TƏCİLİ! Rusiya ordusu Ukraynada Atom Elektrik Stansiyasını vurdu, yanğın başladı

TƏCİLİ! Rusiya ordusu Ukraynada Atom Elektrik Stansiyasını vurdu, yanğın başladıAz əvvəl Ukraynanın fövqəladə hallar üzrə Dövlət Xidməti bəyan edib ki, yanğınsöndürənlər qrupu Enerqodar şəhərində Zaporojets AES-in ərazisinə daxil olub. Yanğının söndürülməsinə 40-dan çox yanğınsöndürən və 10 texnika cəlb edilib.

Yanğının AES-in təlim-tədris korpusunda baş verdiyi müəyyənləşib, bildirilir ki, üçüncü, dördüncü və beşinci mərtəbələrdə yanğın davam edir. İlkin məlumatlara görə ölən və xəsarət alan yoxdur. Yanğınsöndürənlər yanğın ocaqlarından birini lokallaşdıra biliblər.

***

Ukraynanın energetika naziri German Qaluşenko bəyan edib ki, Zaporojye AES-də Rusiya ordusunun zərbələri nəticəsində başlamış yanğın dünyanı insanlıq tarixinin ən böyük texnogen fəlakəti ilə üz-üzə qoyub. "Təcavüzkar Ukraynaya sarsıdıcı zərbələr endirməkdə davam edir. Onu minlərlə insan tələfatı və faciələr də dayandırmır. Bu gün isə o bütün dünyanı məhv etmək istəyir. Tanklardan, "Qrad"lardan və digər texnikadan Avropanın ən iri atom elektrik stansiyasına birbaşa zərbələr endirir. Bu hərəkətlərin hansı fəlakətə gətirib çıxaracağını dərk edərək",-nazir bildirib.

O qeyd edib ki, artıq stansiyanın ərazisində döyüşlər gedir, yanğın əraziyə yayılır. "Bu planeti məhv etməyə yönəlmiş müharibədir. Nüvə və radiasiya təhlükəsi düşməni narahat etmir. Ukraynalıların, avropalıların və öz vətəndaşlarının həyatının onun üçün heç bir əhəmiyyəti yoxdur",-Qaluşenko deyib.

***

Martın 4-nə keçən gecə Rusiya ordusu Ukraynanın Zaporojye vilayətinin Enerqodar şəhərində yerləşən və Avropanın ən böyük Atom Elektrik Stansiyası olan "Zaporojets" AES-ə fasiləsiz zərbələr endirib. virtualaz.org xəbər verir ki, zərbələr nəticəsində AES-də yanğın başlayıb. Bu haqda şəhər meri Dmitri Orlov bildirib.

"Dünya təhlükədə! Düşmənin AES-in inzibati binasını və yaxınlıqdakı obyektləri fasiləsiz atəşə tutması nəticəsində Zaporojes AES-də yanğın başladı!",-mer təcili müraciətində bildirib. Şəhər rəhbəri işğalçıları ötən gecə saatlarından başlayan aramsız atəşləri dayandırmağa çağırıb.

AES-in əməkdaşı bildirib ki, yanğınsöndürənlər yanğın yerinə yaxınlaa bilmirlər. Artıq mərmilərdən biri stansiyanın birinci blokuna düşüb, AES-in həmin bloku işini dayandırıb.

Zaporojets AES dünyanın 10 ən iri atom elektrik stansiyasından biridir və əgər stansiyada başlamış yanğın nüvə reaktorunda partlayışa səbəb olarsa bu Çernobıl AES-də baş vermiş qəzadan 10 dəfələrlə artıq nüvə fəlakətinə gətirib çıxaracaq.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti yaydığı təcili bəyanatında bildirib ki, yerli vaxtla saat 2.26-da AES-də üçüncü blok da işini dayandırıb. Hazırda stansiyanın cəmi bir bloku-dördüncü blok işləyir. Bildirilir ki, əvvəlcə işğalçılar yanğınsöndürənləri stansiyaya yaxın buraxıblar, lakin daha sonra onları geri qaytarıblar.

Prezident Volodimir Zelenski isə az əvvəl dünya ictimaiyyətinə təcili müraciət edib. Zelenski bəyan edib ki, Rusiya tankları Zaporojets AES-in nüvə bloklarını atəşə tutur, ona göörə də Avropa oyanmalı və dünyanı nüvə fəlakətindən xilas etməlidir. Prezident Zelenskinin sözlərinə görə, Avropanın ən iri AES-lərindən birində hazırda yanğın davam edir. O qeyd edib ki, Zaporojets AES-də 6 enerji bloku var. Ukrayna prezidenti müqayisə üçün xatırladıb ki, Çernobıl AES-də cəmi bir enerji bloku partlamışdı.

"Rusiya ordusunu dərhal dayandırmaq lazımdır! Ukrayna 15 enerji bloku deməkdir və əgər partlayışlar olsa bu hamının sonu olacaq, btün Avropanın sonu olacaq! Bu Avropanın təxliyyəsi demək olacaq! Ancaq Avropanın təxirəsalınmaz hərəkətləri Rusiya qoşunlarını dayandıra bilər. Avropanın atom stansiyasında baş verəcək fəlakət nəticəsində məhv olmasına imkan verməyin!",-Zelenski bildirib. O deyib ki, artıq yaranmış vəziyyətlə bağlı Almaniya kansleri Olaf Şolts və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə telefon danışıqları aparıb.

Son məlumata görə AES rəhbəri açıqlayıb ki, yanğın nəticəsində nüvə reaktorlarında isinmə gedir və hər an partlayış baş verə bilər./virtual


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 5330   Tarix: 04 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xocavənddə 2 erməni hərbçinin qalıqları tapıldı

Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub. "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatlar

21 avqust 2021
.

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək

22 avqust 2021
.

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub - MN

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən -a verilən məlumata görə

27 iyun 2021
.

Cəbrayılın viran qoyulmuş Cəfərabad kəndi - VİDEO

Cəbrayıl rayonunun Cəfərabad kəndindən videogörüntülər yayılıb. Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:

13 iyun 2021
.

"Bayraktar"ın 44 günlük müharibədəki sirri AÇILDI

Türkiyənin "Baykar" holdinqinə daxil olan "Baykar Teknik" şirkətinin direktoru Səlcuk Bayraktar "Bayraktar TB2" döyüş pilotsuz təyyarələrinin 44 günlük Qarabağ müharibəsində oynadığı roldan danışıb. xəbər verir ki, CNN Türk-ə müsahibəsində Səlcuk Bayraktar döyüş pilotsu

22 avqust 2021
.

Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb

27 iyun 2021
.

Taras Kuzio: "Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır"

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır. Bunu Ukrayna Milli Universitetinin "Kiyev-Mogilyan akademiyası"nın britaniyalı professoru Trend-ə bildirib. Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avrop

6 iyun 2021
.

Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün "Bayraktar TB2" PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan "Akıncı"ların Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi münasibətilə mərasim təşkil olunub. Tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Dövlət başçısı yen

30 avqust 2021
.

Şuşa şəhəri necə alındı? - VİDEO

Şuşanın azad edilməsində müstəsna xidmətləri olan hərbçilərdən biri Namiq Abdullayev xarici media nümayəndələrinin onlara ən çox ünvanladığı suallardan danışıb. O, Baku TV-yə açıqlamasında bildirib ki, media nümayəndələri çətin, sərt qayalıqlı və gözəl relyefə sahib Şuşada baş verən döyüşlərdə necə qalibiyyə

11 iyul 2021