Üçüncü dünya savaşı "proxy war" modelində artıq başlayıb: Nüvə zərbəsi də gözlənilir

Üçüncü dünya savaşı "proxy war" modelində artıq başlayıb: Nüvə zərbəsi də gözlənilirABŞ və Qərb Ukrayna üzərindən Rusiya ilə həm hərbi, həm də maliyyə-iqtisadi alətlər vasitəsilə savaş içərisindədir; "Ölkə.az" musavat.com-a istinadla bildirir ki, NATO və Rusiya arasında açıq hərbi təmas baş verərsə, Kremlin Ukraynadakı AES-lərdən birini partlada, yaxıd qarşı tərəfə birbaşa nüvə zərbəsi endirə biləcəyi də qətiyyən istisna deyil...

Ukrayna savaşında son günlərdə nüvə faktoru ön plana keçirilməyə başlayıb. Rusiya qoşunları Ukraynanın AES-ləri ətrafında gərginliyi artırmağa çalışırlar. Bununla da ABŞ və Qərbə Ukrayna savaşına kənardan müdaxiləyə dərhal radikal cavab veriləcəyinə eyham vurulur. Və bu, Ukraynaya dəstək verən ölkələr üçün olduqca ciddi, həm də təhlükəli mesajdır.

Əslində, Kreml ABŞ və Qərbə yönəlik nüvə təhdidlərini Ukraynaya hərbi müdaxilə etməzdən bir neçə gün əvvəl də ön plana keçirtmişdi. Prezident Vladimir Putin Rusiyanın uzaqmənzilli və nüvə başlığı daşıya bilən raketlərinin sınaqlarında şəxsən iştirak etməklə, ABŞ və Qərbə açıq-aşkar xəbərdarlıq etmişdi. Bunun ardıncasa, Ukrayna savaşı başlandıqdan və sanksiyalar işə salındıqdan sonra Rusiya nüvə silahını aktivləşdirməklə, Qərbi növbəti dəfə qorxutmağa çalışmışdı.

İndisə, ABŞ və Qərb birbaşa Ukrayna ərazisindən təhdid olunur. Kreml Ukraynanın AES-lərində partlayış törətməklə, Avropa qitəsini fəlakətə sürükləyə biləcəyini qabardır. Əlbəttə, Rusiyanın doğrudan da belə addım atıb-atmayacağı hələlik bir qədər mübahisəli məsələdir.

Ancaq həqiqətən də Ukraynanın AES-lərindən hər hansı birində partlayış törədilərsə, bu Avropa ölkələri üçün əsl fəlakət olardı. Çünki bu partlayışın nəticələri hətta birbaşa nüvə zərbəsinə ekvivalent ola biləcəyi qətiyyən istisna deyil. Bu halda, Rusiyanın Ukraynaya yaxın Qərb hissəsi ilə yanaşı, Şərqı və Mərkəzi Avropa ölkələrini də fəlakət öz ağuşuna ala bilər. Üstəlik, hansı ölkənin daha çox ziyan çəkə biləcəyini də məhz küləyin istiqaməti müəyyən edəcək.

Təbii ki, belə vəziyyətdə ABŞ və Qərb ölkələri Kremlin dolayısı yolla vəd etdiyi təhlükənin ciddiliyini nəzərə almaq məcburiyyətində qalıblar. Ona görə də, rəsmi Kiyevin ağır ittihamlarına və sərt qınaqlarına baxmayaraq, Ukraynaya verilən hərbi dəstək prosesində müəyyən prinsiplərə riayət etməyə üstünlük verilir. Hər halda, NATO ölkələri gərgin müzakirələrdən sonra Ukrayna hava məkanının uçuşlara qapalı zona elan edilməsindən çəkindilər.

Məsələ ondadır ki, əgər, NATO Ukrayna hava məkanını uçuşlara qapalı zona elan etsəydi, bu halda, Rusiya ilə hərbi toqquşma ehtimalı reallığa çevrilmiş olacaqdı. Çünki, Ukraynanın öz hava məkanını uçuşlara qapalı zonaya çevirmək imkanları mövcud deyil. Əgər olsaydı, indiyə qədər bunu Ukrayna özü edərdi. Deməli, bu işi istənilən halda, NATO hərbi hava qüvvələri icra etmək məcburiyyətində qalacaqdı. Bu isə Rusiya ilə hərbi toqquşmanın qaçılmaz olması anlamına gələrdi.

