşlər Nazirliyindən xahiş edirəm, bizi burdan çıxarsınlar", – deyə Aydın Manaflı bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 882 Tarix: 28 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur
İtaliyanın Sardiniya adasında 15 restoran ailələrin yemək zamanı telefondan istifadəsini məhdudlaşdıran pilot layihəyə qoşulub. xəbər verir ki, bir ay davam edəcək təşəbbüs uşaqların ekran qarşısında keçirdiyi vaxtı azaltmaq və ailədaxili ünsiyyəti gücləndirmək məqsədi daşıyır. Layihə çərçivəsində telefonların
29 oktyabrUKMTO: Hörmüz boğazında gəmi yanıb
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Hörmüz boğazında, Hasabdan (Oman) 9 dəniz mili şimalda baş vermiş insident barədə məlumat yayıb. xəbər verir ki, idarədən qeyd edilib ki, başqa bir gəminin kapitanı alova bürünmüş gəmi müşahidə edib. Ekipajın vəziyyəti, gəmiyə dəyən ziya
29 oktyabrŞimali Koreya dənizə doğru 10-a yaxın ballistik raket buraxıb
Şimali Koreya oktyabrın 29-da ölkənin şərq sahilləri yaxınlığındakı dəniz istiqamətində təxminən 10 qısamənzilli ballistik raket buraxıb. Reuters-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb. Məlumata görə, raket buraxılışları Cənubi Koreyanı
29 oktyabrKim Çen In müharibəyə tam hazırlıq tələb edir
Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) verdiyi məlumata görə, Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun (KXO) komandirlərinə davamlı və intensiv hərbi təlimlər vasitəsilə bölmələrinin tam döyüş hazırlığını təmin etməyi əmr edib. xəbər verir ki, agentliyin açıqlamasında deyilir: "Yolda
28 oktyabrTramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini bildirib
ABŞ prezidenti Donald Tramp yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodymyr Zelenski ilə görüşməyi ümid etdiyini bildirib. xəbər verir ki, Tramp jurnalistlərə verdiyi açıqlamada bildirib ki, "Rusiya və Ukrayna ətrafındakı vəziyyətlə bağlı böyük irəliləyiş əldə etmişik
28 oktyabr