4-cü sinifdə aşiq olub evlənən kənd müəllimi necə səfir oldu? - UNUDULAN MƏMURLAR

4-cü sinifdə aşiq olub evlənən kənd müəllimi necə səfir oldu? - UNUDULAN MƏMURLARVaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Hidayət Orucovdan bəhs edəcəyik.

Orucov Hidayət Xuduş oğlu 5 sentyabr 1944-cü ildə Zəngəzur rayonunun Maralzəmi kəndində anadan olub. O, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.

Orucov Hidayət bir müddət kənddə müəllim, "Sovet Ermənistanı" qəzetində ədəbi işçi (müxbir) işləyib.

O, 1968-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin olunub və 16 il orada fəaliyyət göstərib.

1984-cü ildə Bakıya köçərək "Gənclik" nəşriyyatının baş redaktor müavini, sonra baş isə redaktoru vəzifələrində işləyib.

Hidayət Orucov 1992-1993-cü illərdə prezidentin millətlərarası münasibətlər üzrə müşaviri olub. Daha sonra isə Azərbaycanın milli siyasət məsələləri üzrə Dövlət Müşaviri işləyib.
2005-2006-cı illərdə o, Milli azlıqlarla və Dini Qurumlarla İş üzrə Dövlət müşaviri kimi çalışıb.

25 iyul 2006-cı ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilən Orucov 31 may 2012-ci ildə həmin vəzifədən azad edilib.

Ona 27 dekabr 2012-ci ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. Elə həmin gün də Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

6 oktyabr 2021-ci ildə isə fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Uşaqlığından danışan Orucov deyib:

"Quzu otarmaqdan da, fəhlə işləməkdən də, ot biçməkdən də təsirlənmişəm. Daha geniş mənada götürəndə o təbiət, tarixi incilər, hadisələr, canlı insanlar - hamısı mənim mən olmağıma səbəbdi. Amma hamıdan, hər şeydən daha çox məni anam heyrətləndirib. Ağlıyla, hadisələrə düzgün qiymət verməyi ilə, həm ata, həm ana olmağı bacarmağıyla. Anam hələ də mənə sehr, sirr kimi qalır. Savadsız bir insanda o qədər informasiya, düşüncə, dərinlik hardanıydı?! Atamı itirəndə heç birinci sinfə də getmirdim. O, bir yuxu kimi yadımda qalıb. Hətta bədii əsərlərimin birində yazmışam ki, kaş möcüzə baş verə, biz görüşək. Görəsən, mən onu tanıyaram? Əminəm ki, o tanıyar".

Hidayət Orucov müsahibələrinin birində həyat yoldaşı ilə necə tanış olmağından danışıb:
"Dördüncü sinifdə oxuyurduq. 13 yaşım təzəcə tamam olmuşdu. 9 yaşımda birinci sinfə getmişəm axı… Xoşuma gəldi. Amma bunu ona onuncu sinifdə oxuyanda dedim. Məmnuniyyətlə qəbul elədi. Hiss eləmişdi. Bilirdi ki, ona marağım var. Ona görə də deyəndə müəyyən qədər hazır idi".

Sabiq sədr ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli-mənəvi dəyərlərimiz barədə, türk xalqlarının deportasiyasına həsr olunan 150-dən çox məqalənin, publisist qeydlərin müəllifidir.

Onun "Heydər Əliyev və Azərbaycanda milli siyasət" monoqrafiyası ingilis, rus, gürcü, türk, ərəb, qırğız dillərində də nəşr olunub. O həm də əməkdar incəsənət xadimidir və
2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Ailəlidir, üç övladı var.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2009   Tarix: 01 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər

22 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

"WhatsApp"a iki yeni funksiya gəlir

Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda

22 oktyabr
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr
.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA

Saç şampunu seçərkən yalnız məhsulun markasına və qiymətinə deyil, onun tərkibinə və saçın xüsusiyyətlərinə də diqqət yetirmək vacibdir. Yanlış şampun seçimi saç dərisində quruluq, yağlanma və qıcıqlanma kimi problemlərə səbəb ola bilər. Bəs saç tipinə uyğun şampunu necə seçmək lazımdır, məhsulun tərkibindək

22 oktyabr
.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər

22 oktyabr