Göründüyü kimi, Ukrayna nə qədər israr etsə də, belə addımların atılması kifayət qədər qəliz məsələdir. Halbuki, prezident Volodimir Zelenski Ukrayna hava məkanının uçuşlara qapalı zona elan edilmədiyi üçün ölkəsində bundan sonra insanların həyatını itirməsinə görə ABŞ və NATO-nun məsuliyyət daşıyacağını da bəyan edib. Ancaq bu, nə qədər ağır məsuliyyət bölgüsü olsa da, ABŞ və NATO heç bir halda, Rusiya ilə birbaşa hərbi toqquşmalara girmək niyyətində olmadığını vurğulayır.

ABŞ və NATO bu mövqeyini əsasən, Rusiya ilə hərbi toqquşma olacağı təqdirdə, Üçüncü Dünya Müharibəsinin qaçılmaz xarakter daşıya biləcəyi ilə arqumentləşdirməyə çalışır. Halbuki, Ukrayna savaşının bir çox əlamətləri əslində, Üçüncü Dünya Müharibəsinin artıq başladığını iddia etməyə əsas verir. Və bu savaş hələlik "proxy war" modeli üzrə davam edir.

Məsələ ondadır ki, "proxy war" hər hansı hərbi alyansın və ya dövlətin rəqib ölkəyə qarşı üçüncü dövlətin üzərindən müharibə aparması prosesini ifadə edir. İndiki halda, əslində, ABŞ və Qərb Rusiyaya qarşı Ukrayna vasitəsilə "proxy war" modelində müharibə apardığı qətiyyən şübhə doğurmur. Çünki, ABŞ və Qərb Rusiya ilə savaşda birbaşa iştirak etməsə də, Ukrayna tərəfindən çıxış edir.
ABŞ və Qərb Ukraynaya ən müasir hərbi texnika, silah-sursat göndərir. Bu isə o deməkdir ki, Ukraynda NATO ordusu Rusiya ilə savaşmasa da, bu hərbi-siyasi alyansın hərbi texnikası müharibədə birbaşa iştirak edir və bu, mövcud situasiyaya birbaşa təsir göstərir. Digər tərəfdən, ABŞ və Qərb Kremlin Ukraynaya yönəlik haqsız hərbi müdaxiləsinə reaksiya olaraq, Rusiyaya qarşı ikinci cəbhə də açıb. Bu ikinci cəbhə Rusiyanın beynəlxalq səviyyədə məruz qoyulduğu ağır sanksiyalarda, eləcə də, Kremlin bloklanıb, dünyadan təcrid olunmasında özünün göstərir. Yəni ABŞ və Qərb Rusiyaya qarşı həm də iqtisadi alətlər üzərindən müharibə aparır.

Təbii ki, bütün bunlar dolayısıyla, daha dəqiq desək, qeyri-rəsmi şəkildə Üçüncü Dünya Müharibəsinin artıq başlandığını düşünməyə əsas verir. Ancaq ABŞ və Qərb Rusiya ilə birbaşa toqquşmadan yayınmaqla, Üçüncü Dünya Müharibəsinin rəsmən təsdiqlənməsindən çəkinir. Və daha çox səhnəarxasında qalıb, başqasının əliylə - Ukrayna vasitəsilə Rusiyaya qarşı vuruşmağa üstünlük verir.

Bundan sonra hadisələrin inkişaf istiqamətləri ilə bağlı mümkün variantların sırası o qədər də geniş deyil. Böyük ehtimalla Üçüncü Dünya Müharibəsinin "proxy war" modeli hansısa mərhələdə öz əhəmiyyətini itirə bilər. ABŞ və NATO-nun Rusiya ilə hərbi toqquşması qaçılmaz xarakter daşiyar. Bunun reallığa çevriləcəyi təqdirdəsə, dünya nüvə müharibəsindən yayınmağın yollarını axtarmaq məcburiyyətində qala bilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2601   Tarix: 05 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur

İtaliyanın Sardiniya adasında 15 restoran ailələrin yemək zamanı telefondan istifadəsini məhdudlaşdıran pilot layihəyə qoşulub. xəbər verir ki, bir ay davam edəcək təşəbbüs uşaqların ekran qarşısında keçirdiyi vaxtı azaltmaq və ailədaxili ünsiyyəti gücləndirmək məqsədi daşıyır. Layihə çərçivəsində telefonların

29 oktyabr
.

