Azərbaycan cüdoçusunun Ukraynadakı evini vurublar: "Pəncərələr sınıb, oranı tərk etmişik"
"Biz İrpen şəhərində yaşadığımız binanın birinci mərtəbəsində qalırdıq. Məhz həmin evi vurublar".
Bunu Oxu.Az-a Azərbaycan cüdoçusu İrina Kindzerskayanın həyat yoldaşı Həmid Əliyev deyib.
O, İrina Kindzerskaya ilə birgə yaşadığı Kiyev vilayətinin Buça rayonunda yerləşən İrpen şəhəri atəşə tutularkən evlərinin zərər gördüyünü bildirib. Həmid Əliyevin sözlərinə görə, hazırda evlərini tərk ediblər:
"Binamızın qaz borusunu vurublar. Partlayış olub. Bizim ev zərər görüb. Pəncərələr sınıb. Amma şükür Allaha, özümüz sağıq, həmin vaxt evdə olmamışıq. Mənzilin açarını qonşulara vermişik. Nəsə olsa, bizə deyəcəklər. Hazırda yoldayıq. İrina da özünü pis hiss edir. Mənəvi cəhətdən onu sakitləşdirməyə çalışıram".
O bildirib ki, qalmaq üçün ev problemləri olmayacaq: "İrinanın doğulduğu Xmelnitski vilayətinin Dunayevtsı şəhərinə gedirik. Komendant saatına görə birbaşa ora gedib çata bilməmişik. Dünən gecəni Jitomir vilayətinin bir kəndində keçirmişik. Ukraynalılar bizə yeyib-içmək, qalmağa yer verdilər. Bir qəpik də almadan maşının çənini benzinlə doldurdular".
Həmid Əliyev yaşadıqları İrpen şəhərində başqa obyektlərin də ciddi zərər gördüyünü bildirib:
"Mənim məşq keçdiyim cüdo zalının 40 metr aralığında yerləşən binanın beşinci mərtəbəsini də vurublar. Bizim bina ilə üzbəüz yolda yerləşən binaya da raket atıblar. Həmçinin yaxınlıqdan atışma səsləri gəlirdi".
Qeyd edək ki, cütlüyün Bakıda evi yoxdur.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 2455 Tarix: 04 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şahruddin Səudiyyə Ərəbistanına gedib Zubirlə görüşdü - Foto
"Qarabağ"ın futbolçusu Şahruddin milli komandalar üçün yaranmış fasilədən istifadə edərək Səudiyyə Ərəbistanına yollanıb. "Qafqazinfo" xəbər verir ki, yığmaya dəvət almayan qolkiper bu ölkədə sabiq komanda yoldaşı Abdullah Zubirlə görüşüb. Səudiyyə Ərəbistanının "Əl-Uroba"
23 sentyabr"Mən və o ən yaxşı futbolçularıq" - Yamal
"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı
14 sentyabr"Sabah"ın 21 yaşlı qapıçısından möhtəşəm seyvlər - Video
"Sabah"ın 21 yaşlı qapıçısı Rəvan Mirzəmmədov çıxışı ilə diqqət çəkir. "Qafqazinfo" xəbər verir ki, o, ötən gün "Şəfa"ya 3:0 hesabı ilə qalib gəldikləri matçda etdiyi seyvlərlə diqqət mərkəzinə düşüb. R.Mirzəmmədov Masazır təmsilçisinin heyətində bu mövsüm 2 oyunda meydan
15 sentyabrİnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub
İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola
12 sentyabr"Şəfa" "İmişli"nin futbolçusu ilə güclənib
"İmişli" Vüsal Qənbərov ilə yollarını ayırıb. verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu "Şəfa" klubuna transfer olunub. Vüsal 2024-cü ildən "İmişli"nin uğurları üçün çalışıb. O, bölgə təmsilçisinin heyətində ümumilikdə keçirdiyi 47 oyund
14 sentyabr"Zirə"nin futbolçusu Abdul Aziz "Karvan-Yevlax"a keçib
"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qatıb. xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb. Bölgə klubu "Zirə"dən Abdul Azizi icarəyə götürüb. 20 yaşlı hücumçu 6 ay Yevlax komandasında çıxış edəcək
15 sentyabr"Vikinq" futbolçusu Ola Vistedi icarəyə verib
Sabahın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Norveçin "Vikinq" komandasının futbolçusu Ola Vistedi cari mövsümün sonunadək KFUM-a icarəyə verilib. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçunun paytaxt komandası ilə icar
12 sentyabr