Azərbaycanda hotellərə VAXT VERİLDİ: Bunu etməsələr, 5 min manat cərimələnəcəklər
Prezident İlham Əliyev fevralın 18-də "Turizm haqqında" yeni qanunu təsdiq etdi. Yeni qanun hotellər, turizm şirkətləri qarşısında yeni vəzifə və öhdəliklər qoyur. Bu öhdəliklərdən biri də hotellərin ulduz təsnifatından keçmələri ilə bağlıdır.
Turizm üzrə ekspert Ceyhun Aşırov məsələ ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən hotellərin böyük əksəriyyəti ulduz almayıb. O qeyd edib ki, əsasən böyük hotellər, xüsusilə də Bakıda fəaliyyət göstərən mehmanxanalar ulduz təsnifatından keçib.
"Regionlarda isə hotellərin çoxunun ulduz təsnifatı yoxdur. Yeni qanun qüvvəyə mindikdən sonra hotellərə ulduz təsnifatından keçmək üçün 6 ay vaxt veriblər. Qanunda nəzərdə tutulur ki, hotellər ulduz almadan fəaliyyət göstərərlərsə və ya özlərini ulduz almış hotel kimi təqdim edərlərsə, cərimələnəcəklər".
Ekspert bildirib ki, əvvəl ulduzları Mədəniyyət və Turizm Nazirliyi təqdim edirdi. O zaman verilən ulduzlar artıq qüvvədən düşüb:
"O zaman ulduz alan və ya sonradan tikilən hotellər özlərini ulduz almış hotellər kimi təqdim edirdilər. Xüsusilə də onlayn platformalarda hotellər özlərinə ulduzlar qoyurdular. Bəzən əslində 3 ulduz olan hotel özünü 4 ulduzlu kimi, 4 ulduzlu özünü 5 ulduzlu kimi göstərirdi, yəni özlərini bazara şişirdilmiş formada təqdim edirdilər. Artıq hotellər ulduz təsnifatından keçməklə öz reytinqlərini müəyyən etməlidirlər. Bunu etməyən hotellər üçün 2 min manatdan 5 min manata qədər cərimə nəzərdə tutulub", - deyə ekspert əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1789 Tarix: 01 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər
22 oktyabrEvlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd
23 oktyabrMetropoliten rəisinə yeni müavin təyin olundu
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
22 oktyabr"WhatsApp"a iki yeni funksiya gəlir
Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda
22 oktyabrAygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili
22 oktyabrQəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:
22 oktyabrSaç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA
Saç şampunu seçərkən yalnız məhsulun markasına və qiymətinə deyil, onun tərkibinə və saçın xüsusiyyətlərinə də diqqət yetirmək vacibdir. Yanlış şampun seçimi saç dərisində quruluq, yağlanma və qıcıqlanma kimi problemlərə səbəb ola bilər. Bəs saç tipinə uyğun şampunu necə seçmək lazımdır, məhsulun tərkibindək
22 oktyabrBakının iki rayonunda işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər
22 oktyabr