Qlazqonun iki muzeyi etik səbəblərə görə Misir mumiyalarını gizlədib

Şotlandiyanın Qlazqo şəhərində yerləşən iki muzey etik normaları əsas gətirərək qədim Misir mumiyalarının nümayişinə məhdudiyyət qoyub. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Kelvingrove muzeyində keşiş Nehtin mumiyalanmış cəsədinin olduğu tabut ekspozisiyadan çıxarılıb. Hunterian muzeyində is

28 oktyabr
.

Rusiya bu müharibələri uduzub - Sikorski

Qərbdə möhkəm kök salmış bir mif var: Rusiya həmişə qalib gəlir. Lakin işlər heç də həmişə onların istədiyi kimi getmir. xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib. "Rusiya Krım müharibəsində məğlub oldu. Yaponiyaya qarşı müharibədə uduzdu. Birinci Dünya müharibəsində

27 oktyabr
.

Ermənistanda növbədənkənar seçkilər gündəmə gəldi

Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı istisna edilmir. Ermənistan parlamentinin hakim "Vətəndaş müqaviləsi" partiyasından olan sədr müavini Vahaqn Aleksanyan oktyabrın 28-də jurnalistlərə açıqlamasında bildirib ki, növbədənkənar seçkilərin keçirilib-keçirilməyəcəy

28 oktyabr
.

Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək

Polşa Ukraynaya təxminən 50 milyon avro dəyərində yeni hərbi yardım paketi çərçivəsində iki MiQ-29 qırıcısı və döyüş sursatları təhvil verəcək. Bu barədə Polşanın "Rzeczpospolita" nəşri ölkənin Müdafiə Nazirliyinin Müdafiə Strategiyası və Planlaşdırılması Departamentinin direktoru Dariuş Lukovskini

29 oktyabr
.

Tallində robot qəza törədib, 9 nəfər yaralanıb

Tallində şəhər avtobusu ilə çatdırılma robotu arasında baş verən toqquşma nəticəsində doqquz nəfər yaralanıb. Robot qəzadan sonra hadisə yerindən qaçıb. xəbər verir ki, Estoniya radiosunun Tallinn Transport (TLT) nəqliyyat şirkətinə istinadən verdiyi məlumata görə, avtobus sürücüsü qarşı-qarşıya toqquşmanı

29 oktyabr
.

Böyük faciədən doğan tarixi kəşf: Dənizçiləri xilas edən ixtira

1707-ci ildə baş verən və 2 mindən çox dənizçinin həyatına son qoyan faciə dənizçilik tarixində mühüm dəyişikliklərə səbəb oldu. Gəmilərin açıq dənizdə dəqiq mövqeyini müəyyənləşdirmək problemini həll etmək üçün başladılan axtarışlar nəticədə ilk etibarlı dəniz xronometrlərindən birinin yaradılması il

27 oktyabr
.

"People" jurnalı 2026-cı ilin ən cazibədar kişisini elan etdi

"People" jurnalı 2026-cı ilin ən seksual kişisinin adını açıqlayıb. Bu ada "Pitt xəstəxanası" serialının ulduzu, amerikalı aktyor Noa Uayli layiq görülüb. Qaynarinfo xəbər verir ki, aktyorla müsahibə nəşrin rəsmi saytında dərc olunub. Uayli bildirib ki, əvvəlcə bu xəbəri zarafat hesa

27 oktyabr
.

İspaniyada üçgünlük matəm elan edildi

İspaniyanın Toledo əyalətində baş verən qatar qəzasında həlak olanlarla əlaqədar ölkədə üçgünlük matəm elan edilib. "El País" nəşrinə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes qəza bölgəsinə səfəri zamanı məlumat verib. "Oktyabrın 29-dan 31-dək davam edəcə

28 oktyabr