İcbari tibbi sığortadan istifadə zamanı problem yarandıqda nə edək? - RƏSMİ CAVAB

İcbari tibbi sığortadan istifadə zamanı problem yarandıqda nə edək? - RƏSMİ CAVABİcbari tibbi sığorta, sadə dillə desək, daha çox adi vətəndaşların mənafeyinə yönəlmiş, onları keyfiyyətli tibbi xidmət və dərmanla təmin etməyə yardım edən bir sistemdir. İcbari tibbi sığorta işçilərin əməkhaqqından, əməkhaqqından ayırmalardan tutmuş tibb müəssisələrinin akkreditasiyasına kimi müxtəlif parametrləri əhatə edən çoxşaxəli prosesdir.

Vətəndaşların bir çoxu icbari tibbi sığortadan istifadə zamanı onlara lazım olan bəzi tibbi xidmətlərin ödənişli olduğunu deyirlər. Vətəndaşlardan birinin şikayətini təqdim edirik:

"İlk dəfədir ki, hər ay pul ödədiyim İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xidmətindən istifadə etmək istədim. Qeydiyyatda olduğum Hökməli qəsəbəsindən göndərişlə Abşeron Rayon Mərkəzi Xəstəxanasına getdim, 1 gün orada gözləyə-gözləyə nəhayət birtəhər USM-dən keçib ordan da gondərişlə endoskopiya üçün M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə getdim. 40 dəqiqə qeydiyyatda gözləyəndən sonra (gah sistem işləmir, gah internet, gah da xanımlar söhbət edir) sevincək yollandım həkim Sevinc Məlikovanın yanına. Həkim dedi ki, narkoz sığortaya daxil deyil, əlavə 50 manat ödəməliyəm. Digər gözləyənlərin də hərəsinə bir məbləğ demişdi. Səhər saat 10-da acqarına evdən çıxdığım halda neçə saat gözləyəndən sonra saat 2-də bezib özəl xəstəxanaya getdim. Sığortalı xəstə görən bütün həkimlər "ağız-burun əyir", elə minnət qoyur, elə "ağlayırlar" ki, "maaş belə, sığorta elə", adam "it peşmanı" olur. Qısası, aylıq boşuna pul verib, yenə özəl xəstəxanalara gedirik".

Şikayətlə bağlı Sonxeber.az saytı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu göndərib.

Gələn cavabı olduğu kimi oxuculara təqdim edirik:

"Şikayət mətnində qeyd edilmiş endoskopik müayinə xidməti Xidmətlər Zərfi ilə təminata alınıb. Ambulator yardım zamanı istifadə olunan anesteziya xidməti, tibbi göstərişlərə əsasən, icbari tibbi sığorta çərçivəsində qarşılanır.

Həkim qəbulu zamanı təcili və təxirəsalınmaz hallar üçün heç bir limit yoxdur. Planlı müayinə və müalicə üçün müraciət etdikdə xəstələr növbəlilik prinsipi əsasında qəbul edilirlər.

TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlə bağlı ödəniş tələb olunarsa və ya müvafiq tibbi xidmətin göstərilməsindən imtina edilərsə, bu barədə həmin tibb müəssisəsində çalışan tibb işçiləri haqqında ilk növbədə tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət edilməlidir.

Vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) 012 310 17 70 nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına və ya rəsmi ünvanına (İsmayıl Hidayətzadə küç. 11, Bakı, AZ1154) müraciət edə bilər. Eyni zamanda, Agentliyə də müraciət edilə bilər. Bunun üçün vətəndaşlar Agentliyin 1542 Çağrı Mərkəzinə zəng edə və ya https://its.gov.az/page/elektron-muraciet linkinə daxil olaraq elektron şəkildə müraciət edə bilərlər. 

"Vətəndaşların müraciətləri haqqında" Qanun ilə müəyyənləşdirilmiş vətəndaşların müraciətlərinə dair tələblərə uyğun olaraq, ad, soyad, ata adı, ünvan, telefon nömrəsi, yaxud iş yeri qeyd edilməklə müraciət edilməlidir. Həmçinin müraciətin mətni oxunaqlı olmalı və müraciətdə irəli sürülən tələb aydın şəkildə ifadə olunmalıdır. Lazımi məlumatlar təqdim edilmədiyi halda, həmin Qanuna əsasən, müraciət anonim sayılır və baxılmamış saxlanılır.

Qeyd edək ki, qanunvericiliyə əsasən, vətəndaş tərəfindən neqativ hal ilə bağlı əsaslandırılmış sübut təqdim edildiyi təqdirdə fakt müvafiq qaydada araşdırılır. Təsdiqini tapmış fakta dair hüquq-mühafizə orqanlarına müraciət edilir. Tibb işçisinin hüquq pozuntusuna yol verdiyi sübut olunarsa, o, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur".

Aygün Osmanlı


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2637   Tarix: 07 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...

a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy

16 sentyabr 2021
.

Əks-göstəriş sertifikatları ilə vaksin pasportu eynihüquqludur? - AÇIQLAMA

Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslər vaksin pasportu və immunitet sertifikatı olanlarla bərabərhüquqludur. Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, vaksin pasportu tələb olunan yerlərdə bunun əvəzin

11 sentyabr 2021
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

17 sentyabr 2021
.

Koronavirusun simptomları dəyişdi

Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən

14 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

Bronxlarda olan problemlər üçün sınanmış məcun

Məhsul Haqda Ətraflı. Yuxarı tənəffüs yollarının xəstəliklərindən daha çox bronxitlər, faringit, bronxial. astma, laringit və kəskin respirator virus infeksiyalarıdır. Bronxların qıcıqlanması,. tez-tez bəlğəmin xaric olunması, təngənəfəslik, boğulma hissi və xüsusilə gecələr. baş verən öskürək tutmalar

17 sentyabr 2021
.

On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar

Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma

10 sentyabr 2021
.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021
.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021