Vətəndaşlar bu dərmanları pulsuz almalıdır

Vətəndaşlar bu dərmanları pulsuz almalıdırStasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman və tibbi sərf Xidmətlər Zərfi çərçivəsində təmin edilir.

Sonxeber.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, tibb müəssisəsində ambulator tibbi yardım çərçivəsində göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya xidməti, dərman təminatı və tibbi sərf Xidmətlər Zərfi ilə təminata alınır.

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Respublika Endokrinoloji Mərkəzində somatotrop hormonu çatışmazlığı diaqnozu qoyulan uşaqlar ödənişsiz müalicə olunur.

Agentlik tərəfindən uşaqlar boy hormonu preparatı ilə təmin olunur. Somatotrop hormon çatışmazlığı diaqnozu laborator müayinə əsasında pediatr-endokrinoloq tərəfindən qoyulur.

Dərmanlar böyümə zonalarının bağlanmasına yəni, sümük yaşı (rentgen müayinəsinə əsasən uşağın skeletinin sümüklərinin inkişafına uyğun gələn yaşın şərti mənası) qızlarda 14, oğlanlarda isə 16 yaşına qədər ödənişsiz verilir.

Görülən işlərin nəticəsi olaraq boy hormonu çatışmazlığından əziyyət çəkən uşaqlarda boy artımı baş verir.

Qeyd edək ki, boy hormonu çatışmazlığının müalicəsinin Xidmətlər Zərfinə daxil olmamasına baxmayaraq, Agentlik uşaqların fiziki inkişafdan geri qalmasının qarşısını almaq və boyqısalığı olan uşaqları erkən aşkarlamaq məqsədilə sözügedən xidməti təmin edir", – deyə əlavə edilib

Həmçinin bildirilib ki, Agentliyə müharibə iştirakçısı, şəhid ailəsi üzvü və müharibədən zərər çəkmiş şəxs tərəfindən daxil olan müraciətə əsasən psixoloji yardım mərkəzlərində müayinə əsasında psixi pozuntuların müalicəsi üçün 6 adda zəruri psixotrop dərman preparatları ödənişsiz təqdim olunur.

"Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən təchiz edilən dərman preparatlarını regional psixoloji yardım mərkəzlərinin fəaliyyət göstərdiyi müəssisələrdən və ya burada çalışan psixoloqların yönləndirdiyi tibb müəssisələrindən əldə etmək olar.

Ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri Xidmətlər Zərfinə daxil deyil", - deyə qeyd edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2136   Tarix: 01 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər

22 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

"WhatsApp"a iki yeni funksiya gəlir

Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda

22 oktyabr
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr
.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA

Saç şampunu seçərkən yalnız məhsulun markasına və qiymətinə deyil, onun tərkibinə və saçın xüsusiyyətlərinə də diqqət yetirmək vacibdir. Yanlış şampun seçimi saç dərisində quruluq, yağlanma və qıcıqlanma kimi problemlərə səbəb ola bilər. Bəs saç tipinə uyğun şampunu necə seçmək lazımdır, məhsulun tərkibindək

22 oktyabr
.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər

22 oktyabr