Rusiya-Ukrayna müharibəsində dünyasını dəyişən azərbaycanlılar - FOTO/SİYAHI

Rusiya-Ukrayna müharibəsində dünyasını dəyişən azərbaycanlılar - FOTO/SİYAHIRusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində bu günə qədər baş verən silahlı qarşıdurmalarda 8 soydaşımız dünyasını dəyişib. Həlak olan azərbaycanlılar Ukraynanın müxtəlif şəhərlərində qurbanlara çevriliblər.

Rusiya-Ukrayna müharibəsində vəfat edən azərbaycanlıların siyahısını təqdim edirik:

1.Sabina Fərzəliyeva

2.Natalya Fərzəliyeva

3.Zaur Fərzəliyev

Hər üç şəxs azərbaycanlı ailənin üzvü olublar. Əslən Cəbrayıl rayonunun Balyand kəndindən olan Qoşqar Fərzəliyevin həyat yoldaşı və iki övladı rus ordusunun Xerson şəhərinə endirilən aviazərbələri nəticəsində dünyasını dəyişib. Qoşqarın qızı Sabina və oğlu Zaur hadisədən əvvəl şəhərin yaxınlığında olublar. Natalya Fərzəliyeva övladlarını götürmək üçün maşınla ora yollanıb. Bir qədər yol getdikdən sonra onların olduğu avtomobil aviazərbəyə məruz qalıb. Hadisə zamanı Qoşqar Fərzəliyevin həyat yoldaşı Natalya Fərzəliyeva və övladları həlak olub. Q.Fərzəliyev həmin vaxt orada olmayıb.
Rusiya-Ukrayna müharibəsində dünyasını dəyişən azərbaycanlılar - FOTO/SİYAHI4.Qoşqar Məmmədov

Rus-Ukrayna müharibəsində vəfat edən digər soydaşımız isə Qoşqar Məmmədovdur. O, küçədə rus hərbçiləri tərəfindən güllələnərək öldürülüb. Qoşqar Xarkova qonaq gedibmiş. Mağazadan ərzaq almaq üçün küçəyə çıxan yerlimiz mülki şəxs olmasına baxmayaraq, atəşə məruz qalıb. Azərbaycanlı gənc aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib. Qoşqar Məmmədov Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğludur.
Rusiya-Ukrayna müharibəsində dünyasını dəyişən azərbaycanlılar - FOTO/SİYAHI5.Nemət İsmayılov

6.Rəhim İsmayılov

7.Qalib İsmayılov

Soydaşlarımız Nemət İsmayılov, Rəhim İsmayılov və Qalib İsmayılov Odessa şəhərindən Moldovaya keçid etmək istəyən zaman naməlum hərbçilərin hücumuna məruz qalıblar. Nəticədə İsmayılov Rəhim Əli oğlu, onun qardaşı Nemət İsmayılov və Qalib İsmayılov dünyasını dəyişiblər.
Rusiya-Ukrayna müharibəsində dünyasını dəyişən azərbaycanlılar - FOTO/SİYAHI8.Camal Salmanov

Odessadan Moldovaya gedərkən atışma zamanı azərbaycanlılar rusiyalı diversantların hücumuna məruz qalıblar. Onlar arasında soydaşımız Camal Salmanov da olub. Rusiyalı diversantlar onun olduğu avtomobilə atəş açıblar. Ağır yaralanan həmyerlimiz aparıldığı xəstəxanada dünyasını dəyişib.
Rusiya-Ukrayna müharibəsində dünyasını dəyişən azərbaycanlılar - FOTO/SİYAHIQeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın şəhərlərinə raketlərlə və qırıcı təyyarələrlə hücumu davam edir. Ukrayna xalqının demək olar ki, böyük hissəsi ölkəni tərk edib, orada qalan vətəndaşlar isə qarajlara, yeraltı parkinqlərə, zirzəmilərə sığınıb. Bəziləri isə rusların atdığı raket zərbəsindən ya da silahlı hücumlarından güllə yarası alaraq vəfat edib. Əfsuslar olsun ki, onlar arasında azərbaycanlılar da var. /BAKU.WS


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4713   Tarix: 01 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər

22 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

"WhatsApp"a iki yeni funksiya gəlir

Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda

22 oktyabr
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr
.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA

Saç şampunu seçərkən yalnız məhsulun markasına və qiymətinə deyil, onun tərkibinə və saçın xüsusiyyətlərinə də diqqət yetirmək vacibdir. Yanlış şampun seçimi saç dərisində quruluq, yağlanma və qıcıqlanma kimi problemlərə səbəb ola bilər. Bəs saç tipinə uyğun şampunu necə seçmək lazımdır, məhsulun tərkibindək

22 oktyabr
.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər

22 oktyabr