Ukraynadan Polşaya keçmək istəyən azərbaycanlılara XƏBƏRDARLIQ

Ukraynadan Polşaya keçmək istəyən azərbaycanlılara XƏBƏRDARLIQAzərbaycanın Polşadakı səfirliyi Ukraynadakı vəziyyətlə əlaqədar Polşaya keçmək istəyən vətəndaşlara müraciət edib.

Müraciətdə bildirilir:

"Hörmətli həmvətənlər,

Ukraynadakı vəziyyətlə əlaqədar bildiririk ki, Polşa Sərhəd Xidmətindən əldə edilmiş məlumata əsasən, Polşanın Ukrayna ilə aşağıdakı 3 sərhəd-keçid məntəqəsində çox sayda növbələr mövcuddur.

Bu məqsədlə qadınlar, uşaqlı analar, yaşlılar, səhhətində problem olan Azərbaycan Respublikası vətəndaşlarının bu sərhəd-keçid məntəqələrindən istifadə etməmələri tövsiyə edilir:

- Medıka-Şeqini

- Korçova-Krakovets

- Krostsenko-Smolnitsa

Müvafiq kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarına aşağıda qeyd edilmiş digər 5 sərhəd-keçid məntəqəsindən istifadə etməsi tövsiyə olunur. Sözügedən məntəqələrdə sığınacaqlar fəaliyyət göstərir ki, ehtiyacı olan şəxslər orada qala və ən zəruri tələbatlarla təmin edilə bilərlər:

- Doroxusk-Yaqodzin
Suchodolski Palace Communal Culture and Tourism Center, ul. Parkowa 5, 22-175 Dorohusk - housing estate

- Dolxobıçuv-Uqrinov
Border Culture and Recreation Center, ul. Spółdzielcza 8, 22-540 Dołhobyczów

- Zosin-Ustiluq
School Complex in Horodło, ul. Piłsudskiego 58, 22-523 Horodło

- Qrebenne-Rava Ruska
Primary School in Lubycza Królewska (back of the sports hall), ul. Jana III Sobieskiego 5, 22-680 Lubycza Królewska

- Budomej-Qruşev
Primary School in Krowica Sama 183, 37-625 Krowica Sama

Bir daha xatırladırıq ki, sərhəd keçidi zamanı vətəndaşlarımızın istənilən şəxsiyyəti təsdiq edən fotoşəkilli sənədi, yaxud qayıdış şəhadətnaməsi keçərlidir. COVID sertifikatı və viza tələb olunmur. Mövcud vəziyyətlə əlaqədar Ukrayna-Polşa sərhədini keçmiş vətəndaşlarımız Polşa ərazisində qalma müddəti – 15 gündür və bu müddət artırıla bilməz.

Əlavə suallar yaranacağı təqdirdə:

Səfirliyin qaynar telefon xətti: +48 576 900 183

Səfirliyin konsulluq şöbəsinin telefon nömrəsi: +48 22 718 30 70

Sərhədi keçmiş və ehtiyacı olan vətəndaşlarımızın öz pasportunun fotoşəklini və telefon məlumatlarını aşağıdakı e-poçt ünvanına göndərmələri xahiş edilir.

Səfirliyin konsulluq şöbəsinin e-poçt ünvanı: [email protected].

Ukrayna ilə Polşa arasında sərhəd-keçid məntəqələri fasiləsiz çalışır.

Qaçqınların qəbulu ilə bağlı Polşa hökumətinin +48 47 721 75 75 qaynar xətti fəaliyyət göstərir.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat təqdim olunacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1069   Tarix: 01 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər

22 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

"WhatsApp"a iki yeni funksiya gəlir

Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda

22 oktyabr
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr
.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA

Saç şampunu seçərkən yalnız məhsulun markasına və qiymətinə deyil, onun tərkibinə və saçın xüsusiyyətlərinə də diqqət yetirmək vacibdir. Yanlış şampun seçimi saç dərisində quruluq, yağlanma və qıcıqlanma kimi problemlərə səbəb ola bilər. Bəs saç tipinə uyğun şampunu necə seçmək lazımdır, məhsulun tərkibindək

22 oktyabr
.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər

22 oktyabr