"Analar övladlarını laylayla yox, bomba səsi ilə yatızdırırlar"
Ukraynalı aparıcı, blogger Regina Todorenko sosial şəbəkə hesabında Ukraynadakı müharibə şəraitindən yazıb.
Sonxeber.az axşam.az-a istinadən xəbər verir ki, aparıcı yaxınlarının çətin durumda olduqlarını bildirib. O qeyd edib ki, hazırda ailəsi də Ukraynadadır:
"İndi bütün uşaq baxçalaranın həyətində plakatlar qurulur. 8 Martda uşaqlar analarına hədiyyələr verməyə hazırlaşır. Onlar analarına gül verəcək, şeir deyəcəklər. Amma Ukraynada belə deyil. Ukraynada analar 8 Martı düşünmür. Onlar övladlarının həyatını xilas etməyə çalışırlar. Uşaqlarını metrostansiyalarda, doğuş üçün uyğun olmayan yerlərdə dünyaya gətirirlər. Dünyaya yeni göz açan övladlarını laylay səsi ilə yox, silah, atəş səsi ilə yatızdırırlar. Biz bu cür dünya arzulamamışıq. Kədər heç kimi xoşbəxt etməyəcək. Müharibə razılığa gəlməyin yeganə yolu deyil. Biz övladlarımızı ölümə göndərmək üçün dünyaya gətirmirik.
Nə vaxtsa ağlıma gələrdi ki, valideynlərim müharibə ortasında qalacaq, tanışlarımın övladları zirzəmidə doğulacaq, yaxınlarım bunkerlərdə gizlənəcək, rəfiqələrim atəş altında qalacaq? Yox... Amma indi bu reallıqdır və bizim hamımız bununla uzun müddət yaşamalı olacağıq. Çünki bu cür yaraların izi asan yox olmur. Yaralardan sonra izi qalır.
Bilmirəm, sülh yaratmaq, tarixi dəyişmək, hazırda məni oxuyanların hər birinə kömək etmək mənim gücümdədirmi? Hazırda Kiyevdə, Xersonda və digər şəhərlərdə uşaq mərkəzlərində qan üçün donorlar çatışmır, cərrahlara yardım lazımdır. Zirzəmilərdə yeni doğulanlara yardım verilməlidir. Donesk və Luqanskda qaçanlara ev lazımdır. Ən əsası isə övladları müharibədə olan analara dəstək lazımdır. Tezliklə müharibə bitsin və onlar salamat evlərinə gəlsinlər. Eşidirsiniz, sağ-salamat...".
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 1060 Tarix: 03 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xocavənddə 2 erməni hərbçinin qalıqları tapıldı
Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub. "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatlar
21 avqust 2021Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU
Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək
22 avqust 2021"Bayraktar"ın 44 günlük müharibədəki sirri AÇILDI
Türkiyənin "Baykar" holdinqinə daxil olan "Baykar Teknik" şirkətinin direktoru Səlcuk Bayraktar "Bayraktar TB2" döyüş pilotsuz təyyarələrinin 44 günlük Qarabağ müharibəsində oynadığı roldan danışıb. xəbər verir ki, CNN Türk-ə müsahibəsində Səlcuk Bayraktar döyüş pilotsu
22 avqust 2021Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO
Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb
27 iyun 2021Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün "Bayraktar TB2" PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan "Akıncı"ların Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi münasibətilə mərasim təşkil olunub. Tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Dövlət başçısı yen
30 avqust 2021Şuşa şəhəri necə alındı? - VİDEO
Şuşanın azad edilməsində müstəsna xidmətləri olan hərbçilərdən biri Namiq Abdullayev xarici media nümayəndələrinin onlara ən çox ünvanladığı suallardan danışıb. O, Baku TV-yə açıqlamasında bildirib ki, media nümayəndələri çətin, sərt qayalıqlı və gözəl relyefə sahib Şuşada baş verən döyüşlərdə necə qalibiyyə
11 iyul 2021