Rusiya-Ukrayna müharibəsinin siması: "Üzümdəki nar suyu deyil, qandır" - VİDEO
Hər kəs Olena Kurilonu Ukraynanın Çuquev qəsəbəsindəki raket partlayışından sonra tanıdı. Başında sarğılar, əli-üzü qan içində olan ukraynalı müəllimin şəkli dünya mətbuatında gündəm oldu. Olena xarici mediada Rusiya-Ukrayna müharibəsinin siması kimi tanınmağa başladı.
Sonxeber.az xəbər verir ki, hazırda Rusiyanın bir sıra xəbər agentlikləri sözügedən qadına qarşı qara piar kampaniyasına start verib.
Onlar iddia edirlər ki, Kurilo müəllim deyil, aktrisadır, onun gündəm olan fotosu 2014-cü ildə çəkilib, üzündəki yaralar isə qan deyil, nar suyudur.
Olena bu haqda açıqlama yayaraq Rusiya mətbuatında haqqında yazılan xəbərlərin yalan olduğunu deyib:
"Mən real insanam. Saxta deyiləm. Raket hücumu qurbanıyam. Bir çoxunuz burada baş verənlərə inanmırsınız. Bunların həqiqi olduğunu anlamaq üçün mənə baxın. Bunlar həqiqətdir. Ölkəmi çox sevirəm. Müharibə istəmirəm. Dünyada və ölkəmizdə günahsız insanların və uşaqların ölməyini istəmirəm".
Kurilonun 27 yaşlı qızı Yekaterina da rus mətbuatına xəbərdarlıq edib. O, əlində anasının raket zərbələrindən yaralandığını sübut edən görüntülərin olduğunu bildirib.
Qeyd edək ki, Olena Kurilo rus əsgərlərinin Ukraynanın Çuquev kəndinə atdığı raket nəticəsində yaralanıb. Onun evi zərbənin təsirindən dağılaraq istifadəyə yararsız hala düşüb. /BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 1763 Tarix: 01 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xocavənddə 2 erməni hərbçinin qalıqları tapıldı
Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub. "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatlar
21 avqust 2021Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU
Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək
22 avqust 2021"Bayraktar"ın 44 günlük müharibədəki sirri AÇILDI
Türkiyənin "Baykar" holdinqinə daxil olan "Baykar Teknik" şirkətinin direktoru Səlcuk Bayraktar "Bayraktar TB2" döyüş pilotsuz təyyarələrinin 44 günlük Qarabağ müharibəsində oynadığı roldan danışıb. xəbər verir ki, CNN Türk-ə müsahibəsində Səlcuk Bayraktar döyüş pilotsu
22 avqust 2021Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO
Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb
27 iyun 2021Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün "Bayraktar TB2" PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan "Akıncı"ların Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi münasibətilə mərasim təşkil olunub. Tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Dövlət başçısı yen
30 avqust 2021Şuşa şəhəri necə alındı? - VİDEO
Şuşanın azad edilməsində müstəsna xidmətləri olan hərbçilərdən biri Namiq Abdullayev xarici media nümayəndələrinin onlara ən çox ünvanladığı suallardan danışıb. O, Baku TV-yə açıqlamasında bildirib ki, media nümayəndələri çətin, sərt qayalıqlı və gözəl relyefə sahib Şuşada baş verən döyüşlərdə necə qalibiyyə
11 iyul 2021